Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                       
Tarix : 28-09-2021, 06:40
Qətərdəki soydaşlarımız Anım Günü ilə bağlı bəyanat yayıblar


Qətərdə fəaliyyət göstərən Azərbaycan icması 27 sentyabr – Anım Günü ilə əlaqədar bəyanatla çıxış edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, bəyanat Qətərdəki dövlət qurumlarına və müxtəlif təşkilatlara ünvanlanıb.
Bəyanatda qeyd edilib ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın bütün cəbhə boyu genişmiqyaslı hücumuna Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları ilə cavab verib. 44 gün ərzində davam edən Vətən müharibəsi zamanı 30 ilə yaxın müddət ərzində işğal altında qalan Qarabağ bölgəsinin azad edildiyi, Ermənistanın onilliklər ərzində Azərbaycan torpaqlarında törətdiyi hərbi, ekoloji cinayətlərin, vandalizmin və qeyri-qanuni fəaliyyətlərinin üzə çıxdığı, hazırda Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə minalardan təmizləmə prosesini həyata keçirdiyi, yenidənqurma və tikinti işlərinə başladığı nəzərə çatdırılıb.
Soydaşlarımız beynəlxalq ictimaiyyəti Azərbaycanın regionda davamlı sülhün bərqərar olunmasına yönəlmiş səylərini dəstəkləməyə çağırıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!