Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 23-02-2021, 10:39
Azərbaycan diasporu ermənipərəst konqresmeni ədalətli mövqe tutmağa çağırdı

Türkiyənin "Daily sabah" və Rusiyanın "Vestnik Kavkaza" xəbər saytları ABŞ-dakı Azərbaycan diasporunun ermənipərəst konqresmeni ədalətli mövqe tutmağa çağırması haqqında məqalə yayımlayıb.
Butov.az-ın Azvision.az -a istinadən xəbərinə görə, məqalələrdə qeyd edilib ki, Florida Azərbaycan–Amerika İcması ermənipərəst mövqeyi ilə tanınan respublikaçı konqresmen Qus Maykl Bilirakisə məktub ünvanlayaraq onun diqqətini bu yaxınlarda azad edilmiş Dağlıq Qarabağda ermənilərin törətdikləri cinayətkar və insan hüquqlarına zidd əməllərə cəlb edib. Soydaşlarımız konqresmeni daha dürüst mövqe tutmağa, sülhün əldə olunmasına təsir göstərməyə və regionda sabitliyin möhkəmləndirilməsi istiqamətində çalışmağa çağırıblar.

Müraciətdə 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin işğal altında saxlanıldığı, Dağlıq Qarabağ bölgəsində və ona bitişik 7 rayonda azərbaycanlılara qarşı etnik təmizlənmənin aparıldığı, Xocalı şəhərində mülki azərbaycanlılara qarşı hərbi cinayət və soyqırımı törədildiyi barədə ətraflı məlumat verilib.

Ermənistanın dəfələrlə Azərbaycan torpaqlarında hərbi təxribatlara əl atdığı, 44 günlük müharibəyə səbəb olduğu, döyüş meydanından uzaq olan Azərbaycan şəhərlərindəki yaşayış məntəqələrinə kasset və raket bombaları atması nəticəsində 104 dinc sakinin həlak olduğu və 416 nəfərin yaralandığı, işğaldan azad edilmiş Azərbaycan rayonlarının ermənilər tərəfindən xarabalığa çevrildiyi barədə dünyanın aparıcı kütləvi informasiya vasitələrinin reportajlar yayımladığı, beynəlxalq hüquq-müdafiə təşkilatlarının Ermənistanın mülki əhaliyə qarşı hücumlarını sərt şəkildə pislədiyi nəzərə çatdırılıb.

"Ümidvarıq ki, müharibənin ziyan vurduğu bölgədə etnik nifrət, haqsızlıq və işğal sona çatacaq və siz mövqeyinizdən yararlanaraq ABŞ konqresmeni və erməni məsələləri üzrə konqres qrupunun həmsədri kimi bölgədə sabitliyin inkişafı üçün sülhün təşviq olunmasına çalışacaqsınız", - deyə soydaşlarımız vurğulayıblar.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!