Tramp 350 demişdi, Zelenski 100 deyir .....                        Lavrov Türkiyədə .....                        Məktəblərdə dərslər onlayn keçiriləcək? - RƏSMİ .....                        BDU tələbələrinin nəzərinə! - Sabah dərslər... .....                        “Mançester Siti” öz meydanında məğlub oldu .....                        Bakıda taksi qiymətləri kəskin artıb .....                        Kansler məğlub olduğunu etiraf etdi .....                        Sabah universitetlərdə dərslər onlayn olacaq .....                        Almaniya seçkiləri: ilkin nəticələr məlum oldu .....                       
Tarix : 2-04-2019, 12:53
Aprel döyüşlərinin yaratdığı yeni reallıq - Şərh

Aprel döyüşləri təkcə son Qarabağ savaşının deyil, bütövlükdə Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı dövrdən, yəni 1918-ci ildən bu günədək ciddi tarixi dönüş nöqtəsidir. Düşünürəm ki, bu qiymətləndirmə daha ədalətli olar.
Butov.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, bu hadisə əslində Azərbaycanın növbəti qələbələrinin başlanğıcıdır:
“Çünki Azərbaycan ordusu nəzərdə tutduğumuz son 100 illik tarixdə yalnız 1993-cü ilin dekabrında Horadiz əməliyyatı zamanı nailiyyətlər əldə edib. Ondan sonrakı mərhələdə bu miqyasda qalibiyyətlə nəticələnən döyüşlər olmayıb. Hazırkı mürəkkəb hərbi-siyasi vəziyyətdə Azərbaycan ordusunun bu cür qələbələr əldə etməsi heç şübhəsiz, bundan sonrakı mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həllində yeni şərtlər formalaşdırdı, yeni şərait yaratdı. Eyni zamanda bu prosesdə hərbi-psixoloji üstünlük Azərbaycan tərəfinə keçmiş oldu.
Ötən üç il ərzində biz bu hadisənin Ermənistan cəmiyyətində nə qədər pessimist əhval-ruhiyyə, nə qədər mənəvi, hərbi, psixoloji məğlubiyyət yaratdığının şahidi olduq. 2018-ci ldən başlayaraq, bu günə qədər davam edən Ermənistandakı daxili “zəlzələ” də məhz aprel döyüşlərinin yaratdığı yeni reallığın nəticəsidir. Göründüyü kimi, bu, təkcə hərbi deyil, eyni zamanda ciddi mənəvi-psixoloji və siyasi məsələdir”.
H.Babaoğlu bildirib ki, ancaq məsələ təkcə bununla da məhdudlaşmır:
“Biz bilirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həm də beynəlxalq tərəfləri var. Biz bilirik ki, bu konfliktdə iştirak edən təkcə işğalçı ölkə Ermənistan deyil. Azərbaycan torpaqlarını işğal edən Ermənistanın tərəfində olan, onu gizli və ya açıq şəkildə himayə edən imperialist güc mərkəzləridir. Aprel döyüşlərindən sonra onlar da lazımi mesajlar aldılar və bir daha başa düşdülər ki, status-kvonun saxlanılması cəhdləri bu problemin həllində heç də yaxşı perspektivlər vəd etmir.
Hətta mən deyərdim, bəzi imperialist mərkəzlər onu da anladılar ki, belə davam edərsə, bir gün Azərbaycan artıq nə BMT-nin mandatı ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna, nə də onun həmsədrlərinə ehtiyacı olmadan özü bu problemi həll edə bilər. Düşünürəm ki, bütün bunlar, bu nəticələr 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun əldə etdiyi qələbədən sonra mümkün olub. Başqa mühüm bir məsələ də var. Aprel döyüşləri mühüm taktiki qələbə kimi özündən cəmi iki il sonra yeni bir qələbənin – Günnüt qələbəsinin əsasını qoydu. Azərbaycan ordusu Naxçıvan ərazisində 90-cı illərin əvvəllərində işğalçı Ermənistan tərəfindən nəzarətə götürülən torpaqlarımızı qaytarmaqla strateji yüksəkliklərdə möhkəmləndi və İrəvan-Qafan strateji yolunu nəzarətə götürdü. Artıq ermənilər bilir ki, bənzər hadisə yenə təkrarlana və Azərbaycanın torpaqları işğaldan tam azad edilənə qədər bu davam də bilər. Aprel döyüşlərinin yaratdığı başqa bir reallıq isə azad edilmiş torpaqlarımıza “Böyük qayıdış”ın başlanmasının əsasının qoyulması oldu. Ona görə də düşünürəm ki, bu hadisə problemin həllində yeni mərhələ yaratmaqla status-kvonun legitimləşdiriləsi cəhdlərinin mümkün olmadığını hər kəsə göstərmiş oldu”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!