Slovakiya ombudsmanının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib .....                        ABŞ - İran danışıqlarında nümayəndə heyətləri məlum oldu .....                        Azad olunan 1 şəhər, 1 qəsəbə və 5 kəndə pul ayrıldı .....                        Azad bölgələrə mal-qara aparmağa icazə verilir .....                        İcra hakimiyyəti mühafizə xidmətinə 72 min manat ayırdı .....                        Qasım bəy Zakirə aid olmayan qoşmalar üzə çıxdı - AMEA açıqladı .....                        Hansı partiyaya nə qədər maliyyə yardımı ayrılıb? .....                        Təbrik edirik! .....                        Şiviloğulları ocağının yurd həsrətli .....                       
Tarix : 26-05-2022, 10:27
Xarici işlər nazirinin müavini Norveçə səfər edib
Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev 23-25 may 2022-ci il tarixlərində Norveç Krallığına işgüzar səfər edib.
Butov.az xəbər verir ki bu barədə AzVision.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Eivid Vad Petersson, Norveç Stortinqi (Parlament) Xarici işlər və müdafiə üzrə daimi komitəsinin sədri Ine Eriksen Soreide, Stortinqin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ingjerd Schou və "Equinor" şirkətinin vitse-prezidenti Qustavo Baquero ilə görüşlər keçirilib.

Görüşlər zamanı Azərbaycan və Norveç arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümünün bu işgüzar səfər və mədəni tədbirlərlə birgə qeyd olunması yüksək qiymətləndirilib, müxtəlif sahələr üzrə geniş potensiala malik ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, XİN-lər və parlamentlərarası müntəzəm dialoqun gücləndirilməsi, münaqişədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında gedən normallaşma prosesləri, eləcə də bölgədə regional əməkdaşlığın qurulması istiqamətində irəli sürülmüş təşəbbüslər müzakirə edilib.

Norveç Beynəlxalq Məsələlər İnstitutunun (NUPİ) tədqiqatçıları ilə keçirilmiş dəyirmi masada post-münaqişə dövründə Cənubi Qafqazda gedən normallaşma prosesləri və hazırda aktuallıq kəsb edən beynəlxalq və regional mövzular nəzərdən keçirilib.

Səfər çərçivəsində, Azərbaycan Respublikasının Müstəqillik Günü, eləcə də Azərbaycan və Norveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Oslonun "Litteraturhuset" Mərkəzində İsfar Sarabski Caz Triosunun konserti və diplomatik qəbul keçirilib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!