Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 9-09-2022, 18:20
Qərbdən dost olmaz: Ərdoğan Putini haqlı sayır...


Qərbdən dost olmaz: Ərdoğan Putini haqlı sayır...

Son günlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə bağlı çıxışları Avropa ölkələrini ciddi narahat etməyə başlayıb. Qardaş ölkə liderinin Qərblə münasibətdə Moskvanın müdafiəsinə qalxması, prezident Vladimir Putinin bəzi iradlarında haqlı olduğunu deməsi avropalı ekspertlər tərəfindən müxtəlif cür yozulur. İddia edilir ki, Ərdoğan Ukraynada müharibənin davam etdiyi bir vaxtda Putinə dəstək verməklə, Moskvanın yanında olduğunu göstərir. “Rusiyadan hələlik taxıl daşınmır. Ona görə də Rusiya Prezidenti Vladimir Putin iradında haqlıdır. Digər tərəfdən, taxıl kasıb yox, zəngin ölkələrə daşınır. Kasıb ölkələrə də taxıl göndərilməlidir. Eyni zamanda, biz istəyirik ki, Rusiyadan da taxıl daşınsın. Bunu gözləyirik. Səmərqənddə Putinlə bu məsələni müzakirə edəcəyik”, - Ərdoğan çıxışında vurğulayıb. Əslində nə baş verir? Ərdoğan-Putin yaxınlaşmasının səbəbləri nədir? Bu barədə danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, prosesi dəyərləndirərkən Türkiyə və Rusiyanın hansı məsələlərdə mövqelərinin üst-üstə düşdüyünə fikir vermək lazımdır: “Bir müddət əvvəl Putin belə fikir səsləndirmişdi ki, Rusiya-Qərb qarşıdurması nəticəsində guya Rusiya öz suverenliyini gücləndirəcək. Yəni Rusiyanın Qərbdən asılılığı azalacaq. Mən belə başa düşdüm ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkələrin öz suverenliyini qoruma prinsipinə görə dəstəkləyir. Ərdoğanın Putinin Ukraynada həyata keçirdiyi siyasəti dəstəklədiyini düşünmürəm. Bu, mümkün deyil. Ancaq Qərbin bəzən ikili standartlar nümayiş etdirməsi, ölkələrin daxili işlərinə qarışması, bir sözlə, suverenliyə aid məsələlərə münasibəti iki ölkənin mövqelərinin üst-üstə düşməsinə səbəb olur”. Eks-nazirin fikrincə, Türkiyənin özü də Qərbdən narazıdır. NATO bəzi məsələlərdə, o cümlədən silah satışında Türkiyəyə qarşı ikili standart həyata keçirir. Bir sıra məqamlara görə Türkiyəyə sanksiya tətbiq olunub. Bu da Rusiya və Türkiyənin mövqelərinin yaxınlaşmasına gətirib çıxarır.



Bundan əlavə, T.Zülfüqarov Putinin Ukraynadan taxıl ixracı ilə bağlı mövqeyinin Ərdoğan tərəfindən dəstəklənməsinə də münasibət bildirib: “Hələ pandemiya zamanı vaksinlər ilk növbədə kasıb ölkələrə yox, zəngin ölkələrə gedirdi. Qərbin bu tip məsələlərlə bağlı verdiyi sözlər çox zaman əməldə özünü göstərmir. İxracı razılaşdırılan taxıla ən çox Afrika və digər kasıb qitələrin ehtiyacı var. Lakin bu gün heç də bütün taxıllar həmin ərazilərə çatmır. Ərdoğanın bu məsələdə Rusiyanı dəstəkləməsi Qərbin ikili standartlarını tənqid kimi qiymətləndirilə bilər. Əslində, Rusiya ilə Türkiyənin maraqları çox zaman toqquşur. Ancaq yenə də deyirəm, Qərbin ikili standartları onları bir mövqedə birləşdirir”.



Paylaş



Bölmə: Siyasət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!