Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 25-02-2019, 13:55
Kolumbiyanın ən qədim universitetində Xocalı soyqırımına dair mühazirə oxunub
Azərbaycanın Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov paytaxt Boqota şəhərində yerləşən Santo Tomas Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan mühazirə oxuyub.
Həmid Zeynalov əvvəlcə Azərbaycanın çoxəsrlik mədəniyyəti, tarixi, mənəvi dəyərləri, dini və irqi tolerantlığı, eləcə də sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycana qarşı qanunsuz gücün tətbiq olunmasına və ölkəmizin ərazilərinin işğalı nəticəsində Azərbaycanda çoxlu sayda insanların yerdəyişməsi, mülki şəxslərə hücumlar və yaşayış məntəqələrinin bombardman edilməsi ilə əlaqədar beynəlxalq humanitar hüququn pozulmasına dair dəqiq istinadların mövcudluğundan bəhs edib.
Daha sonra diplomat təkcə Azərbaycan xalqına yox, bütün bəşəriyyətə qarşı törədilmiş amansız Xocalı soyqırımı barədə danışaraq, bu qanlı gecədə qəddarcasına həlak olanlar və itkin düşənlər barədə məlumat verib. Soyqırımına siyasi-hüquqi qiymətin ilk dəfə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirən H.Zeynalov Xocalı barədə həqiqətlərin dünya miqyasında yayılması məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük işlər gördüyünü bildirib. O, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən müxtəlif tədbirlərin həyata keçirildiyi, filmlər çəkildiyi, musiqilər bəstələndiyi və həmin tədbirlər nəticəsində bu vəhşi təcavüzə düzgün siyasi qiymətin verilməsinə nail olunduğunu vurğulayıb.
Diplomat ölkəmizin daxili və xarici siyasətindən də danışıb, xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın dinamik inkişaf yolundan, həyata keçirilmiş transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrindən bəhs edib. Eyni zamanda, diplomat Azərbaycan və Kolumbiya arasında maraq doğuran, xüsusilə təhsil sahəsində əməkdaşlıq və tələbə mübadiləsi proqramları barədə danışıb.
Sonda universitet rəhbərliyinin müraciəti əsasında həmin ali təhsil ocağının məzunu Şahin Məmmədov təhsil aldığı müddətdə tələbəlik xatirələrindən danışaraq, Kolumbiya və Azərbaycanda tələbə həyatının müqayisəsi fonunda müzakirələr aparıb. Həmyerlimiz Azərbaycanda təhsil səviyyəsinin yüksək keyfiyyətini qeyd edərək, bir çox ali təhsil müəssisələrində yeni kurikulumların yaradılması, Balonya sisteminin tətbiqi, tədrisin kredit sisteminə uyğun qurulması, müəllim-tələbə mobilliyi, elektron təhsil şəbəkəsinin yaradılması istiqamətində uğurlu addımlar atıldığını vurğulayıb. O, xarici tələbələrə gələcəkdə təhsillərini magistratura və doktorantura pillələrində məhz Azərbaycanın təhsil ocaqlarında davam etdirməyi nəzərdən keçirməyi tövsiyə edib.
Qeyd edək ki, əsası 1580-ci ildə qoyulmuş, Latın Amerikasında ən qədim universitetlərdən biri sayılan Santo Tomas Universiteti Kolumbiyanin ilk ali təhsil müəssisəsi olmaqla yanaşı, humanizm prinsiplərini ön planda tutan ali təhsil ocağıdır.
Kolumbiyanın ən qədim universitetində Xocalı soyqırımına dair mühazirə oxunub


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!