Zelenski: Rusiya və Belarusdan başqa hər yerdə görüşə hazırıq .....                        "Real Madrid" Avropa Superliqasından çıxıb .....                        Körpələrin ölümündə təqsirləndirilən mərkəz direktoru: "493 nəfərin əvəzinə işləməli deyildim" .....                        Ukraynanın bu il üçün 60 milyard avro yardıma ehtiyac var .....                        Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü .....                        Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq .....                        Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? .....                        Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı .....                        Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB .....                       
Tarix : 4-06-2021, 12:15
Ukraynalı tələbələr Azərbaycanın Vətən müharibəsi barədə məlumatlandırılıb

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova nüfuzlu Dnepr Texniki Milli Universitetinin geniş tələbə auditoriyası qarşısında mühazirə oxuyub.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir mühazirədə əsasən Azərbaycanın uğurlu xarici siyasəti, Azərbaycan-Ukrayna münasibətləri, 44 günlük Vətən müharibəsi mövzularına toxunub.
Elmira Axundova qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün istiqamətlərdə böyük uğurlar qazanıb, dünyanın aparıcı ölkələri ilə Azərbaycan arasında iqtisadi, siyasi, elmi, mədəni, humanitar və diplomatik münasibətlərin inkişafına xüsusi diqqət yetirib. Ulu Öndərin müdrik və uzaqgörən siyasəti Azərbaycanı dünyanın ən çox inkişaf etmiş ölkələri ilə strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Belə ölkələrdən biri olan Ukrayna Azərbaycanın ən etibarlı strateji tərəfdaşlarındandır. Ölkələrimiz müstəqillik əldə edəndən sonra Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasında möhkəm təmələ əsaslanan dostluq münasibətləri qurulması üçün öz tarixi missiyasını bacarıqla yerinə yetirib. Bu gün Azərbaycan və Ukrayna beynəlxalq arenada strateji tərəfdaşlar kimi tanınır.
Səfir vurğulayıb ki, Ulu Öndərin uzaqgörən xarici siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı xarici siyasət məsələlərini daim diqqət mərkəzində saxlayır, diplomatiyamız qarşısında duran prioritet vəzifələri müəyyənləşdirir, onların planlı və ardıcıl surətdə həyata keçirilməsini təmin edir. Prezident İlham Əliyevin güclü şəxsiyyət kimi möhkəm iradəsi, dərin və strateji baxışı və düşünülmüş, çevik qərarları Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanlarını şərtləndirir.
Elmira Axundova mühazirəsi zamanı vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi işğaldan azad edib. Hazırda həmin ərazilərimiz yenidən qurulur və bərpa edilir. 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü, iradəsini, birliyini göstərdi. Göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq.
Mühazirədən sonra diplomat tələbələrin suallarını cavablandırıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!