Hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi .....                        Bu işçilərə ödənişsiz məzuniyyətlər veriləcək .....                        Suriya ordusu daha bir şəhəri nəzarətə aldı .....                        "VAZ" beton maneyə çırpıldı - Xəsarət alanlar var .....                        İranda ölənlərin sayı 3 mini ötüb - KİV .....                        Səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi .....                        Ermənistanda İran əleyhinə aksiya keçiririlir - FOTO .....                        Oğurluq edən 5 nəfər saxlanıldı .....                        50 yaşlı kişi su kanalında boğularaq öldü .....                       
Tarix : 6-10-2020, 14:48
Çavuşoğlu Bakıdan bütün dünyaya SƏRT MESAJ YOLLADI: Qarabağ...

Bunu bir daha bütün dünyaya söyləmək istəyirəm: Dağlıq Qarabağ Azərbaycanındır.
Butov.az Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
M.Çavuşoğlu bildirib ki, Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf ərazilər bütün beynəlxalq qərarlara rəğmən boşaldılmayıb: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi reallaşdırılmadı. Eyni şəkildə ATƏT-in də qərarları yerinə yetirilmədi. Nəticədə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün düşdü. Ermənistan bununla kifayətlənməyib dinc əhali və mülki obyektlərə, həmçinin Azərbaycan Ordusuna hücuma başladı. Xızıya, Abşerona, Tərtərə, Mingəçevirə hücum təşkil etdi. İndi Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır. Lakin Ermənistanın dinc əhalisinə hücum etmir”.
Türk nazir beynəlxalq ictimaiyyətə çağırış edib: “Biz Gürcüstanın, Ukraynanın, Suriyanın, İraqın ərazi bütövlüyünü necə müdafiə ediriksə, Azərbaycanı da elə müdafiə etməliyik. Burada ikili standart tətbiq edilməməlidir. Bundan başqa, Azərbaycan və Ermənistana bərabər münasibət göstərmək işğalçını mükafatlandırmaq deməkdir. Bu gün dünyadan gələn açıqlamalara baxın: dərhal atəşkəs, dərhal atəşkəs. Atəşkəs olandan sonra nə olacaq? Bu günə qədər nə olub? Ermənistan Azərbaycanın sivillərini hədəf aldı. Bəs bundan sonra nə olacaq? Ermənistanı Azərbaycanın torpaqlarından geri çəkə bilirsinizmi? Bu istiqamətdə bir planınız varmı? Yoxdur! 30 ildən sonra ilk dəfə ATƏT-in Minsk Qrupundan ortaq açıqlama gəldi. Məzmununa baxdım, dəyişən heç nə yoxdur. Bu, artıq belə davam edə bilməz”.
M.Çavuşoğlu qeyd edib ki, bütün dünya bir şeyi anlamalıdır: “Biz bu günə qədər münaqişənin sülh yolu ilə həlli üçün bütün təşəbbüslərə dəstək vermişik. Amma 30 ildir Ermənistan işğalın dadını çıxarır və son zamanlarda bütün beynəlxalq hüququ tapdalayaraq Yaxın Şərqdən gətirdikləri erməniləri Qarabağa yerləşdirirlər. Biz bu müddətdə Azərbaycanın haqlı davasını anlatmağa davam edəcəyik. Bütün dünyanın haqqı etiraf etməsi üçün mübarizə aparacağıq. Biz sussaq, tarix susmayacaq, tarix sussa, reallıq susmayacaq. Üçrəngli bayrağınla məsud yaşa, sən çox yaşa Azərbaycan! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”.


Paylaş



Bölmə: Siyasət / Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!