“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                        Bakının mərkəzindəki bu yol BAĞLANACAQ .....                       
Tarix : 21-02-2020, 13:42
Bakının Baş Planının yekun layihəsi ilin sonunadək hökumətə təqdim ediləcək

"Hazırda Bakı şəhərinin Baş Planı hazırlanır və müvafiq dövlət qurumları ilə birgə işçi komissiya yaradılıb. Həmin komissiyada da Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edilir".
Butov.az "Report"-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdiri Ramiz Babayev deyib.
O bildirib ki, baş planla bağlı iş artıq ikinci mərhələdədir.
Şöbə müdiri xatırladıb ki, birinci mərhələdə 4 prioritetdən ibarət Bakının İnkişaf Konsepsiyası hazırlanıb:
"Həmin prioritetlərdən biri də şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsidir.
İkinci mərhələdə Baş Planın yekun layihəsi hazırlanır və ilin sonunadək müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək. Bu mərhələdə də ETSN ilə əməkdaşlığı davam etdiririk.
Beynəlxalq praktikaya baxdıqda şəhərlərdə yaşıllıq örtüyü əhalinin sayı və məskunlaşma ərazisinə görə müəyyən edilir.
Bu gün ETSN tərəfindən hazırlanan yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası Baş Planın hazırlanmasında faydalı olacaq. Belə ki, Bakının inkişaf perspektivində yaşıllıq ərazilərinin genişləndirilməsinə xüsusi diqqət yetiriləcək".


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!