Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 20-12-2019, 15:33
Bakıda Azərbaycan və Aİ arasında təhlükəsizlik üzrə ikinci dialoq keçirilib
Dekabrın 19-da Bakıda Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında təhlükəsizlik üzrə dialoqun ikinci mərhələsi keçirilib.
Butov.az "Report"-a istinadən xəbər verir ki, iştirakçılar qarşılıqlı maraq kəsb edən aktual siyasi və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparıblar.
O cümlədən münaqişələrin həlli və böhranların nizamlanması, regional və beynəlxalq təhlükəsizlik üçün təhdidlər və problemlər, habelə praktik əməkdaşlıq imkanları müzakirə edilib.
Nümayəndə heyətləri BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş beynəlxalq hüquq norma və prinsiplərinə sadiq olduqlarını bir daha təsdiq ediblər və bu prinsiplərə ciddi əməl olunmasının vacibliyini vurğulayıblar.
Aİ nümayəndə heyəti daha əvvəl qurumun yüksək səviyyəli rəsmilərinin, o cümlədən Avropa Şurasının Prezidenti Donald Tusk və İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməsi ilə bağlı söylədikləri mövqeyi bir daha təsdiqləyib.
Bu yaxınlarda açılışı olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və tikintisi sona çatmaqda olan Trans-Adriatik Boru Kəməri (TAP) fonunda Cənub Qaz Dəhlizinin Avropa bazarlarına enerji tədarükünün şaxələndirilməsindəki əhəmiyyəti bir daha təsdiqlənib. Aİ nümayəndə heyəti Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Tərəflər Aİ ilə Azərbaycan arasında yeni saziş layihəsi üzrə danışıqların başa çatdırılmasının vacibliyini vurğulayıblar.
Nümayəndə heyətləri təhlükəsizlik məsələləri üzrə dialoqunun davam etdirilməsi və təhlükəsizlik üzrə dialoqunun növbəti raundunun 2020-ci ilin ikinci yarısında Brüsseldə keçirilməsi barədə razılığa gəliblər.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!