Ərdoğandan dost ölkələrlə bağlı mühüm açıqlama .....                        Müəllimlərin nəzərinə! .....                        "Green card"da iştirak ödənişli oldu .....                        Qubada insan sümükləri tapıldı .....                        Narkotik istifadəçisi arayışı “ASAN xidmət”də veriləcək .....                        Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri ilə görüşdü .....                        "Qarabağ"ın qapıçısı: Biz tarix yazdıq .....                        Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM .....                        Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi .....                       
Tarix : 11-04-2016, 17:17
Lələtəpə və Talış yüksəkliklərinin əhəmiyyəti nədir?



"Bu yüksəkliklər ordumuza imkan verir ki, bir neçə saata ..."


Lələtəpə və Talış yüksəkliklərinin əhəmiyyəti nədir?

Aprel ayının əvvəlində baş verən bir neçə günlük müharibə nəticəsində bir neçə kəndlə yanaşı ordumuz cənub istiqamətində Lələtəpə və şimal istiqamətində Talış kəndi yüksəkliyinə nəzarəti ələ keçirdi.

Lələtəpə və Talış yüksəkliklərinin ordumuzun nəzarəti altına keçməsinin hansı strateji əhəmiyyəti var?

Butov.az xəbər verir ki, bu sualı hərbi ekspert Üzeyir Cəfərov Ölkə.az-a verdiyi açıqlamasında cavablandırıb:

"Lələtəpə yüksəkliyi Azərbaycan silahlı qüvvələrinə Horadiz və Füzuli rayonunu nəzarətdə saxlamağa imkan verir. Lələtəpə yüksəkliyinin bizim nəzarətimizdə olması o istiqamətdən yarana biləcək təhlükələrin qarşısını alır. Azərbaycan silahlı qüvvələri hərəkətə keçəcəyi təqdirdə çox asanlıqla işğal altında olan Cəbrayıl və Füzuli rayonlarını işğaldan azad edə bilər.

Lələtəpə və digər istiqamətdən silahlı qüvvələrimiz hücum edəcəyi təqdirdə düşmən çoxlu sayda itki verərək o əraziləri boşaldacaq. Prinsip etibarı ilə aprelin 1-i və 2-də baş verən proseslər o istiqamətdə inkişaf edirdi. Bunu başa düşən ermənilər və onların havadarları diplomatik rıçaqları işə saldılar və bunun da nəticəsində proses dayandı. Azərbaycan ordusu bir neçə saata Füzulini tam işğaldan azad etmək iqtidarında idi. Buna imkan verilmədi. Füzuli işğaldan azad ediləndən dərhal sonra Cəbrayıl, Zəngilan, Qubadlı da işğaldan azad ediləcəkdi. Biz danışıqlarımızda da bu məsələni gündəmə gətirməliyik ki, silahlı qüvvələrimiz buna qadirdir. Ermənilər nə qədər tez silahlı qüvvələrini geri çəksələr, onlar üçün o qədər yaxşı olar və bu proses qansız-qadasız bitər.

Talış yüksəkliyinin bizim ordumuzun nəzarətində olması həm Tərtər istiqamətində, həm də keçmiş Ağdərə rayonuna nəzarət etməyə imkan yaradır. Seysulan kəndi işğaldan azad edilib, ancaq Seysulan kəndi strateji yüksəklik deyil. Talış yüksəkliyi isə çox strateji yüksəkilikdir. Talış yüksəkliyinin bizim nəzarətimizdə olması ordumuzun sabah çox asanlıqla Ağdərəni və ətraf bölgələrini işğaldan azad etməsinə imkan yaradacaq. Bu yüksəkliklər uğrunda gedən döyüşlər nəticəsində hər iki tərəf itki verdi. Nəticədə hər iki yüksəklik bizim əlimizdədir. Ortaya diplomatik qüvvələr düşməsə idi, hər iki istiqamətdə, ordumuz işğal altında olan torpaqlarımızı tam olaraq geri qaytara bilərdi".


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!