Goranboyda ağır qəza .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Pakistanla Ermənistan diplomatik əlaqələri bərpa edir .....                        Ağdaş-Qəbələ yolunda ağır qəza - Ölən var .....                        Ruslar 8 ayda 230 min hərbçi itirib - Zelenski .....                        İşıq dirəyinə çırpılan maşın yandı .....                        Putin Çində Paşinyanla görüşdü .....                        Çin lideri adından dövlət başçılarına ziyafət verilib .....                        Britaniyanın Azərbaycandakı səfiri Laçında .....                       
Tarix : 3-10-2021, 17:34
"...İran Azərbaycanla münasibətlərin çat verməsinın qarşısını almalıdır."


"Azərbaycanın düşünə bilən insanları Tehran rejiminin son günlərdə yanlış siyasət yeritməsi qənaətindədir. Biz bu siyasətin həm də çoxmilyonlu soydaşımızın təmsil olunduğu İran xalqının əleyhinə olmasını düşünürük. Ona görə də qonşu və dost xalqın heysiyyətinə toxunan hər hansı davranışı qəbul etmir, belə düşüncəsiz hərəkətləri pisləyirik. İran rejimi də mövcud reallıqları qəbul etməli, tarixi ənənəni və öz xalqının mənafeyini əsas tutaraq Azərbaycanla münasibətlərin çat verməsinın qarşısını almalıdır. Bunun ona ancaq xeyri dəyə bilər." Bu fikirlər filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmliyə məxsusdur. Hörmətli professorun Sərhədlərimizdə cərəyan edən hadisələrə münasibətini təqdim edirik:

İRANIN cənub sərhədlərimiz boyunca hərbi təlimlərinə, bu təlimlərdən vəcdə gəlmiş Ermənistanın qıcıqlandırıcı təbliğat hay-küyünə, Tehran parlamentindəki anti-Azərbaycan xoruna və hətta İran XİN-in və ayətullah Xamneyinin də bu “xoxgəlmə” xoruna qoşulmasına ciddi əhəmiyyət verməyinə dəyməz. Özünün də yaxşı bildiyi səbəblərə görə Tehranın Azərbaycana hərbi müdaxiləsi mümkünsüzdür, onun özü üçün nonsensdir… yəni müharibə qorxusu yoxdur.

İranın indiki təlaşı bölgədə yaranan yeni hərbi-siyasi və geopolitik reallıqlardır, Bakı ilə münasibətdə üzündəki “islami həmrəylik” maskasının cırılmasıdır, Türkiyə və xüsusən İsrailin bölgədə möhkəmlənməsi, Pakistanın bura ayaq açması, Zəngəzur dəhlizinin tezliklə işə düşmə ehtimalının artması, Türkiyə-Ermənistan yaxınlaşması və Rusiyanın bütün bu proseslərə loyal yanaşmasıdır. Hərbi təlimlər isə birbaşa İsrailə və Cənubda Qarabağ etirazı bildirən çoxmilyonlu Azərbaycan türklərinə qarşıdır…
Biz bölgədəki siyasəti iflasa uğramış və indi sərhədlərimizdəki hərbi təlimlərlə yaralanmış şir kimi nərə çəkən İranı başa düşürük. Bu ölkə ilə müştərək tarix, din və mədəniyyətimiz olduğunu da bilirik. Ona görə də səmimi və mehriban qonşuluğun vacibliyini dərk edirik. Biz İranın Qərb və İsrail ilə bağlı narahatlığına cavab olaraq “Azərbaycan ərazisi qonşu İran üçün təhlükə meydanı ola bilməz” bəyanatını dəfələrlə vermişik və ən çətin məqamlarında da Tehranı buna əmin etmişik. Amma İran Ermənistanı yanacaq və silahla təmin etmək fikrindən bir gün də geri çəkilməyib. Bu gün də özünə şir deyən Tehranın quyruğu Ermənistan yığışmır və yaxşı anlayır ki, Zəngəzur dəhlizi açılsa bu quyruq qapı arasında qalacaq.
Azərbaycanın düşünə bilən insanları Tehran rejiminin son günlərdə yanlış siyasət yeritməsi qənaətindədir. Biz bu siyasətin həm də çoxmilyonlu soydaşımızın təmsil olunduğu İran xalqının əleyhinə olmasını düşünürük. Ona görə də qonşu və dost xalqın heysiyyətinə toxunan hər hansı davranışı qəbul etmir, belə düşüncəsiz hərəkətləri pisləyirik. İran rejimi də mövcud reallıqları qəbul etməli, tarixi ənənəni və öz xalqının mənafeyini əsas tutaraq Azərbaycanla münasibətlərin çat verməsinın qarşısını almalıdır. Bunun ona ancaq xeyri dəyə bilər.


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!