Gürcüstandan Zəngəzur dəhlizi ilə bağlı mesaj .....                        Trampla Zelenski razılığa gəldi .....                        Küçədə qalan ana və oğlu barədə RƏSMİ AÇIQLAMA .....                        Qərb aviaşirkətləri Yaxın Şərqə uçuşları dayandırdı .....                        Kirayə yolu ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR .....                        İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ .....                        Sabiq deputata yeni vəzifə verildi .....                        BƏƏ-də nələr müzakirə edilir? .....                        Araqçi İrandakı etirazlarda ölənlərin sayını açıqladı .....                       
Tarix : 18-02-2021, 14:17
İtaliya mətbuatında "Xocalı soyqırımı" sərlövhəli məqalə...

Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə saytda yerləşdirilən məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın 1990-cı illərin əvvəllərindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlıların yaşadığı Xocalı şəhərinin dinc sakinlərinə qarşı dəhşətli soyqırımı törətdiyi, bu münaqişəyə yalnız 2020-ci il sentyabrın 27-dən başlayan II Qarabağ savaşı zamanı son qoyulduğu barədə ətraflı məlumat verilib.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, yazıda Xocalı soyqırımı şahidlərinin, 1992-ci ilin fevralında kütləvi qətlə məruz qalmız xocalıların meyitlərini lentə alan azərbaycanlı reportyor Çingiz Mustafayevi müşayiət edən rus jurnalisti Yuri Romanovun və azərbaycanlı neyrofizioloq Kamal Əlinin erməni vəhşiliyi barədə fikirlərinə yer verilib.

Xocalı soyqırımının təşkilatçılarından biri, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ingilis jurnalist Tomas de Vaala verdiyi müsahibədə etirafı, erməni yazıçı Markar Melkonyanın isə Xocalı soyqırımının canilərindən biri olan qardaşı Monte Melkonyana həsr etdiyi kitabda erməni əsgərlərinin dinc xocalıları qətlə yetirdiyini yazdığı nəzərə çatdırılıb.

Qeyd edilib ki, dünyanın bir sıra ölkələri bu qətliamı Xocalı soyqırımı kimi rəsmən tanıyıb, lakin indiyədək dəhşətli cinayətin törədilməsində şəxsən iştirak etmiş Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryan, eləcə də digər yüksək vəzifəli zabitlər məhkəməyə cəlb olunmayıblar.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://agenziastampa.net/2021/02/16/il-genocidio-di-khojaly


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!