Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
Tarix : 17-10-2016, 11:00
ABŞ konqresmeni xüsusi bəyanatla Azərbaycanı təbrik edib

ABŞ Konqresinin Kaliforniya ştatından olan üzvü, konqresmen Loretta Sançez 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar xüsusi təbrik bəyanatı imzalayıb.

Butov.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Məlumata əsasən, Baş Konsulluğa təqdim olunmuş bəyanatda bildirilir ki, Azərbaycan 1918-ci ilin 28 may tarixində öz müstəqilliyini elan edərək demokratik respublika təsis edib, müsəlman dünyasında ilk dünyəvi respublika quran və qadınlara ilk dəfə səsvermə hüququ verən dövlət olaraq tarixə düşüb.

Bəyanatda qeyd olunur ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edərək ötən 25 il ərzində azadlığını və suverenliyini möhkəmləndirib, olduqca vacib Cənubi Qafqaz bölgəsində ABŞ-ın strateji müttəfiqinə və ən iri ticarət tərəfdaşına çevrilib. Həmçinin vurğulanır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlman, xristian və yəhudilərin sülh və harmoniya içərisində yaşadığı uğurlu model kimi tanınır. Sonda konqresmen qeyd edir ki, Azərbaycan azad və müstəqil dövlət kimi böyük nailiyyətlərə imza atıb.

Qeyd edək ki, 1997-ci ildən Konqresin Nümayəndələr Palatasının Demokratlar Partiyasından üzvü olan L.Sançez hazırda Kaliforniyadan ABŞ Senatına iki əsas namizəddən biridir.

L.Sançezin təbrikinə onun həmkarı, Kaliforniyadan olan digər konqresmen Xuan Varqas, eləcə də Kaliforniya Ştat Senatının senatoru Ben Allen və Kaliforniya Ştat Assambleyasının üzvü Riçard Blum da qoşulublar. Belə ki, sözügedən qanunvericilər Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna xüsusi təbrik şəhadətnamələri göndərərək bu əlamətdar gün münasibətilə Azərbaycan xalqına arzularını çatdırıblar.

ABŞ konqresmeni xüsusi bəyanatla Azərbaycanı təbrik edib


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!