İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 2-09-2015, 22:06
MDHP namizədlərinin siyahısını açıqladı


Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) Ali Məclisinin yığıncağı keçirilib.


Tahir Seyidovun sədrliyi, Fəxrəddin Maxsudovun katibliyi ilə keçirilən iclasda, MDHP–nın 01 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclis seçkilərində iştirakı, seçkilərdə partiyanı təmsil edəcək səlahiyyətli nümayəndələrinin seçilməsi, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin təyin edilməsi, beşinci çağırış Milli Məclis seçkilərində MDHP tərəfindən veriləcək namizədlərin ilkin siyahısının təsdiqi və partiyanın Xəzər Rayon Şöbəsinin yenidən formalaşdırılması ilə bağlı təsis konfransının protokolunun təsdiqi məsələləri müzakirə edilib.

MDHP sədri Fərəc Quliyev çıxışında 01 noyabrda Azərbaycanda keçiriləcək Milli Məclis seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının iştirak etməsini, qanunverici orqanın formalaşdırılması baxımından önəmli olduğunu vurğulayaraq, siyasi təşkilatların seçkilərdə iştirakını və milli düşüncənin parlamentə daşınmasının önəmini xüsusi vurğulayıb.
MDHP namizədlərinin siyahısını açıqladı

Tahir Seyidov Milli Dirçəliş Hərəkatı Partiyasının Milli Məclis seçkilərində iştirak etməsi təklifini irəli sürüb. Təklifə münasibət bildirənlər seçkilərə qatılmanın tərəfində olduqlarını bildirdilər və səsvermənin keçirilməsini istəyiblər. Səsvermədə partiyanın seçkilərdə iştirakı barədə yekdilliklə qərar qəbul edilib.
Sonra MDHP Rayon Şöbələrinin yetkili qurumları tərəfindən müəyyənləşdirilmiş beşinci çağırış Milli Məclisə keçiriləcək seçkilərə namizədlərin siyahısı müzakirəyə çıxarılıb və bəzi dəyişikliklər edilərək, bütövlükdə səsə qoyulub. Siyahı Ali Məclis tərəfindən qəbul edilib. Seçkilərdə partiyanın namizədlərin Ali Məclis tərəfindən irəli sürülməsi nəzərdə tutulub.
Daha sonra, seçkilərdə partiyanı təmsil edəcək səlahiyyətli nümayəndələrin siyahısı təsdiq edilib. MDHP Nərimanov rayon şöbəsindən Ali Məclisin üzvü seçilmiş Çingiz Əhədli isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə seçilib.
Sonda fəaliyyəti dayandırılmış Xəzər RŞ-nin yenidən formalaşdırılması ilə bağlı keçirdiyi təsis yığıncağının protokolunun təsdiqlənməsi səsə qoyulub və qeydiyyata alınmasına qərar verilib.
MDHP-nin 01 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasında beşinci çağırış Milli Məclis seçkilərində irəli sürdüyü ilkin namizədlərin siyahısı aşağıdakı tərkibdə təsdiq edilib:
MDHP namizədlərinin siyahısını açıqladı

1.Quliyev Fərəc İbrahim oğlu, 22.12.1962, MDHP sədri, millət vəkili
2.4 saylı NAXÇIVAN ŞƏHƏR seçki dairəsi -Hüseynov Elçin Fərəməz oğlu, 02.10.1970 istefada olan polis
3.8 saylı BİNƏQƏDİ BİRİNCİ seçki dairəsi -Nəsibov Vüqar Binət oğlu , 01.01. 1951 müəllim
4. 9 saylı BİNƏQƏDİ İKİNCİ seçki dairəsi Alışarlı Səfər Xəlil oğlu, “Vətəndaş Cəmiyyəti” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü
5. 10 saylı BİNƏQƏDİ ÜÇÜNCÜ seçki dairə Manafov Elşən Mirzə oğlu, 27.08.1962 müəllim, politoloq
6. 11 saylı QARADAĞ seçki dairəsi Gerayeva Nailə Zakirovna 17.11.1969 arxitektor
7. 13 saylı XƏZƏR-PİRALLAHI seçki dairəsi Arif Abbasov Sadıx oğlu, MDHP Qərbi Azərbaycan Departamentinin məclis sədri, istefada olan polkovnik
8. 15 saylı YASAMAL BİRİNCİ seçki dairəsi Ramiz Əsgər, professor, Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycanın Əməkdar jurnalisti, «Qızıl qələm», «Həsən Bəy Zərdabi», «Humay» mükafatları laureatıdır. Yazıçılar və Jurnalistlər Birliklərinin, Avrasiya Yazarlar Birliyinin və Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvüdür.
9. 18 saylı NƏRİMANOV-NİZAMİ seçki dairəsi Məsumov Sərvər Şıxəli oğlu, yazıçı-publisist, yazıçılar birliyinin üzvü, 15kitab müəllifi, prezident təqaüdçüsü
10. 19 saylı NƏRİMANOV BİRİNCİ seçki dairəsi Tahir Seyidov, MDHP Ali məclisinin sədri
11. 20 saylı NƏRİMANOV İKİNCİ seçki dairəsi Təranə Mürsəqulova, mühasibatçı, şairə, Həkəri qəzetinin xüsusi müxbiri, MDHP Ali məclisinin üzvü
12. 21 saylı NƏSİMİ BİRİNCİ seçki dairəsi Məmmədov Əhməd Qəşəm, fəlsəfə elmləri doktoru
13. 22 saylı NƏSİMİ İKİNCİ seçki dairəsi Adıgözəlov Babək Məhəmməd oğlu, 29.09.1971, hüquqşünas
14. 23 saylı NƏSİMİ-SƏBAİL seçki dairəsi Hüseynov Vəli Şami oğlul, 27.04.1962, hüquqşünas
MDHP namizədlərinin siyahısını açıqladı

15. 25 saylı NİZAMİ İKİNCİ seçki dairəsi Məmmədov Rasim Q, yazıçı-publisist, yazıçılar birliyinin üzvü, BMT-nin Avropa , ordeni laureatı, “türk ədəbiyyatına xidmət” laureatı, MDHP sədrinin müşaviri
16. 26 saylı SABUNÇU BİRİNCİ seçki dairəsi Əli Rzayev Allahverdi oğlu, MDHP Qərbi Azərbaycan Departamentinin sədri, MDHP sədrinin müavini
17. 27 saylı SABUNÇU İKİNCİ seçki dairəsi Nəzmiyyə Piriyeva Sərvər (Nəzmiyyə Hicran) Yazıçılar birliyi və İraq-Türkmən yazıçılar Birliyinin üzvü, MDHP sədrinin müşaviri
18. 28 saylı SABUNÇU ÜÇÜNCÜ seçki dairəsi Əliyev İlqar Müşdəba oğlu, 02.01.1968, pedaqoq
19. 30 saylı SURAXANI Birinci seçki dairəsi Niftalı Yusubov (Göyçəli), şair, MDHP sədrinin müşaviri
20. 32 saylı SURAXANI ÜÇÜNCÜ seçki dairəsi Ağalar Bayramov Xanlar oğlu, 16.01.1954, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Respublikanın əməkdar artisti
21. 33 saylı XƏTAİ BİRİNCİ seçki dairəsi Rzazadə Cavanşir Alunbət oğlu, 10.01.1958 İqtisadçı, hüquqşünas
22. 34 saylı XƏTAİ İKİNCİ seçki dairəsi Həsənov Sabir İsa oğlu 01.06.1964 , mühəndis
23. 35 saylı XƏTAİ ÜÇÜNCÜ seçki dairəsi İsgəndərov Nurəddin Əli oğlu, mühəndis texnoloq
24. 36 saylı XƏTAİ DÖRDÜNCÜ seçki dairəsi Həbib Ələkbərsoy, MDHP ideoloji işlər üzrə sədr müavini
25. 41 saylı SUMQAYIT BİRİNCİ seçki dairəsi Qurbanov Fizuli M, fəlsəfə elmləri doktoru,professor, fəlsəfə və hüquq institunda şöbə müdiri
26. 43 saylı SUMQAYIT ÜÇÜNCÜ seçki dairəsi Aydın Nəzərli Həmzə oğlu, hüquqşünas
27. 44 saylı SUMQAYIT-XIZI seçki dairəsi Rzayev Bəhram Cabbar oğlu, mühəndis texnoloq
28. 45 saylı ABŞERON seçki dairəsi Rzayeva Fəridə Rza qızı, 20.07.1970, filoloq
29. 46 saylı ŞİRVAN seçki dairəsi Əsədov Babək Yahya oğlu, 01.07.1963, ali, inşaatçı mühəndis
30. 48 saylı YEVLAX seçki dairəsi Nağıyev Natiq Məyiş oğlu, 16.09.1958, orta ixtisas
31. 50 saylı ABŞERON-QOBUSTAN seçki dairəsi Məmmədov İlqar İmran oğlu, 30.03.1956, mühəndis
32. 51 saylı QUSAR seçki dairəsi Piriyev Fəzaim İman oğlu, 27.08.1960, mühəndis, hüquqşünas
33. 58 saylı HACIQABUL-KÜRDƏMİR seçki dairəsi Almas Xəyyam Əfqan oğlu, 26.12.1988, inşaat mühəndisi
34. 59 saylı SALYAN seçki dairəsi Məmmədov Natiq Mətləb oğlu, 11.09.1989, cihazqayırma üzrə mühəndis
35. 60 saylı SALYAN-NEFTÇALA seçki dairəsi Səfərov Rza Əli oğlu, 06.05.1976, rabitəçi, ehtiyatda olan zabit, "Həkəri" qəzetinin müxbiri
36. 63 saylı SABİRABAD BİRİNCİ seçki dairəsi Zərbalıbəyli Məsləhət Hacıağa oğlu, 28.02.1987, hüquqşünas
37. 64 saylı SABİRABAD İKİNCİ seçki dairəsi Həsənov Vidadi Əliabbas oğlu, 01.07.1958, iqtisadçı-jurnalist
38. 70 saylı MASALLI ŞƏHƏR seçki dairəsi Mirzəyev Etibar Nusrət oğlu, 1949, Pedaqoq, hüquqşünas
39. 77 saylı ASTARA seçki dairəsi Süleymanov Nəsir Barat oğlu, 1947, Pedaoqoq
40. 79 saylı İMİŞLİ seçki dairəsi Ələkbərov Rəfael Sevdimal oğluı, 01.09.1963, hüquqşünas
41. 80 saylı İMİŞLİ-BEYLƏQAN seçki dairəsi Xankişiyev Vüqar Əsgər oğlu, 24.08.1972, Əlinəzərli k, fermer
42. 81 saylı BEYLƏQAN seçki dairəsi Quliyev Fizulu İsmayıl oğlu, 10.07.1966, hüquqşünas
43. 83 saylı AĞCABƏDİ-FÜZULİ seçki dairəsii Piriyev Məhəmməd Qədir oğlu, 04.08.1967, iqtisadçı
44. 89 saylı GÖYÇAY-AĞDAŞ seçki dairəsi İlqar Əzimov, MDHP Ali məclisinin üzvü, həkim
45. 92 saylı ZƏRDAB-UCAR seçki dairəsi Ümüdov Xudaverdi Əmir oğlu,25.08.1955, yol hərəkətinin təşkili pedaqoji
46. 93 saylı BƏRDƏ ŞƏHƏR seçki dairəsi İbrahimov Anar Musa oğlu, 21.09.1988, orkestr rəhbəri, müəllim
47. 94 saylı BƏRDƏ KƏND seçki dairəsi Məmmədov Yaşar Fəxrəddin oğlu, 10.07.1987, Gömrük işinin təşkili
48. 95 saylı TƏRTƏR seçki dairəsi Məmmədov Telman İbrahim oğlu, 1956, tarixçi
49. 96 saylı GORANBOY-NAFTALAN seçki dairəsi İbrahimov Rəmzi Əbdüləzim, 29.05.1985, tarixçi
50. 97 saylı GORANBOY-AĞDAM-TƏRTƏR seçki dairəsi Bayramzadə Araz Əli oğlu, 06.07.1990, idman müəllimi
51. 100 saylı ŞƏMKİR-DAŞKƏSƏN seçki dairəsi Əsədov Orxan Sərdar oğlu, 12.09.1989, müəllim
52. 101 saylı GÖYGÖL-DAŞKƏSƏN seçki dairəsi Aşurov Hüseyn Abuzər oğlu, 17.02.1960, mühəndis
53. 109 saylı BALAKƏN seçki dairəsi Muradov Qurban Məhəmmədkamil oğlu, 31.10.1979, mühasibat uçotu
54. 110 saylı ZAQATALA seçki dairəsi Məmmədov Məhərrəm Tofiq oğlu, 25.01.1968, iqtisadçı
55. 111 saylı ZAQATALA-BALAKƏN seçki dairəsi Qurbanov Yaşar Rəşid oğlu, 05.01.1962, müəllim
56. 112 saylı QAX seçki dairəsi Musayev İlqar Musa oğlu, 17.03.1965, texnoloq
57. 117 saylı OĞUZ-QƏBƏLƏ seçki dairəsi Mirzəzadə Rəfail Məhəmməd oğlu, həkim
58. 118 saylı AĞDAM ŞƏHƏR seçki dairəsi Rüstəmov Teymur Seymur oğlu, 29.05.1988, orta təhsil
59. 119 saylı AĞDAM KƏND seçki dairəsi Hüseynov Söhbət Allahverdi oğlu, 15.08.1965, yol mühəndisi
60. 120 saylı CƏBRAYIL-QUBADLI seçki dairəsi Təhməzov Ramil Rafiq oğlu, 24.03.1979,ali, maliyyə kredit
61. 122 saylı XANKƏNDİ seçki dairəsi Fəxrəddin Maqsudov, riyaziyyatçı, MDHP Ali məclisin katibi
62. 123 saylı KƏLBƏCƏR seçki dairəsi Əsədov Əlövsət Əsəd oğlu, 25.06.1950, tərcüməçi, iqtisadçı
63. 124 saylı ŞUŞA-AĞDAM-XOCALI-XOCAVƏND seçki dairəsi -Məhərrəmov Xaliq Adil oğlu, 28.07.1969, məşqçi müəllim


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!