Nazirliyin Media və kommunikasiya şöbəsi ləğv edilib .....                        Ağdaşda 28 yaşlı qadın itkin düşüb .....                        Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik açıqladı .....                        Kuryer işləyən azərbaycanlı güllələnərək öldürüldü .....                        Rusiyanın daha bir generalı ölüb .....                        Qənirə Paşayeva mükafatı qalibə təqdim olundu .....                        Tehran “İranı Daş dövrünə qaytaracağıq” deyən Trampa cavab verdi .....                        Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                       
Tarix : 4-04-2019, 14:47
Novruz Məmmədov rusiyalı nazirlə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov aprelin 4-də Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Butov.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud olduğunu bildirərək deyib: “Bir-birinin marağına hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və bütün sahələri əhatə edir. Əminəm ki, bu əlaqələr gələcəkdə daha da inkişaf edəcək”.
Baş nazir Novruz Məmmədov Bakıda keçirilən Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunun önəmini vurğulayaraq bu tədbirin, həmçinin sənaye və ticarət naziri Denis Manturovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin iqtisadi əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Azərbaycanda qeyri-neft sənayesi sahələrinin davamlı inkişafına, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsinə xüsusi diqqət göstərildiyini bildirən Baş nazir ölkəmizdə yaradılan sənaye parkları, o cümlədən Pirallahı Sənaye Parkı barədə ətraflı məlumat verib.
Azərbaycana səfərindən, keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edən rusiyalı nazir aparılan müzakirələrin ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə inamını ifadə edib. Denis Manturov bildirib ki, ölkələrimiz arasında mövcud olan konstruktiv yanaşmalar əlverişli biznes mühitinin formalaşmasında önəmli platforma rolunu oynayır. Söhbət zamanı neft-kimya, maşınqayırma, aviasiya, əczaçılıq sahələrində əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!