Hacı Oruc Quliyevin həyat hekayəti .....                        Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib .....                        İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək .....                        Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm" .....                        Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər .....                        Tramp Netanyahudan xahiş etdi .....                        Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı .....                        Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq" .....                        Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir .....                       
Tarix : 14-02-2020, 11:41
Senat Trampın İrana qarşı hərbi addımlarını məhdudlaşdıran qətnaməni qəbul edib
Butov.az GünAz TV-yə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Senatı prezidentin Konqresin icazəsi olmadan İrana qarşı hərbi addımlar atmaq hüququnu qadağan edən qətnaməni qəbul edib.
Qətnamə prezidenti Konqresin müharibə elan etmədiyi və ya hərbi qüvvələrdən istifadə ilə bağlı icazə vermədiyi təqdirdə, ABŞ prezidentindən ordunu İranla müharibəyə sürükləməkdən çəkinməsini tələb edir.
Qətnamə paralel adlanan qanun layihələri kateqoriyasındandır. Buna görə də, Konqresin hər iki palatasında qəbul edildikdən sonra imzalamaq üçün prezidentə təqdim edilməyəcək və Amerikanın digər qanunları kimi, icra edilməlidir.
Qətnamə ötən gün Senatda 55 lehinə, 45 əleyhinə səs olmaqla qəbul edilib. Bundan bir müddət öncə isə sözügedən sənəd Nümayəndələr Palatasında qəbul edilmişdi.
Qətnamənin müəllifi olan demokratlar 8 respublikaçı senatoru da öz fikirləri ilə razı salmağı bacararaq, onun Senatda da təsdiqlənməsinə nail oldular.
Senatda respublikaçı əksəriyyətin lideri Mitç Makkonnell ötən gün irəli sürülən həmin qətnaməyə qarşı çıxıb. O qeyd edib ki, qətnamənin məqsədi Konqresin icazəsi olmadan uzun müddətli müharibələr üçün minlərlə amerikalı hərbçinin müəyyən coğrafiyada yerləşməsinin qarşısını almaq olduğundan, o, müharibə səlahiyyətləri qanunu ilə ziddiyyət təşkil edir.
Beləliklə, qətnamənin hər iki palatada qəbul edilməsi o deməkdir ki, Donald Tramp İranla müharibə başlatmaq üçün bundan sonra Konqresdən icazə almalı olacaq.


Paylaş



Bölmə: Siyasət / Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!