XİN rəhbərləri Tiflisdə görüşdüAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
Görüş Tiflisdə keçirilir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tiflisdə keçirilən görüş başa çatıb.
XİN başçıları arasında ilk ikitərəfli görüş bir saatdan çox davam edib.
Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Görüşlərdən öncə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü də olub.