Ərdoğan Zelenski ilə sülhdən danışdı .....                        Yenidən spiker postuna namizəd oldu .....                        Telmanın atası da minaya düşübmüş... .....                        Buraxılış imtahanının cavabları elan edildi .....                        Tələbə xərçəngdən vəfat etdi .....                        Millimiz dünya çempionatının finalında .....                        Gəncəni raketlə vuranlar onlar imiş - Adlar AÇIQLANDI .....                        Füzuli Hüseynova töhmət verildi - Şuradan ÇIXARILDI .....                        Meloni Mərkəzi Asiya liderlərini bir araya topladı .....                       
26-08-2024, 18:05
Sadiq Qurbanov şəhid ailələrini ziyarət etdi, seçicilərlə görüşdü


Sadiq Qurbanov şəhid ailələrini ziyarət etdi, seçicilərlə görüşdü – FOTO

1 sentyabrda ölkədə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 64 saylı Salyan seçki dairəsindən namizədi Sadiq Qurbanov seçicilərlə görüşlərini davam etdirir.

Ednews “AzPolitika”a istinadən xəbər verir ki, S.Qurbanov təbliğat-təşviqat kampaniyası çərçivəsində Salyanın Parça Xələc və Seyidan kəndlərinin seçiciləri ilə bir araya gəlib. “Ulu Öndər Heydər Əliyevin ideyaları, cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti xalqımız tərəfindən tam dəstəklənir. “Yeni dövrə Yeni Azərbaycanla” ideyasını dəstəkləyən 64 saylı Salyan seçki dairəsindən olan seçicilərimə göstərdikləri diqqət və səmimiyyətə görə bir daha dərin təşəkkürümü bildirirəm”, - o sosial şəbəkə hesabında yazıb.

Sadiq Qurbanov daha sonra rayonda şəhid ailələrinə baş çəkib, onların məzarlarını, ev muzeylərini ziyarət edib. Namizəd yazıb: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi "44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün. Düşməni diz çökdürən, bizə bu zəfər səlnaməsini yaşadan, qanından-canından keçən qəhrəman şəhidimiz və qazilərimiz oldu. Başımızı uca edən, Vətən uğrunda canını verən şəhidlərimizdən Salyan rayonunun İkinci Varlı, Gəncəli, Kürsəngi kənd sakinləri olan şəhid Emin Nəzərovun, Əlisahib Ələkbərovun, Əmrah Həmidov və Səməndər İmanovun ailələrini ziyarət etdik. Bütün şəhidlərimiz nur içində yatsın!”


16-08-2024, 18:49
Azər Allahverənov Zabrat qəsəbəsində seçicilərlə görüşüb


Azər Allahverənov Zabrat qəsəbəsində seçicilərlə görüşüb

Azər Allahverənov Zabrat qəsəbəsində seçicilərlə görüşüb1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Allahverənovun Zabrat qəsəbəsində yaşayan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan Sabunçu rayon ziyalısı İlham Mustafayev Azər Allahverənovun tərcümeyi-halına nəzər salıb, şəxsi uzun müddət tanıdığını və Milli Məclisə seçiləcəyi təqdirdə bu missiyanı layiqincə yerinə yetirəcəyini, hər zaman seçicilərin arasında olacağını əminliklə bildirib.

Son illər Azərbaycanda siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə həyata keçirilən dərin islahatlar, işğaldan azad olunmuş ərazilərdə icra olunan genişmiqyaslı bərpa-quruculuq işləri barədə danışan Azər Allahverənov bu sahələrdə əldə olunan nəticələrin lokal şəkildə ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına və geniş mənada ölkədə davamlı inkişafın təmin olunmasına səbəb olduğunu qeyd edib. Seçkiqabağı platformasının ayrı-ayrı aspektlərinin həmin nəticələrin əldə olunması ilə əlaqəli olduğunu qeyd edən Azər Allahverənov Zabrat qəsəbəsinin seçicilərinin ona etimad göstərdiyi təqdirdə məhz həmin sahələrdə nəticələrin əldə olunması istiqamətində fəaliyyət göstərəcəyini bildirib. Eyni zamanda o, seçki dairəsinin ərazisinə daxil olan qəsəbələrdə təhsil, səhiyyə, məşğulluq, ətraf mühitin qorunması və digər sahələrdə həyata keçirmək niyyətində olduğu gələcək planlar barədə danışıb.

Çıxış edən Zabrat qəsəbəsinin sakinləri Elxan Mirzəyev, Xanlar İsmayılov, Sevil Həsənova, Mehriban Əzizova, Tamara Əliyeva və digərləri qəsəbənin gündəlik həyatında üzləşdikləri çətinliklər barədə danışıblar, həlli vacib olan məsələlər barədə fikirlər irəli sürüblər. Çıxışçılar Azər Allahverənova inandıqlarını və qarşıdan gələn parlament seçkilərində məhz Azər Allahverənova etimad göstərəcəklərini əminliklə bildiriblər.

Sonda Azər Allahverənov görüş iştirakçılarının suallarını ətraflı cavablandırıb və görüşdə qaldırılan məsələlərin aidiyyəti üzrə təqdim edəcəyini əminliklə bildirib.
14-08-2024, 22:08
Görüşünüzə el oğlu kimi gəlmişəm

Görüşünüzə el oğlu kimi gəlmişəm

Salam, xoş gördük sizləri, əziz həmvətənlərim, elim, obam. Bu yerləri ziyarət etmək, sizlərlə görüşmək mənim üçün çox böyük şərəfdir. Mən bu gün sizin görüşünüzə təkcə deputatlığa namizəd kimi yox, həm də bir el oğlu kimi gəlmişəm. Gəlmişəm yurddaşlarımla görüşəm, dərdləşəm, hal-əhval tutam. İstəyim budur ki, sizlərin istək və arzularınızı özünüzdən öyrənib gələcək işlərimizin istiqamətini sizinlə birlikdə müəyyən eləyək. Yaşımın bu çağında bu fürsəti xalqımıza həqiqi mənada xidmətimi davam etdirmək üçün mənə verilmiş çox böyük şans hesab edirəm. Əgər mənə inanıb səs verərək sizin millət vəkiliniz olmağımı dəstəkləsəniz, boynuma böyük məsuliyyət qoymuş olacaqsınız. Sizin istəklərinizi, arzularınızı, qayğılarınızı yüksək kürsüdən lazımi təşkilatlara çatdırıb, müsbət həllinə nail olmağa çalışacağam. Bütün Azərbaycan xalqının rifahına xidmət edən qanun və qərarların təşəbbüskarı kimi çıxış edib, hamıya fayda verə biləcək real əməllərin ərsəyə gəlməsinə xidmət edəcəyəm.
Mən Qarayev Nizami Müslüm oğlu 1971-ci il 4 may tarixdə Gədəbəy rayonunun İnəkboğan kəndində İkinci Dünya Müharibəsi veteranı ailəsində dünyaya gəlmişəm.

1987-ci ildə kəndimizdəki orta məktəbin 10-cu sinfini bitirmişəm. Elə həmin ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakultəsinə qəbul olmuşam. İki il keçmiş Sovetlər Birliyinin ordu sıralarında xidmət etmişəm. 1991-ci ilin iyun ayında hərbi xidmətdən qayıtdıqdan sonra yağı düşmənin torpaqlarımızda başlatdığı işğalçılıq müharibəsinə qarşı müxtəlif rayonlarda gedən döyüşlərdə iştrak etmişəm. Bu səbəbdən də Politexnik İnstitututunda təhsilimi davam etdirə bilməmişəm. 1994-cü ildə atəşkəs elan olunduqdan sonra ali təhsil almaq üçün DİO-nun Polis Akademiyasına daxil oldum. Daha sonra Moskvada Lomonosov adına Dövlət Universitetitinin magistraturasını və doktoranturasını bitirərək hüquqşunas təhsilinə yiyələnmişəm. Hüquq üzrə fəlsəfə doktoruyam.
Daxili İşlər Orqanlarında müxtəlif yüksək vəzifələrdə çalışmışam. Bir neçə yerlərdə rəis müavini, rəis vəzifələrində dövlətə və dövlətçiliyə xidmət edərək yüksək rütbəyə layiq görülmüşəm. Mən xalqımızın və dövlətimizin mənafeyini uca tutmaqla bərabər hər zaman dövlətə və dövlətçiliyə sadiq olmaqda davam edirəm.
Onu da qeyd edim ki, bizim döyüşdüyümüz vaxtlarda atəşkəs elan olunsa da, şükürlər olsun, 2020-ci ildə Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi altında ordumuz torpaqlarımızı işğaldan azad elədi. Mən də sizlərlə bərabər xalqımızın bir nəfəri kimi ordumuza hər cür dəstək olmağa, hətta yenidən döyüşə qatılmağa hazır idim. Amma düşmən ordusu 44 gün ərzində darmadağın olduğundan bizlərə ehtiyac qalmadı. Hətta 3 rayonumuz bir güllə belə atılmadan azad edildi. Möhtərəm prezidentimiz hərbi qələbəmizi beynəlxalq aləmdə, siyasi müstəvidə də təsdiqlətdi, möhkəmlətdi. Odur ki, İlham Əliyevin ordu quruculuğu, beynəlxalq siyasət və digər sahələrdəki uğurlu siyasətini həmişə dəstəkləmişəm, bundan sonra da ənənəmə sadiq qalacağam.

Bəli, bütün bunlarla bərabər, bir sıra həllini gözləyən problemlərin olduğunu da bilirəm. Təqaüd yaşının azaldılması, uşaq pulunun verilməsi, təqaüdlərin artırılması, maaş və minimum əmək haqqının artırılması, kommunal xərclərin azaldılması, limitin ləğv edilməsi, rayonumuzda icbari tibbi xidmətin yüksəldilməsi, xəstəxana, məktəb, iaşə xidməti müəssisələrinin tikilməsi, yeni iş yerlərinin yaradılması, yolların çəkilməsi, körpülərin tikilməsi və s.
Xarakterimdən irəli gələn bir xüsusiyyəti sizlərə çatdırmaq istəyirəm. Məni tanıyanlar yaxşı bilirlər ki, mən az danışıb, çox iş görməyi xoşlayıram. Görə bilməyəcəyim işlər barədə yalançı vədlər vermək mənə yaddır. Ancaq onu sizə söz verirəm ki, mən həqiqi mənada sizin vəkiliniz olacağam. Qapım həmişə seçicilərimin üzünə açıq olacaq. Mənə səs verən, verməyən hər kəsə qarşı eyni münasibətdə olub, onların problemlərini müsbət həll etməyə çalışacağam.
Məndən layiqli hesab edib rəqib namizədlərə səs versəniz, yenə də anlayışla qəbul edib sizin seçiminizə hörmətlə yanaşacağam.
Hamınızı 1 sentyabrda seçki məntəqələrinə gəlib layiq bildiyiniz namizədə səs verməyə çağırıram. Sizlərdən xahiş edirəm, hər biriniz seçki məntəqələrinə gəlməklə fəallıq göstərəsiniz, vətəndaşlıq borcunuzu yerinə yetirəsiniz. Bununla da xalqımızın hər zaman dövlətə və dövlətçiliyə sadiq olduğunu, fəal vətəndaş mövqeyinizi bütün dünyaya nümayiş etdirmiş olarsınız.
Dövlətimiz, dövlətçiliyimiz, xalqımız, elimiz üçün xeyirli, uğurlu olsun!
Biz birlikdə güclüyük!
Yaşasın bütöv Azərbaycanımız!
Yaşasın bütöv Azərbaycanımızı xalqımıza bəxş eləyən Müzəffər Ali Baş komandan başda olmaqla əsgər və zabitlərimiz.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
6-08-2024, 16:26
Xırdalanda Qərbi azərbaycanlıların növbəti görüşü


Xırdalanda Qərbi azərbaycanlıların növbəti görüşü

6 avqust 2024-cü il tarixdə Xırdalan şəhərində Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəliyində Qərbi Azərbaycandan deportasiya olunan bir qrup ziyalı ilə görüş keçirildi.
Görüşdə Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəsi “Əməkdar müəllim” Bilman Vəliyev çıxış edərək “Qaydış konsepsiyası” barədə ətraflı məlumat verdi.
Sonra görüşdə iştirak edənlər: Gənclərlə iş üzrə məsul şəxs Heydər Vəliyev,Ziyalılar: Eldar Həziyev,Hikmət Ağayev,Fərhat Rzayev,Bəxtiyar Bəxtiyarov,İslam Mahmudov,Musa Kazımov,Ədilxan Mustafayev çıxış edərək Qərbi Azərbaycan İcmasının yaranma zəruriliyi və fəaliyyəti barədə öz fikirlərini bildirdilər.
Görüş geniş müzakirələr ətrafında keçirildi.


15-07-2024, 16:25
"Pezeşkianın seçilməsi münasibətlərin istiləşməsinə təsir edə bilər" - Sabiq səfir


"Pezeşkianın seçilməsi münasibətlərin istiləşməsinə təsir edə bilər" - Sabiq səfir

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb. Səfirlik ötən ilin əvvəli bağlanıb. 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.
Məsələ ilə bağlı danışan Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli bildirib ki, səfriliyin uzun müddət bağlı qalması Azərbaycanın ziyanına idi:



"İranın Azərbaycanın İrandakı səfriliyimizin uzun müddət bağlı qalması bizim ziyanımıza idi. Bəli, səfirliyin fəaliyyətinin dayandırılması bir diplomatik demarş idi. Lakin hər baxımdan bu bizim ziyanımızaydı. Çünki diplomatik nümayəndəliyin olması ölkənin ehtiyacıdır. Səfirliyimiz bağlananda da deyirdim, indi də deyirəm ki, bizim orada səfirliyimiz olmalıdır. Amma o vaxtda dediyim kimi, uyğun təhlükəsizlik sistemi qurulmalıdır. Əvvəlki kimi əlini-qolunu sallaya-sallaya səfirliyə giriş olmamalıdır. Bütün ölkələrdəki səfriliklərimizdə təhlükəsizlik sistemi yüksək səviyyədə qurulmalıdır".
Sabiq səfir vurğulayıb ki, İranda yeni prezidentin seçilməsi ilə səfirliyimizin fəaliyyətə başlamasının üst-üstə düşməsi xoş bir hadisədir:
"Məsələyə bu nöqteyi-nəzərdən baxmaq olar. Bütün hallarda bizim İranda böyük maraqlarımız var. Bu maraqları qorumaq üçün də səfirliyə, diplomatik nümayəndəliklərə ehtiyacımız var. Quru sərhədlərinin açılmasına da ehtiyac var. Çünki iki Azərbaycan arasındakı əlaqələrin daha da genişlənməsinə quru sərədlərinin bağlı qalması mane olur. Bundan sonrakı əlaqələrimizin necə olacağını indidən demək elə də asan deyil. Əlaqələrin necə olacağı beynəlxalq və regional faktorlardan asılı olacaq. Pezeşkianın seçilməsi münasibətlərin istiləşməsinə təsir edə bilər".
13-07-2024, 18:11
Ermənistanın nazınca çox oynadılar...


Ermənistanın nazınca çox oynadılar...

Görünən odur ki, rəsmi ermənistanın heç bir iradəsi yoxdur. Butov.az xəbər verir ki, bu sözləri siyasi şərhçi, professor Fikrət Sadıqov Ermənistanın KTMT-dən çıxmaq niyyətinə münasibət bildirərkən deyib. Professor bildirib ki, Əgər Ermənistan hakimiyyətinin iadəsi olsaydı, KTMT-dən çoxdan çıxardı. Çoxdan əməli addımlar ataraq sübut edərdi ki, o təşkilatdan çıxır. Amma çıxmır, gah bəynat verib fəaliyyətin dondurur, gah sammitlərdə iştirak etmir. Yenə də çıxmır ki, çıxmır.
Onu da qeyd edim ki, hər hansı bir təşkilata üzvlük məsələsində maliyyə xərcləri mühümdür. Çünki hər bir dövlət üzv olduğu təşkilata müəyyən üzvlük haqqı ödəməlidir. Ermənistan onu da eləmir. Artıq Rusiya Ermənistanın son qərarını bilmək istəyir. Ona görə də Qaluzin bu tələbi açıq şəkildə dilə gətirib ki, Ermənistan KTMT-dən çıxmaq istəyirsə, açıq şəkildə -rəsmən fikrini bildirsin. Eyni zamanda atacağı addımın sonrakı acı nəticələrini də fikirləşsin.
Fikrət Sadıqovun fikrincə, bu artıq Ermənistana açıq-aydın təhdiddir.
30-06-2024, 08:22
Leninqradın küçə dərsləri

Leninqradın küçə dərsləri

"Butov.az" xəbər verir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin özünün döyüş qaydalarına dair fikrini belə şərh edib: "Hələ 50 il əvvəl Leninqrad küçələri mənə bir qayda öyrədib. Əgər dava qaçılmazdırsa, zərbəni birinci endirmək lazımdır." Yəqinki Volodya Ukraynaya hücumun qaçılmazlığını bu üsulla diqqətə çatdırır. Amma unudur ki, bu küçə döyüşü deyil, kütləvi qırğındır. Bir xalqın müsibətidir.
2-06-2024, 09:34
Cümşüd Nuriyev: ”Azərbaycan İngiltərə deyil”

Cümşüd Nuriyev: ”Azərbaycan İngiltərə deyil”

Bu sözləri siyasi elmlər doktoru Cümşüd Nuriyev İctimai Televiziyanın “Ziyalı mövqeyi” proqramında çıxışı zamanı deyib. Ölkənin yürütdüyü xarici siyasəti “Super” deyə, qiymətləndirən politoloq ölkə daxilində baş verən bəzi tendensiyalardan narahatlığını bildirib. Qeyd edib ki, Azərbaycan vətəndaşlarını ingilis dili bilmədiyi üçün işə qəbul etmirlər, bəzi hallar da hətta işdən çıxarırlar. Ali məktəblərdə ingiliscə dərs keçən müəllimlərə daha yüksək maaş verilir. Belə hallar yol verilməzdir. Amerika dünyanı öz dolları ilə, ingilislər dilləri ilə idarə etməyə şalışırlar. Bundan ciddi nəticə çıxarmaq, ölkə daxilində dilimizin inkişafına fikir vermək lazımdır.

25-04-2024, 19:19
Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır


Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır

Çin Azərbaycan ilə Ermənistanın münasibətlərin normallaşması prosesində əldə etdiyi irəliləyişi alqışlayır.
Bu fikri Çin Xarici İşlər Nazirliyinin rəsmisi Van Venbin Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 8-ci iclasının yekunu olaraq iki ölkənin dövlət sərhədinin delimitasiyasına başlamasına dair razılığı şərh edərkən deyib.
Həm Azərbaycanın, həm də Ermənistanın Çinin dostu və əməkdaşlıq tərəfdaşı olduğunu vurğulayan Çin XİN rəsmisi deyib: “Biz ümid edirik ki, Azərbaycanla Ermənistan dialoq və məsləhətləşmələr vasitəsilə fikir ayrılıqlarının, mübahisələrin həlli və regionda sülhün, sabitliyin, firavanlığın möhkəmlənməsi istiqamətində birgə işlərini davam etdirəcək”.
19-04-2024, 21:12
Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub


Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri - Dos. Dr. Sadiq Qurbanov 4-5 aprel tarixlərində keçirilmiş “International Scientific Conference on Economic and Social Development "Green Economy & Sustainable Development" beynəlxalq tədbirdə onlayn formada “Dayanıqlı ENERJİYƏ DOĞRU: QLOBAL KONTEKSTdə AZƏRBAYCAN” (TOWARDS SUSTAINABLE ENERGY: AZERBAIJAN IN A QLOBAL CONTEXT) mövzusunda məruzəçi statusunda iştirak edib.
Məlumat üçün bildirək ki, beynəlxalq tədbirin nəşr etdiyi kitab CPCI (WoS), EconLit, ABI Inform (by ProQuest), EBSCO and EconBIZ kimi elmmetrik bazalarda indekslənir.
Məruzəçi, Müasir Azərbaycanın adının neftlə sıx bağlı olmasına baxmayaraq, hazırda Azərbaycan böyük bərpaolunan enerji potensialına malik olan güclü ölkə olduğunu və ölkəmiz regionda yaşıl enerjiyə keçid modeli tətbiqi üzrə öndədir və qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. S.Qurbanov konfrans iştirakçılarının nəzərinə, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması barədə” Sərəncamın mahiyyəti barədə məlumat verib. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5-ci prioritet "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" adlanır.
Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub.
Azərbaycanın beynəlxalq arenada şəksiz nüfuzunun məntiqi nəticəsi Bakının dünyanın ən iri və nüfuzlu tədbirlərindən birinin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibi seçilməsini qeyd edib.
Məruzəçi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz rolu üzərindən xüsüsi qeydlər edib və ölkəmizin “yaşıl” enerjinin ixracı barədə də açıqlamalar verilib. Beləliklə, Azərbaycanın qlobal dünyada və regionda sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləyini arqument və faktlarla ortaya qoyub.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!