İran ABŞ ilə razılığa gəldi .....                        İordan vadisində partlayış: Bir uşaq ölüb .....                        Bakıda kişi keçmiş arvadının yeni ərini bıçaqlayıb .....                        İkinci cəhd magistratura imtahanı asan olacaq - AÇIQLAMA .....                        Hərbi polisin binası partladı: 3 nəfər öldü .....                        Salyanda bu ailələrə 12 mənzil veriləcək .....                        Rusiya-ABŞ-Ukrayna danışıqları başlayıb - YENİLƏNİB .....                        Magistratura imtahanlarının nəticələri AÇIQLANDI .....                        Kənd Təsərrüfatı Nazirliyində CİDDİ POZUNTULAR .....                       
Tarix : 16-06-2017, 17:37
Dağlıq Qarabağ münaqişəsi Azərbaycana kiberhücum riskini artırır

Geosiyasi risklər fonunda Azərbaycan kiberhücumlara daha çox məruz qalmaq təhlükəsi ilə üz-üzədir.
Butov.az xəbər verir ki, bunu APA-ya açıqlamasında "Kaspersky Lab" şirkətin vitse-prezidenti Anton Şinqaryov deyib.

Onun sözlərinə görə, kiberhücum təhlükəsi hər bir ölkə üçün hər zaman var: "Sürətlə dəyişən dünyada hər şey əvvəlki kimi deyil. Bu təhlükə sərhəd tanımır. Azərbaycanda IT sahəsinə maraq böyükdür, ölkədə güclü proqramçılar var. Lakin onların bəziləri sənətin digər tərəfini seçir və kibercinayətkara çevrilir. Bu, hər bir ölkəyə xas olan problemdir. Bundan başqa, qonşularla siyasi-hərbi münaqişə şəraitində yaşayan ölkələrdə kiberhücum riski yüksək olur. Biz bilirik ki, qonşuları ucbatından Azərbaycan asan olmayan geosiyasi şəraitdədir. Mən Dağlıq Qarabağ münaqişəsini nəzərdə tuturam. Bu baxımdan IT infrastrukturun qorunması Azərbaycan üçün olduqca önəmlidir. Bununla yanaşı, ölkənin güclü sənayesi və maliyyə sektoru var. Bu da potensial riskləri artırır".

Vitse-prezident onu da qeyd edib ki, "Kaspersky Lab" şirkətinin təsisçisi və baş icraçı direktoru Yevgeni Kasperski yaxın günlərdə Bakıya səfər edəcək. Onun sözlərinə görə, səfər çərçivəsində şirkətin rəhbəri "Formula-1" yarışının Bakı Qran-prisini izləyəcək.

"Bilirsiniz ki, "Kaspersky Lab" "Ferrari" komandasının sponsorudur. Yevgeni "Formula-1", sürət həvəskarıdır", - A.Sinqaryov əlavə edib.

Şirkət rəsmisi deyib ki, böyük ehtimalla, Bakıya səfəri çərçivəsində Y.Kasperki prezidenti İlham Əliyevlə görüşəcək: "Hər şey qrafikdən asılıdır. Belə bir istək var, lakin görüş təsdiqlənməyib".

O, həmçinin bildirib ki, səfər zamanı bir sıra dövlət qurumlarının və iri şirkətlərin rəhbərləri ilə görüş planlaşdırılır: "Güclü sənaye sektoruna malik olan Azərbaycan bizim üçün olduqca əhəmiyyətli bazardır".


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!