Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 30-09-2021, 09:09
Perunun nüfuzlu media qurumu Azərbaycanın Anım Günü ilə bağlı məqalə dərc edib


Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış perulu jurnalist Rikardo Sançezin müəllifi olduğu “27 sentyabr – Azərbaycanda Anım Günü” başlıqlı məqalə dərc olunub (https://fpp.org.pe/27-de-septiembre-dia-del-recuerdo-en-azerbaiyan/).

Xarici İşlər Nazirliyinin Anım Günü ilə əlaqədar yaydığı bəyanatda əks olunmuş məlumatlar əsasında tərtib edilmiş yazıda ötən ilin 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun növbəti təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə cavab tədbirləri gördüyü və bununla 44 günlük Vətən müharibəsinin başladığı bildirilir.

Bu müharibənin Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoyduğu, nəticədə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi, təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdiyi və bir milyona yaxın azərbaycanlının hüquqlarının bərpa edildiyi qeyd olunur.

Sonra Azərbaycanın ərazilərinin işğalına son qoyulmasının burada Ermənistan tərəfindən onilliklər ərzində aparılmış kütləvi minalama, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə məhv edilməsi, təbii ehtiyatlarının talan edilməsi və infrastrukturun darmadağın edilməsi kimi beynəlxalq hüquq pozuntularını geniş şəkildə üzə çıxardığı deyilir. Ermənistanın çoxsaylı müharibə cinayətlərinə dair də dəlillərin aşkar edildiyi və Ermənistanı beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb etmək üçün Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə müraciətlər etdiyi diqqətə çatdırılır.

Azərbaycan hökumətinin hazırda azad olunmuş ərazilərdə yenidənqurma işləri həyata keçirdiyi, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü və bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atdığı, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər gördüyü bildirilir.

Sonda Azərbaycanın beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı kimi prinsiplərinə ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazır olduğu söylənilir.


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!