"Fənərbağça"dan inamlı qələbə .....                        Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı .....                        Papanın dəfninə qatılan insanların sayı .....                        Maştağada itkin düşən qızlar tapıldı .....                        Putin bəlkə də müharibəni bitirmək istəmir - Tramp .....                        İranda güclü partlayışda ölən və yaralananların sayı artdı .....                        Tramp-Zelenski görüşü niyə qısa çəkdi? .....                        Sahibə Qafarova Papanın dəfnində - FOTO .....                        Zelim Kotsoyev gümüş medal qazandı .....                       
21-01-2023, 00:19
ARTIQ «TƏRTƏR-2»-YƏ START VERİLİB


ARTIQ «TƏRTƏR-2»-YƏ START VERİLİB

Ölkədə 1988-ci ilin noyabrında başlayıb, 1991-ci ildə SSRİ-nin çökməsi ilə nəticələnən hadisələr yaşlı nəslin çoxlarının yadındadır. O zaman bir tərəfdən imperiyanın dağılmasının nəticəsi olaraq bütün milli respublikalarda imperiya sahiblərinin zorla Moskvaya tabe edilərək, əvvəlcədən düşünülmüş şəkildə iqtisadi strukturlarını da hörümçək toru kimi toxumaqla Rusiyadan asılı vəziyyətə saldığından, Azərbaycanın iqtisadi sistemi də onun fəaliyyətini təmin edən mənbələrlə qarşılıqlı əlaqələrinin kəsilməsi səbəbindən iflicləşib məhvə məhkum oldu. Bu amil təkcə sadə vətəndaşlar deyil, ölkənin ziyalı, məmur təbəqəsinin ən azı, adi məişət səviyyəsində mövcudluğunu da real təhlükə qarşısında qoymaqla bərabər, həm kütlə, həm də ölkənin hüquqi, inzibati və s. sistemlərində müdhiş bir xaos və anarxiya mühiti yaratdı. Ölkənin bu vəziyyətindən sui-istifadə edərək hakimiyyəti ələ keçirmək istəyən müxtəlif, başqa yeni yaranmış milli respublikaları, o cümlədən də xüsusilə Azərbaycanı imperiyanın əsarətində, heç olmasa öz orbitində saxlamağa çalışan Rusiyanın dəstəklədiyi qüvvələrin arasında gedən sərt, kəskin mübarizə ilə yanaşı Rusiya-Ermənistan-İran triosunun birbaşa iştirakından əlavə Avropa və ABŞ-ın Azərbaycana tətbiq etdiyi 907-ci düzəliş qəbilindən olan təpkiləri şəraitində ölkə əhalisinin əmək qabiliyyətinə malik olan əhalisinin 70-80 faizi, iş tapıb, pul qazanaraq özlərinin, həm də Azərbaycanda qalan yaxınlarının mövcudluğunu təmin etmək məqsədilə Rusiyaya üz tutdular. O zaman Rusiyada hakimiyyət başında olan Yeltsinin və onun ətrafının şəxsən H.Əliyevə qarşı son dərəcə mənfi məxsi münasibəti, eləcə də Rusiyada 150 ildən bəri Rusiyanın bütün hakimiyyət və s. strukturlarına hoparaq vahid sistemdə birləşmiş ermənilərin ruslarla birgə Azərbaycanlılara qarşı apardıqları təbliğatla bərabər, polisin, OMON-un türk respublikalarından gələnlərə, xüsusilə Azərbaycanlılara qarşı tez-tez həyata keçirdikləri cəza tədbirləri şəraitində, qarlı-şaxtalı Rusiya iqlimində yaşamaq üçün heç bir şəraiti olmayan yerlərdə qalmaqla, bazarlarda meyvə, paltar satan, hətta küçələri süpürən azərbaycanlı, vaxtilə Azərbaycanda elmi fəaliyyətlə məşğul olan alimlərə, müxtəlif orta səviyyəli vəzifələrdə çalışmış məmurlara rast gəlmək adi hala çevrilmişdi. Çox zaman insanın ağlına belə gətirə bilməyəcəyi əzablara sinə gərib, o dövrdən bəri, bu günədək orada iqtisadi və s. sahələrdə yerləşə bilmiş Azərbaycan vətəndaşlarının sayı iki milyon nəfər civarındadır. Bu insanların hamısı Rusiyada işləyib yaşaya bilmələri üçün müxtəlif yollarla həm də Rusiya vətəndaşlığı ala bilmişlər. Ukraynanı bir neçə gün ərzində işğal və ram edərək, əsarətə alacağını düşünərək, 2022-ci ilin, fevral ayının 24-də Ukraynaya qarşı işğalçı müharibəyə başlayan Rusiya bu ölkənin rəhbərliyi ilə müxtəlif millətlərdən ibarət Ukrayna vətəndaşlarının monolit birliyi və həmrəyliyinə əsaslanan işğalçılara qarşı qəhrəmanlığı, inadlı müqaviməti nəticəsində ciddi uğursuzluqlara düçar olaraq çoxlu hərbi texnika və peşəkar canlı hərbi qüvvə itirdikdən, eləcə də bütün dünya ölkələri və dünya ictimaiyyəti tərəfindən müxtəlif xarakterli, Ukraynaya hərbi, humanitar yardım, ictimai rəy təpkiləri, habelə Rusiyaya qarşı çoxsaylı sanksiyaların tətbiqi ilə üzləşdikdən sonra ölkə daxilində özünün etnik dayağı olan rusları özünə qarşı çevirməmək məqsədi ilə öz döyüşkənliyi ilə seçilən türk xalqları olan buryatları və s. ilə birlikdə çeçenləri də hərbi səfərbərliyə cəlb etdi. Müasir hərbi hazırlığa malik olmayıb ön cəbhəyə göndərilən və məhv edilən rusiya hərbiçilərinin sayı yüz minə çatdıqda is dövlətdən narazılığı artıq partlayış həddində qərarlaşan Rusiya ictimaiyyətinin qəzəbini bir qədər neytrallaşdırmaq məqsədilə Rusiya hökuməti ölkədə fəaliyyət göstərib, Rusiya vətəndaşlığı olmayan əmək miqrantlarını belə müxtəlif məcburi və maraqlandırma yolları vasitəsilə Ukrayna cəbhəsinə real ölümə göndərməkdədir. Təbii ki, Rusiyanın işğalçı müharibədə qalib gələcəyi halda, Rusiyanın növbəti işğal obyektinin onların öz doğma vətəninin olacağını bilən bu insanların mütləq əksəriyyəti Rusiyanın bu imperialist iddialarının qurbanı olmamaq üçün öz vətənlərinə qayıdırlar. Bu kontingentin Rusiyadan çıxa bilməməsi üçün Rusiya özünün həm yerüstü, həm də hava sərhədlərində imkanı olan bütün maneə və qadağaları qoyub. Ara-sıra bu maneə və qadağalardan yayına bilənlər öz vətənlərinə qayıdıb ailələrinə qovuşur. Onların bir hissəsi də doğma Azərbaycana qayıdıb gələn Azərbaycan vətəndaşlarıdır. Bir müddət öncə millət vəkillərinin bəziləri, səhv etmirəmsə Fazil Mustafa, Razi Nurullayev və s. də haqlı olaraq Rusiyada yaşayan soydaşlarımıza Ukrayna ilə müharibəyə getməyib, vətənə qayıtmaları barədə çağırışlar da səsləndirmişlər. Məzmun və mahiyyət etibarilə bu müraciətlər obyektiv və ədalətli idi. Oxucunun məsələnin mahiyyətini dəqiq və obyektiv dərk edə bilməsi üçün onun bir neçə cəhətini qeyd edək.
Birincisi, bu günə Rusiya və Ukraynada yaşayan soydaşlarımızın birlikdə ümumi sayı 3 (üç) milyon civarındadır. Onların 1 (bir) milyona yaxını sağlam, aktiv əmək qabiliyytli, birinci və ikinci Qarabağ döyüşləri iştirakçıları da daxil olmaqla, hərbi xidmətdə olub, hərbi xidmət hazırlığı olan 50 yaşına qədər Azərbaycan vətəndaşlığı ləğv edilməmiş, lakin əsasən şəxsiyyət vəsiqələrinin, xarici pasportlarının etibarlılıq vaxtı keçmiş kişilərdir. Bunu da qeyd edim ki, onların əksəriyyəti, hətta işləməsələr belə ailələrini dolandıra biləcək, ölkədə müxtəlif iş qurmağa bacarığı və vəsaiti olan insanlardır. Yəni, onlar dövlətə yük olub, dövlətdən ev, maddi təminat, uşaq pulu və s. istəyəcək kontingent də deyil. Bir əhəmiyyətli detal da budur ki, müharibəyə getməkdən yayınıb Rusiyadan, Ukraynadan Avropaya, Türkiyəyə, hətta Azərbaycanın özünə mühacirət edib, əslən Rusiyalı, Ukraynalı vətəndaşları bütün dövlətlər qəbul edib, sığınacaq və maddi yardım da verdiyi halda, Azərbaycanda əslən Azərbaycanlı olub, Azərbaycan vətəndaşlığı ləğv edilməyib, şəxsiyyət vəsiqəsinin və ya xarici pasportunun etibarlılıq müddəti keçmiş vətəndaşlarımızın bu sənədlərinin yenisi ilə əvəzlənməsinə, Azərbaycan Konstitusiyası və ondan irəli gələn bütün qanunların ziddinə olaraq, Daxili İşlər Naziri tərəfindən «MÜHARİBƏ QURTARANA QƏDƏR», yəni, Rusiya-Ukrayna müharibəsinin sonunadək, şifahi olaraq QADAĞA QOYULUB. Bu isə mahiyyəti etibarilə ölkənin genefonduna, eləcə də ölkənin hərbi hazırlığa malik, canlı hərbi potensialının iki yad ölkənin iddiası, mənafeyi, qələbəsi naminə, «TƏRTƏR-1» qətliamından yüzlərlə dəfə genişmiqyaslı QƏTLİAMA MƏHKUM EDİLMƏSİDİR. «TƏRTƏR-1» qətliamında həlak olanların ailə üzvlərinin, insanlıq anlayışına sığmayan vəhşi işgəncələrə məruz qalaraq, ömürlük fiziki və mənəvi cəhətdən şikəst olanların özlərinin və yaxınlarının, həyatının bir hissəsini qanunsuz, ədalətsiz olaraq zindanda keçirənlərin dövlətçiliyimizə qarşı yaranmış nifrətini neytrallaşdırıb xoş, isti münasibətini, məhəbbətini bərpa etmək mümkün olmadığı kimi, «TƏRTƏR-2»-nin də baş verəcək daha dərin və genişmiqyaslı fəsadlı nəticələrinin də aradan götürülməsi mümkün olmayacaq. Bu gün «TƏRTƏR-1»-in dəhşətlərini, ictimai maraqlarımızı özlərinin şəxsi mənafe, maraqlarından, həyatlarının təhlükəsizliyindən üstün tutub, əyninə «kəfən» geyib, ölümdən, zindandan qorxmayaraq ictimailəşdirərək, bu cinayətlərin rəsmən araşdırılmasını reallaşdıran millətsevərlərimiz müəyyən dərəcədə buna nail olsalar da, bir neçə xırda «kilkə» həbs edilib, cinayətin əsas təşkilatçıları olan «akulalar»hələ də azadlıqda hətta vəzifələrin də asudə zəngin həyat sürməkdədirlər.
Bu gün cəmiyyətimiz ölkənin genefondu və hərbi hazırlıqlı, canlı hərbi potensialımızın məhvinə yönəldilmiş bu cinayətkar qərarın həyata keçirilməsinə susaraq onun ləğv edilməsinə nail olmasa, sabah daha böyük və dəhşətli fəlakətlərlə üzləşməyimiz obyektiv reallığa çevrilərək qaçılmaz olacaq. «TƏRTƏR-2» fəlakəti isə, məhz «TƏRTƏR-1» fəlakəti ilə eyni mənbədən, eyni səviyyədə, eyni xəttlə cəmiyyətimizin üstünə şığımaqdadır. Yəni, fəlakət üstümüzə eyni dalğa, eyni koordinatlarla gəldiyi kimi, bir müddətdən sonra, millət çarəsiz durumda, bu cinayətlərin təşkilatçıları, rəhbərləri də «TƏRTƏR-1»-in «akulaları» kimi azad və firavan həyat sürməkdə olacaqlar. 30 ilə yaxındır ki, ölkədə qəribə, heç bir sağlam məntiqə yaramayan bir hal yaranıb. Erməniyə güllə atan igidlərimiz müxtəlif şər, böhtan, əsassız, məntiqsiz müstəntiq, məhkəmə qərarları ilə zindanlara atılaraq çürüdülür, yaralı qazilərimiz övladlarına quru çörək, yaralarını sağaltmağa dərman almaq üçün pul tapmadığından intihar edir. Dövlət büdcəsini milyardlarla dollar məbləğində talayanları tamamilə cəzasız qalaraq asudə firavan həyat sürür, sıravi icraçılar simvolik cəza alaraq, tezliklə əvf olunur. Taladıqları milyardların bir hissəsi özlərinə qaytarılır. 30 il daim bizə qarşı hərbi cinayətlər törətməklə məşğul olan, yurdlarımızı viran qoyan ermənilərə Azərbaycan vətəndaşlığı, şəxsiyyət vəsiqəsi, xarici pasportunu bizdən qəbul etmələri üçün yalvarır, bizə qarşı heç bir cinayət törətməmiş, bizə xəyanət etməmiş, qanları qanımızdan, canları canımızdan olan Azərbaycan vətəndaşlarımıza qanunla, həm də halallıqla onlara məxsus olan etibar müddəti keçmiş sənədlərini dəyişməkdən imtina edirik. Onları labüd məhvə məhkum edərək, cəmiyyətimizi, dövlətçiliyimizi diz çökdürürük.
Biz hara gedirik, daha doğrusu, BİZİ HARA SÜRÜYÜRLƏR? CƏNABLAR! Ortaya çox maraqlı bir sual çıxır. Daxili İşlər Nazirinə belə bir göstəriş vermək hüququ və imkanı olan, Moskvanın və ermənilərin Azərbaycandakı «5-ci kolonunun» rəhbəri Ramiz Mehdiyev və Əli Həsənov və s. kimi, onun avtaba daşıyanları artıq neytrallaşdırılıb. Görəsən, nazirə belə bir müdhiş göstəriş verməyi hansı kolonun, hansı rəhbəri ƏMR edib?
Şapur Qasimi
14.01.2023
+99455 522-36-15
28-12-2022, 22:42
NİYƏ DİNİ SİYASƏTƏ ÇEVİRİB, NƏTİCƏSİ İLƏ MÜBARİZƏ APARIRIQ?


NİYƏ DİNİ SİYASƏTƏ ÇEVİRİB, NƏTİCƏSİ İLƏ MÜBARİZƏ APARIRIQ?

İnsan yaranışdan bəri təbiət və cəmiyyətin necə yarandığını dərk etmək üçün daim düşünməkdədir. İbtidai insanların oda, suya, günəşə, hətta heyvanlara və sairəyə sadə inanclar və onlara ibadət formaları yaranmış, daha sonra şüur və düşüncə dairəsi bir qədər inkişaf edərək daha geniş və sistemli fəlsəfi düşüncə formaları olan dinlər yaranmışdır.
İnancların yarandığı dövrlərdə kiçik insan qrupları qəbilə, tayfa halında əsasən təcrid olunmuş halda yaşadığından bir qayda olaraq hər bir inanc bir qəbilə, bir tayfa sərhəddində çərçivələnərək onların həyat tərzinə, təbii şəraitinə uyğun olan adət-ənənələrində öz əksini tapmışdır. Lakin bu inanclar heç kəsin boynuna başqaları qarşısında kimlərəsə tabe olmaq öhdəliyi qoymamışdır. Belə ki, ibtidai-icma quruluşundakı həyat tərzi, insanların bir-birilə münasibətlərinin məzmun və mahiyyəti bunu tələb etmirdi. Qarşılıqlı münasibətlərdə belə bir tələbata ehtiyac yox idi. F.Enqels yazır ki, – “Bütün kəşflər zərurətdən yaranır”. Yəni, insanların həyatına, inkişafına mane olan maneələri dəf etmək, aşmaq üçün, bu maneələrin yaranma səbəbini, onu aradan qaldırmağın üsul və vasitələrini tapmağı düşünməyə məcbur olan insan zehni, düşüncəsi, şüuru, sonda bu üsul və vasitələri tapmağa nail olur. Elə dinlər də inanclar kimi, insanların onları əhatə edən aləmi və orada baş verən prosesləri dərk etmək mərhələsində, əvvəlki dövrlərlə müqayisədə ətraf mühit haqqında nisbətən geniş məlumatlı və daha geniş diapazonda düşünmək qabiliyyəti çərçivəsində yaranmışdır.
Dinin yarandığı tarixin iqtisadi-ictimai mühitinə nəzər saldıqda görürük ki, yaranan ilk dinlər fərdi quldarlıq dövrünə təsadüf edir. Dinlərin yaranması tarixinin ardıcıllığı ilə onların məzmununu müqayisə etğdikdə isə ilk dinlərin məzmunundan başlayaraq insanın “hər şeyə qadir Allah” obrazına tabe olması tələbindən başlayaraq, sonrakı dinlərdə bütün insanların birmənalı olaraq “Allahın qulu” olduğu ehkamı və onların hamısının “Allahın” yer üzünə göndərdiyi, lakin insan olaraq başqa insanlardan heç bir fövqəladə fərqi olmayan “xüsusi nümayəndəsinə” tabe olması tələbi əsasında qurulan düşüncə sistemləri olduğu aşkar olur. Bu bir də onunla sübut olunur ki, hər bir din sistemində istifadə edilən anlayışlar məhz həmin dinin yaranması dövründə mövcud olan real həyat şəraiti, maddi, mənəvi, əxlaq normalarını əks və ifa etdirir.
Dinin inkişafı isə quldarlıq iqtisadi-ictimai quruluşuna malik dövlət mexanizmlərinin yaranması dövründə baş verir. Belə ki, cəmiyyət daxilində quldar-qul münasibətlərinin, qul sahiblərinin bir-birinin arasındakı münasibətlərin, eləcə də qul əməyi üzərində qurulan o dövr üçün iri təsərrüfat sayıla bilib, müəyyən millətlərin yaşadığı yaşayış məskənləri üçün həyati əhəmiyyət kəsb etdiyindən, onları başqa millətlərə məxsus olan mütəşəkkil güc dəstələrinin təcavüzündən qorunması zərurəti, cəmiyyətdə dövlət mexanizminin yaranmasını labüd etmişdir. Quldar-qul münasibətlərinin mövcudluğunun qorunması zərurətindən yaranan quldarlıq dövlətlərində quldar-qul münasibətlərinin cəmiyyətdə hakim münasibət forması olduğundan, bu dövlətlərin inzibati idarəetmə qanunlarının da məzmun, mahiyyət və formalarında əks olması təbii hal idi. Belə ki, bu inzibati idarəetmə qanunları cəmiyyətdə iqtisadi-ictimai münasibətləri məhz quldar-qul mahiyyətində reallaşdırmağa hesablanmışdı və reallaşdırırdı da.
İstisna edilmədən bütün dinlərin insanı “Allahın yaratdığı”, insanların “Allahın qulu olduğunu” və guya “Allahın yerə göndərdiyi elçisi, nümayəndəsi (rəsulu)” vasitəsilə insanlar üçün təyin etdiyi qaydalarda ona və onun nümayəndəsinə qeyd-şərtsiz tabe və müti olmağı təmin etdiyindən göründyü kimi, dinlər məhz fərdi quldarlığın yarandığı ilk dövrlərdə məhz qulların onlar üçün “Allah” statusunda olan sahiblərinə qeyd-şərtsiz tabe və müti olmasını təlqin edən fəlsəfi düşüncə olaraq yaranmışdır. Bu cəmiyyətlərdə dinin geniş yayılması qul sahiblərinin mənafeyini tam olaraq ifadə etdiyindən, hər yerdə dinlərin təşkilatçıları, onun tədrisi, təbliğatı ilə peşəkar olaraq məşğul olanlara hakim təbəqələr tərəfindən zəruri maddi şərait yaradılmış, eləcə də cəmiyyətdə onlar nüfuzunu qoruyan statusla təmin edilmişlər. Dinlərin sürətlə yayılmasının başlıca səbəblərindən biri də dinlərin təqlidçilik yolu ilə, uydurulmuş ehkamlara kor-koranə inanmaq şərti idi. Quldarlıq və feodalizm dövründə insanların mütləq çoxluğunun şüur səviyyəsinin çox aşağı, düşüncə dairəsinin çox dar olması, üstəlik dinə qarşı hər hansı kiçik etirazın belə tonqalda diri-diri yandırılmaq, digər dəhşətli işgəncələrlə öldürülməyə səbəb olması, daxilən inanmayanları belə zahirən “dindar” olmağa, dini qaydalara əməl etməyə məcbur edirdi.
Quldarlıq dövlətlərində din hakim təbəqələrə qulların və aşağı təbəqəyə mənsub olanların itaətdə saxlanılması üçün ideoloji vasitə idi. Şərqin quldarlıq ölkələrində kahinlər aristokratiyası böyük rol oynayırdı. Məbədlərə məxsus olan iri təsərrüatlarda ancaq qul əməyindən istifadə edilirdi. Əlbəttə ki, bu prosseslərə nəzarətçilər rəhbərlik edir və qulların işinə nəzarəti də onlar edirdilər. Feodalizm quruluşu yaranıb, qulların özünün inzibati cəhətdən felən azad olması, təhkimli statusu alan insanları itaət altında saxlamaq zərurəti kəskinləşdiyindən dinin cəmiyyətdəki statusunun daha yüksək səviyyəyə qaldırılmasını labüd etdi. Məhz bu səbəbdən feodal dövlətlərində artıq təşkilatlanaraq güclənmiş dini qurumların rəhbərləri dövlət mexanihmlərində önəmli mövqe tutaraq, ictimai prosseslərin bir hissəsini, məhkəmə-hüquq məsələlərinin həll edilməsinin dini qaydada aparılmasına nail olublar. Fransa imperatoru Napoleon “Generalın gündəliyi”ndə yazıb, “İisus öldükdən sonra Romadakı siyasətçilər çox tez başa düşdülər ki, ondan xalqı idarə etmək üçün istifadə etmək olar və onu Allah dərəcəsinə qaldırdılar”. Avropada ölkənin dini rəhbərinin rəyinin hətta dövlət başçısının qərarlarına belə təsiri adi hala çevrildikdən sonra zəif dövlətlərin işğal edilməsi dini şüarlar altında həyata keçirilmişdir.
Məsələn, xristian dininin tarixində keçirilən səkkiz xaç yürüşünün (I dünya müharibəsində Osmanlıya qarşı edilən xaç yürüşünü nəzərə almasaq) dördü xristianlıq daxilində yaranan təriqətlərə qarşı edilmişdir. 1199-cu ildə Roma Papası III İnokenti İsa Məsihinin məzarını kafirlərdən təmizləmək adı ilə xaç yürüşü elan edib, qısa müddət ərzində yığdığı 200 minlik qoşunla Misir müsəlmanlarına hücum etməli olduğu halda, katoliklərin düşmən saydığı pravoslav xristianlara qarşı yönəltdi.
Xristianların sonrakı dövrlərdə təşkil etdikləri xaç yürüşləri güclənərək Avropanın İspaniya daxil bir hissəsini işğal etmiş ərəblərə, ərəb xəlifəliyi süquta yetdikdən sonra müsəlmanlığı qəbul etmiş, Avropanın və Şərqin bir hissəsini öz hökmranlığı altına almış Osmanlı türklərinə qarşı təşkil etmişlər.
Bu günə qədər dünyada baş vermiş ictimai proseslər sübut edir ki, hansı din olmasından asılı olmayaraq din təşkilatlandığı andan mövcud olduğu ölkənin xalqı və başqa müstəqil millətlərin əsarətə alınması üçün siyasi-ideoloji alətə, silaha çevrilməklə yanaşı, bəşəriyyətin tərəqqisini məhdud çərçivədə qandallayır. Lord Rotşild yazır ki, “kasıblar bir gün cənnətin olmadığını öyrənsə, dünyanı idarə edə bilməyəcəyik”. Əslində Rotşild özünün bu ifadəsi ilə mövcud olduğu dövrdə insan kütlələrini acından və dar ağacında ölmək qorxusu altında əsarətdə saxlamaqla, onları ədalətsiz istismara və vəhşi davranışa məruz qoymağın mümkün olmayacağını dilə gətirir. K.Marks da yazır ki, “din xalq üçün tiryəkdir”.
Xristian dininin orta əsrlərdə hakim olduğu Avropa ölkələrində mövcud olub, bu günə qədər yaddaşlardan silinməyən “inkvizisiya” dövrünün dəhşətləri, istərsə də, Avropada və Şərqdə ərəb istilasının “İslam dini” şüarı ilə başqa millətlərə, xüsusilə türklərə qarşı törətdikləri vəhşi qətliamlar bəşər tarixinə qanlı salnamələr yazmışdır.
Ermənilər Xocalı qətliamını törətdikdə Roma Papası Erməni Katalikosuna zəng edərək, “Mən orada olsaydım, onların əllərindən öpərdim”, yəni, bu qətliamı törədən erməni faşistlərinin əlindən öpərdim, deməsi dinin təşkilati mövcudluğunun insanları qula çevirmək üçün təkcə siyasi-ideoloji silah deyil, həm də insanları əsarət altına almaq üçün müharibəyə, terrora sürükləyən siyasi-ideoloji silah olduğunu aydın göstərir. Bu təkcə xristian dininə deyil, ümumilikdə bütün dinlərin, mahiyyətini güzgü kimi əks etdirən xüsusiyyətdir. Bunu son 44 il ərzində bu gün İran adlanan Qacar yurdunda yaşayan millətlərə tarixdə görünməyən vəhşi zorakılıqlar yaşadan şovinist fars molla faşizminin bu gün də davam edən dinc əhalinin rejimə qarşı dinc etirazlarına görə 20000-dən çox insanı zindanlara atıb, orada onları vəhşi işgəncələrə məruz qoyması, yüzə yaxın uşağı öldürməsi, 500-dən çox insanı, o cümlədən əksəriyyəti yetkinlik yaşına çatmayan yeniyetmələri, qadınları edam etməsi, bir daha təşkilatlanmış hər hansı bir dinin siyasi-ideoloji silaha çevrilərək insanlara hansı fəlakətlər gətirəcəyini aydın göstərir. Tehranın şovinist fars molla faşizminin əsas başçılarından biri olmuş Əli Əkbər Haşimi – Rəfsəncaninin qızı Faizə Rəfsəncani öz müsahibəsində demişdir:
“Bizim xətalarımız (oxu – cinayyətlərimiz – Ş.Q.) İsrail, ABŞ və şah rejimi də daxil olmaqla, “pis” adlandırdığımız bütün rejimlərin səhvlərindən (cinayətlərindən – Ş.Q.) daha çoxdur. Xalqımıza yaşatdığımız müsibətlərin heç birini onlar etməyib. Suriyada 500000 (beş yüz min) insan ölüb, bunda bizim də rolumuz var. Yəməndə 7 ildir davam edən müharibədə də iştirak edirik. Müsəlmanlara qarşı qətliamlara başlamışıq. İsrail-Fələstin savaşında itkilərin sayı 100-200 mini keçdiyini düşünmürəm. Bu da o deməkdir ki, müsəlmanları öldürməkdə İsraili keçmişik”.
Əgər buna molla faşizminin qonşu altı müsəlman – ərəb ölkəsində ümumi sayı 1000000 (bir milyon)-a yaxın olan hərbi birləşmələr saxlayaraq, həmin ölkələrdə hərbi qarşıdurma, terror yaratmaqla, son 30 il ərzində xristian-erməni qardaşları ilə birlikdə müsəlman əhalisi olan Azərbaycan vətəndaşlarını Qarabağda qətliama məruz qoyub, torpaqlarının işğal, yeraltı və yerüstü maddi, mədəni sərvətlərini talayıb, xarabazarlığa çevirdiyini də buna əlavə etsək mənzərə aydın olar.
1835-ci ildə iyul ayının 9-da sıx dini cəhalət dumanına bürünmüş Şamaxıda dünyaya gəlib, Nəcəf, Bağdad, Şam (bu günkü Dəməşq – Ş.Q.) şəhərlərində mükəmməl dini təhsil alsa da, Azərbaycan ədəbiyyatının zirvəsinə yüksəlib, ədəbiyyat tariximizə ən zəngin ədəbi irs qoyub getmiş, dahi satirik şairimiz Mirzə Ələkbər Sabirin ustadı, Seyid Əzim Şirvani hələ 19-cu əsrdə yazırdı;

İndi naxoşdu milləti İslam,
Ona lazımdır, eyləmək əncam.
Dərdimizdir, bu dərdi – nadanlıq,
Ki, tutubdur bizi, pərişanlıq.
Demirəm rus, ya müsəlman ol.
Hər nə olsan, get, əhli-ürfan ol.
Demə bu kafər, ol müsəlmandır.
Hər kəsin elmi var, o insandır.

21-ci əsr Azərbaycanın Mirzə Ələkbər Sabiri olan, gənc şair İbrahim Xudai də yazır ki;

Daşa pul ödəyib çölə atırlar,
Bu şeyi heç, şeytan sərgiləməzdi.
Şeytana atılan daşlar yığılsa,
Bir yetim, küçədə mürgüləməzdi.


Son otuz ildə Tehranın ölkəmizdə mənhus niyyətlərlə apardığı geniş təbliğata uyub, dəb xatirinə kor-koranə zehnini, şüurunu dinə təslim edənlər özlərinin, gələcək nəsillərinin, cəmiyyətimizin və dövlətçiliyimizin taleyi naminə bu real faktları və sətirləri oxuyub, dərindən düşünsələr, gələcəkdə üstümüzə gələcək çox fəlakətlərin qarşısını ala bilərik.

Şapur Qasimi
18.12.2020
+99455 522-36-15
28-11-2022, 06:55
Azərbaycan türklərinin həbsi gündən-günə çoxalır

Azərbaycan türklərinin həbsi gündən-günə çoxalır

Məlikan və Tehran şəhərində daha 7 azərbaycanlı fəal həbs edilib.
Milli fəallardan altısı Məlikanda, biri isə Tehranda saxlanılıb.
Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan media və milli fəalların verdiyi məlumata görə, Hamid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmmədi və Əkbər Fəthi adlı fəallar həbs ediliblər.
Tehranda həbs edilən Vəhid Əliqulupur Evin zindanına, qalan 6 fəal isə Marağa şəhərinin həbsxanasına köçürülüb.
Fəalların həbsinin səbələri barədə dəqiq məlumat əldə etmək mümkün olmasa da, onların etiraz aksiyaları ilə bağlı saxlanıldıqları ehtimal edilir.
24-11-2022, 13:20
Paşinyan niyə Putinin maşınına mindi…


Paşinyan niyə Putinin maşınına mindi…

Məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan 6 ölkədən 5-nin prezidenti KTMT Şurasının növbəti sessiyasında iştirak etmək üçün dünən Ermənistana gəlmişdi. Ev sahibi kimi Ermənistanın təşkil etdiyi sessiya bir sıra maraqlı məqamlarla yadda qalıb. Diqqət çəkən məqamlardan biri dövlət başçılarının İrəvan hava limanında necə qarşılanmağı olub. Belə ki, İrəvana gələn 5 dövlət başçısından 4-nü Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb. O, Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistan prezidentləri Kasım-Jomart Tokayev, Sadir Japarov, Aleksandr Lukaşenko və Emomali Rahmonu aeroportdan KTMT iclasının keçirldiyi “Dvin” mehmanxanasına qədər müşayiət edib. Yalnız Rusiya Federasiyasının prezidenti Vladimir Putini şəxsən erməni baş nazir Nikol Paşinyan qarşılayıb. Digər maraqlı hadisə prezidentlərin hərəkət etdiyi maşınlarla bağlı olub. Belə ki, 5 ölkənin liderlərindən yalnız Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xidməti maşınlarını özləri ilə İrəvana gətiriblər ki, burada öz avtomobilləri ilə hərəkət etsinlər. Qırğızıstan, Belarus və Tacikistan prezidentləri - Sadir Japarov, Aleksandr Lukaşenko və Emomali Rahmon isə erməni tərəfinin verdiyi zirehli maşınlarla qarşılanıb. İrəvan hava limanında müşahidə olunan digər maraqlı fakt Paşinyanın Putinin maşınına minməsi olub. Rusiya prezidentini şəxsən qarşılayan erməni baş nazir “Dvin” mehmanxanasına yola düşərkən Putinin avtomobilinə əyləşib. Maraqlı hadisələrdən biri də Putinin İrəvana Rusiya istehsalı olan “Aurus” zirehli maşınlarından ibarət kortejini gətirməsi olub. Putin özü ilə ayrıca təyyarədə 6 hamısı zirehli olan “Aurus” maşını gətirib, 3- sedan, 3-ü mikroavtobus. Putinin özü Paşinyanla birgə sedanlardan birində əyləşib. Putini müşayiət edən karvanda Ermənistanın verdiyi avtomobillər olub.



Diqqət çəkən məqamlardan biri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin avtomobilinin nisbətən sadə olması idi: W222 kuzovlu zirehli Mercedes Maybach. Digər ölkələrin liderlərini - Belarus Prezidenti Aleksandr Lukaşenkonu, Qırğızıstan Prezidenti Sadir Japarovu və Tacikistan Prezidenti Emomali Rahmonu Ermənistanın təqdim etdiyi köhnə W221 kuzovlu S-Class Mercedes avtomobilləri aparıb. Onlar zirehli olsalar da fiziki cəhətdən köhnəlmiş maşınlar idi. Dövlət başçılarının zirehli maşınlarla qarşılanması protokol tələbidir. Yəni böyük tədbirlərə ev sahibi edən ölkə yüksək rütbəli qonaqları qarşılamaq, lazım gəldikdə onların təhlükəsizliyini təmin etmək üçün zirehli maşınlara malik olmağa borcludur. Erməni mətbuatı yazır ki, Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin avtomobil parkı kifayət qədər bərbad və acınacaqlı vəziyyətdədir. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra büdcə hesabına W222 kuzovlu iki zirehli Mercedes alınıb ki, onlardan biri və ya bəlkə hər ikisi növbə ilə baş nazirə xidmət edir. Təhlükəsizlik Xidmətinin avtomobil parkındakı digər maşınlar daha yaşlı, təxminən on və ya daha çox yaşı olan W221 gövdəli S-klass Mercedeslərdir. Həmin maşınlardan biri üçüncü prezident Serj Sarkisyana həvalə olunub. Ermənistan mətbuatının məlumatına görə, həmin maşın tez-tez texniki problemlər yaradır, mühərriki daha çox "yağ yandırır". Təhlükəsizlik Xidmətinin avtomobil parkında bir vaxtlar sabiq prezident Armen Sarkisyana xidmət etmiş bir zirehli BMW-760 da var. Amma onun da yaxşı texniki vəziyyətdə olmadığı qeyd edilir. 2018-ci ildə Almaniya kansleri Angela Merkel həmin BMW ilə qarşılanıbmış. Həmin gün Armen Sarkisyan qarşılanma mərasiminə şəxsi Cadillac avtomobili ilə getməli olub, çünki ona təyin edilmiş zirehli BMW Angela Merkelə verilmişdi.

20-11-2022, 22:23
Budurmu sizin qonşuluğunuz, dostluğunuz?


Budurmu sizin qonşuluğunuz, dostluğunuz?

İran mediasında ölkənin rəhbəri Əli Xameneyinin ali müşaviri Əliəkbər Vilayətinin son açıqlaması müzakirələrə səbəb olub.”Bütöv Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru Tamxil Ziyəddinoğlu da Vilayətinin açıqlamasına münasibət bildirib: “Vilayəti bildirib ki, İranın Azərbaycanla müharibə etmək fikri yoxdur. Adama deyərlər ki, əgər məramınız normal qonşuluq olsaydı, İlham Əliyevin öz xanımı ilə Xudafərinə gedib verdiyi dostluq mesajına- “Xudafərin dostluq körpüsüdür” ifadəsinə dostcasına cavab verərdiniz. Amma İranlılar nə etdilər? Azərbaycan sərhədlərinə topla- tüfənglə gəldilər. Araz çayından tank keçirmək üçün səyyar körpü atdılar. Budurmu sizin qonşuluğunuz, dostluğunuz?
"İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan Respublikası xalqı gözümüzün işığıdır",-deyə, Xameneyinin müşaviri bildirib.

Tamxil Ziyəddinoğlu əlavə edib ki, Azərbaycana Bakı hökuməti deyənlər, nə yaxşı, İlham Əliyev soydaşlarımıza sahib çıxmalıyıq deyəndən, Təbriz İlham Əliyevin plakatları ilə bəzədiləndən sonra “Azərbaycan Respublikasının xalqı gözümüzün işığıdır”,- deyir.
Əliəkbər Vilayətinin çoxbaşlı fikirlərinin hamısının üzərində dayanmağa ehtiyac görmürəm. Bircə onu bildirmək istəyirəm ki, 40 milyonluq xalqı ana dilindən, adi insani haqlarından məhrum etdiyiniz yetər!
Butov.az
16-11-2022, 19:25
Fransa Senatının qətnaməsi  hüquq, ədalət anlayışına ləkədir

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin bəyanatı: Fransa Senatının qətnaməsi
hüquq, ədalət anlayışına ləkədir


Noyabrın 15-də Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə özünü demokratik dəyərlərə malik sivil dövlət sayan Fransada hüquq sisteminin ədalətdən, həqiqətdən nə qədər uzaq olduğunun ifadəsi, real gerçəkliyin tam əksidir, böhtan, yalan və iftira dolu sənəddir. Bu sənədin Fransa Senatında məhz indiki günlərdə - Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün sülh sazişinin imzalanması ərəfəsində qəbulu iki qonşu xalqın, region ölkələrinin ümidlə, inamla gözlədiyi prosesin baş tutmaması üçün düşünülmüş addımdır. Butov.az Ordum.az-a istinad edərək bildirir ki, bu fikirlər "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin bəyanatında yer alıb.
Əlcəzairdə milyonlarla günahsız insanı məhv etmiş, ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri olmuş, Azərbaycan ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalda saxlanmasına, mülki əhaliyə qarşı törədilmiş qanlı qırğınların, deportasiya və etnik təmizləmə siyasətinə qarşı bir dəfə də olsun etiraz bildirməmiş Fransa Senatında belə bədnam qətnamənin qəbulu beynəlxalq hüququn tapdanması, Fransa dövlətinin qanunverici, ali icra sisteminin bəşəri dəyərlərdən uzaq olduğunun, siyasi ikiüzlülüyün, xristian təəssübkeşliyinin, öz vətəndaşlarına, qonşularına müsibətlər yaşatmış təcavüzkar Ermənistanın separatçı, davakar hərbi-siyasi dairələrinə siyasi, hərbi, mənəvi, şirnikləndirici dəstəyin aydın ifadəsidir.
Bu, haqqın, ədalətin, hüququn, həqiqətin tapdanmasıdır!
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi olaraq, Fransa Senatının tarixi reallığa, hüquqa, ədalətə zidd addımını pisləyirik, belə bir əsassız qətnamənin qəbuluna etiraz edirik!
Bəyanat Fransa Senatına, prezidentinə, Bakıdakı səfirliyinə, beynəlxalq təşkilatlara göndərilmişdir.
Sədr: Hacı Abdulla
16.11.2022
7-11-2022, 22:16
İRAN ADLANAN QACAR YURDUNDA NƏ BAŞ VERİR?


İRAN ADLANAN QACAR YURDUNDA
NƏ BAŞ VERİR?


Dövlətlər, xüsusilə böyük imperiyalar yarandığı vaxtdan yer üzündə baş verən genişmiqyaslı ictimai hadisələrin baş verməsində bu imperiyaların öz maraqları və məqsədləri çərçivəsində birbaşa və ya dolayısı ilə iştirak etməsindən tarixi prosseslərə az-çox bələd olanların xəbəri var. Bu gün İran adlanan Qacar Türk elində Tehran şəhərinə qohumlarına qonaq gələn gənc qızın düzgün hicab etməməsi bəhanəsilə dövlət orqanları əməkdaşları tərəfindən öldürülməsi bütün ölkədə əhalinin ayağa duraraq rejimə inadlı etiraz və müqavimət göstərməsi ortaya bir çox suallar qoyur. Ən mühüm sual isə bu prossesin rejissorunun kimliyi, etirazların qısa müddət ərzində alovlanaraq bu qədər geniş miqyas almasının səbəbləri və onun davamlılıq müddətinin nə qədər olacağıdır. Rejissoru müəyyən etmək üçün bir o qədər də uzaq olmayan tarixə ekskurs edək.
I Pyotordan bəri rus taxt-tacına alman zadəganlarını oturdub, daim Osmanlı türkləri və Qacar türk xanədanı ilə müharibələrə şirnikdirən Avropalılar birinci dünya müharibəsində ruslarla birləşərək Osmanlını çökdürsələr də Mustafa Kamal Paşa Atatürkün və Osmanlı türklərinin qəhrəmanlığı nəticəsində yaradılan kiçik, lakin fövqəladə dərəcədə strateji əhəmiyyətə malik bir coğrafiyada onların iddalarına heç bir maneə törədə bilməyəcək zəif Türkiyə dövlətinin mövcudluğunu qəbul etmək məcburiyyətində qaldılar. Bununla belə, Rusiyada hakimiyyətə sahiblənən bolşeviklər Azərbaycan Demokratik Cümhuriyyətini işğal etdikdən sonra Türkiyənin Azərbaycan türkləri ilə əlaqəsini kəsmək üçün, Azərbaycandan dövlət yaratmaq üçün məcburən alınıb ermənilərə verilmiş İrəvan xanlığı ərazisindən başqa Zəngəzur mahalını da Azərbaycan SSR-in razılığı olmadan, qanunsuz olaraq Ermənistana verməklə təkcə Şimali Azərbaycanı deyil, Mərkəzi Asiya Türklərinində Türkiyə ilə əlaqəsini kəsdi, hətta Şimali Azərbaycanın tərkib hissəsi olan Naxçıvanı da anklav vəziyyətinə salaraq Azərbaycanın özündən də ayırmış oldu. Ruslarla dünya ağalığı uğrunda mübarizədə əsas rəqib olan ingilislər zəifləmiş Qacar xanədanını da 1925-ci ildə hərbi çevriliş vasitəsilə devirib, yerinə fars mehtərbaşı Rza Pəhləvini gətirməklə Qacar türk dövlətini özlərinin vassalı statusunda etmiş oldu. O vaxtdan bu türk ölkəsini İran adlandırılan fars dövlətinə çevirdilər. Rza Pəhləvi hakimiyyətinin ilk günündən ölkədə türk dilini, mədəniyyətini, türk milli varlığına aid olan nə varsa çox sərt qadağalara məruz qoydu. Bununla da təkcə faydalı qazıntıları, xüsusilə də karbohidrogenlərlə çox zəngin olan, ən önəmlisi də ruslara qarşı mübarizədə mühüm strateji əhəmiyyət daşıyan bu ərazi Pəhləvilər hakimiyyətinin sonunadək, yəni, 1978-ci ilədək iqtisadi, hərbi, siyasi cəhətdən ingilislərin ixtiyarına keçdi. 1953-cü ildə Baş nazir, doktor Müsəddiçin dövründə neft sənayesi milliləşdirilsə də ölkə iqtisadi, hərbi, siyasi cəhətdən ingilislərin təsir dairəsi və nəzarətində qalmaqda idi. Son dərəcə mürtəce idarəetmə sistemi, zəngin iqtisadi imkanların olması qarşılığında insanların mütləq əksəriyyətinin çox ağır iqtisadi durumu, üstəlik ölkədə mövcud olan çoxsaylı ABŞ hərbi bazalarının hərbi kontingenti tərəfindən əhaliyə qarşı edilən vəhşi zorakılıqların daim cəzasız qalması artıq 70-ci illərin ikinci yarısında cəmiyyətdə inqilabi əhval-ruhiyyəni formalaşdırmışdı.
İran hökumətinin neft sənayesini milliləşdirməsi ingilislərə vurulan çox ağır bir iqtisadi zərbə idi. Məhəmmədrza Pəhləvinin ruslarla saziş bağlayıb İsfahanda metaləritmə zavodu tiktirməsi, iri feodallardan torpaq sahələrini alıb kəndlilərə paylaması, qısa müddət ərzində tədris ancaq fars dilində olsa da əyalətlərdə məktəblərin tikilməsi İranın bir dövlət olaraq inkişafı və müstəqilləşməsi prossesi olmaqla, ingilislərin xoşuna gələ bilməzdi. Bu əsaslı istehsal sahələrinin farsların çox yaşadığı məntəqələrdə tikilməsi, məktəblərdə tədrisin ancaq fars dilində olmasının İranda yaşayan başqa millətlərin milli inkişafına xidmət etməsə də ingilislərin məhz oradakı hökmüranlığını nə vaxtsa zəiflədəcəyi prosses olduğundan onlar Pəhləvilərin əvəzinə daha ələbaxım hakimiyyətin olmasında maraqlı idilər. Digər tərəfdən SSRİ də bilavasitə onun sərhəddində, İran ərazisində yerləşən hərbi texnikanın son nailiyyətləri ilə təchiz edilmiş çoxsaylı ABŞ hərbi bazarlarından yaxa qurtarmaq, belə böyük bir təhlükəni öz sərhədlərindən uzaqlaşdırmaq ümidi ilə İranda hakimiyytəin dəyişməsində fövqəladə dərəcədə maraqlı idi. Bu baxımdan Məhəmmədrza Pəhləvinin İrandan sürgün etdiyi Ruhulla Xomeyninin SSRİ-nin nüfuz dairəsində olduğu İraqda məskən salması,oradan Ayətullah Taleqani, Ayatullah Şəriətmədari və digər nüfuzlu din xadimləri vasitəsilə İranda hakimiyyətə qarşı etiraz nümayişlərinin təşkil və bu prosesi idarə etməsi, sonradan da İraqda hakimiyyət sahiblərinin, əhalinin əsas hissəsinin sünnü məzhəb olması, qonşuluqda yerləşən İran hakimiyyətinin İraqda mövcud olan şiələrin vasitəsilə terror edilə biləcək imkanını neytrallaşdırmaq məqsədilə məhz Avropada nüfuz müstəvisində ingilislərlə daim rəqabət aparan, üstəlik əsas Avropa dövlətləri içərisində SSRİ ilə daha isti münasibətləri olan Fransaya köçməsi heç də təsadüfi deyil. Lakin əsas məsələ dünya ağalığı uğrunda mübarizədə əsas güclü rəqibi olan SSRİ-nin sərhəddində çoxsaylı, dəyəri yüzmilyardlarla, hərbi əhəmiyyəti isə heç bir pul dəyəri ilə ölçülə bilməyən fövqəladə strateji əhəmiyyətli hərbi bazaları olub İranın şahlıq rejimini dəstəkləyən ABŞ-ı neytrallaşdıraraq onun hakimiyyətə gəlməsinə ən əsas maneəni aradan qaldırmaq idi. R.Xomeyni bu məsələni də SSRİ nümayəndələri ilə danışıb, hakimiyyətə gələcəyi təqdirdə ABŞ hərbi bazalarını İrandan çıxarmaq öhdəliyi götürməklə həll etdi. SSRİ ABŞ-ın İranda baş verən prosseslərə hərbi müdaxilə edəcəyi halda İrana qoşun yeridəcəyi barədə ABŞ-a ciddi xəbərdarlıq etdikdən sonra Məhəmməd Rza Pəhləvi ölkə ərazisində SSRİ-ABŞ hərbi toqquşmasının onun üçün fəlakətlə nəticələnəcəyini başa düşüb, – “Mən öz xalqımın cəlladı olmaq istəmirəm” – bəhanəsilə ölkəni tərk etdi. R.Homeyni isə öz növbəsində həm ruslarla, həm də ingilislərlə ayrı-ayrı onların şərtlərinə uyğun sövdələşdikdən sonra faktiki olaraq hakimiyyətsiz qalmış İrana şou qaydalarında təşkil edilmiş təntənə ilə Tehrana gətirildi. Homeyni ilk növbədə onun üçün ən təhlükəli amil olan ABŞ-ı neytrallaşdırmaq məqsədilə inqilabçı kütlənin ən radikal hissəsi olan gənclərin vasitəsilə Tehranda ABŞ səfirliyinin bütün heyətini girov götürərək ayrı-ayrı hissələrlə müxtəlif yerlərdə həbsdə saxlamaqla ABŞ-ın hərbi kontingentinin İrandan çıxarılmasına nail oldu.
İran ərazisindən ABŞ hərbi qüvvələrini tam çıxarılması prossesi başa çatana qədər SSRİ-nin onu himayəsini sığortalamaq məqsədilə hətta o zaman Şərqi Almaniyada yerləşən və SSRİ-nin nəzarəti və himayəsində olan İran Hizbe Tudə (İran Xalq Partiyası – Ş.Q.), Bakıda yerləşən Azərbaycan Demokrat Firqəsinin (Cənubi Azərbaycan Demokrat Partiyası – Ş.Q.) leqal fəaliyyətinə icazə verdi. Moskva da öz növbəsində əl altından ABŞ-ın hərbi qüvvələri İrandan çıxdıqdan sonra hərbi çevriliş vasitəsilə öz nəzarətində olan və fars Kiyanurinin başçılıq etdiyi Hizbe Tudəni hakimiyyətə gətirməklə İranı öz nüfuz dairəsinə salmağı hədəfləyirdi. Hərbi çevrilişə başçılığı və kordinasiyasını SSRİ Tehrandakı səfirliyinin hərbi attaşesi, Sov. İKP MK-nın katibi Rusakovun yaxın adamı, olan adını və soyadını unutduğum polkovnik həyata keçirirdi. Bu zaman L.Brejnevin ölməsi, onun yerinə keçməkdə iddalı olan Y.Andropovun Kremldəki Ukraynalı qruplaşmanın üzvü, lideri olub, Brejnevin vəzifəsinə ən real namizəd olan Krilenkonu onun öz kabinəsində güllələyib, Krilenkonun ən yaxın adamı olan Rusakovu isə həbs etdikdən sonra Tehrandan Rusakovun yaxını olan hərbi attaşeni geri çağırdırtdıqdan sonra, bunun nəinki karyerasının, həyatının belə sonu olacağını başa düşən polkovnik SSRİ-nin İranda hazırladığı hərbi çevrilişin planının ən kiçik detallarını belə əks etdirən sənədləri də götürüb təcili Tehrandan İstanbula, oradan isə Londona uçaraq bütün sənədləri o zaman İngiltərənin baş naziri olan “dəmir ledi” Marqaret Tetçerə təqdim edir. İngilislər İranın SSRİ-nin nəzarətinə keçməsinin qarşısını almaq, həm də bununla Homeyni ilə münasibətlərini istiləşdirmək məqsədilə elə ertəsi gün bu planın surətini Homeyniyə təqdim edirlər. Elə həmin gün də İranda Hizbe Tudənin mərkəzi komitəsinin üzvlərini həbs edib, hərbi çevriliş üçün nəzərdə tutulmuş silah-sursat anbarlarını qapadaraq müsadirə edilir.
O zaman İran mətbuatının xəbərlərinə görə bir həftə ərzində ölkədə Hizbe Tudənin və Azərbaycan Demokrat Firqəsinin üzvləri və onlarla həmrəy olmaqda şübhəli bilinən on min nəfər həbs edildi. Bir müddətdən sonra Hizbe Tudənin baş katibi fars Kiyanuri və Mərkəzi komitə üzvləri olan bir neçə erməni istisna olmaqla tutulanların hamısı qətlə yetirildi. Bu prosseslərdə də türklərə, ümumiyyətlə türk mənliyinə düşmən münasibət bəsləyən Kiyanuri və erməni millətinə mənsub olanları öldürməyərək azad edilməsi bir daha bunu sübut edir ki, İranda hansı dövlət quruluşu yaradılmasından asılı olmayaraq hər hansı fars hakimiyyəti türk milli mənliyinə düşmən münasibət bəsləyəcək. Bunun ən əsas səbəbi bu gün İran adlanan ərazidə farsların bir qarış belə milli torpağı, ərazisi olmamasıdır. Məhz bu səbəbdən bu gün İran adlanan ərazidə farslar hakimiyyəti ələ keçirdiyi 97 il ərzində ən vəhşi üsullarla bu coğrafiyada türk mənliyinə, türk mədəniyyətinə, türkün tarixi izlərinə son qoymaqla bu coğrafiyanı mənimsəməyə, özəlləşdirməyə çalışmışlar. Türklərin toplum yaşadığı bütün ərazilərdə, o cümlədən Güney Azərbaycan ərazilərində ekoloji, bütün iqtisadi və ictimai sahələrdə süni surətdə fəlakətli vəziyyətlər yaratmaqla türk əhalini öz yurdundan didərgin salaraq xaricə mühacirət etməyə, yaxud fars, kürd, bəluc və s. millətlərin daha çox yaşadıqları ərazilərə köçməyə sövq etməklə onların assimilyasiyasını asanlaşdırmaq, parçalamaqla milli müqavimət imkanlarını yox etməyə çalışırlar.
İrana birbaşa ingilis, həm də rus hərbi müdaxilə imkanını neytrallaşdıran Homeyni ölkə daxilində onun həm opponentləri, rəqibləri, eyni zamanda onun şovinist, mürtəce rejim qurmaq planlarına müxalif olan, Homeyni Tehrana gələnə qədər inqilab prossesinə başçılıq etmiş fars Ayətullah Taleqaniyə sui-qəsd təşkil edərək öldürtdürməklə, türk Ayətullah Şəriətmədarini ev dustağı edərək, zəhərlədib öldürtdükdən sonra müasir dünyada misli olmayan vəhşi, qəddar, şovinist fars faşizm rejimi qura bildi. Altıncı əsrdə yaradılıb hətta o dövrün ibtidai şüur səviyyəsində mövcud olan insanlarının belə çoxunun qəbul etmədiyi dini uydurmalara əsaslanan şəriət əsasında qurulan dövlət quruluşunu 20-ci əsrin insanları qəbul edə bilməzdi. 1979-cu ildə kütlələrin mollaların dalınca getməsinin əsas və həlledici səbəbi əhalinin şahlıq rejiminin əhalini səfalət içərisində saxlaması, ABŞ-ın oradakı çoxsaylı hərbi bazalarının hərbiçilərinin vətəndaşlara qarşı etdikləri cinayətlərin cəzasız qalması və kütləvi savadsızlıq, dindarlığın geniş yayılması nəticəsində insanların hansı dövlət quruluşunun onların milli və şəxsi hüquqlarını təmin edə biləcəyini bilməməsi idi.
R.Xomeyni ölkədə şovinist fars milli ideologiyası olan şubiyəçilik (şiəlik) əsasında islam respublikası yaratmaqla türk, kürd, bəluc, ərəb, lor və başqa millətləri bu ideologiya vasitəsilə ram edərək assimilyasiya etməkdən əlavə dünya hidrokarbogen ehtiyatlarının böyük hissəsinə malik olub, pərakəndə halda mövcud olan ərəb dövlətlərini də öz nəzarəti altına almaqla fars şovinizmini dünyada söz sahibinə çevirməyi hədəfləyirdi. Əlbəttə ki, dünya ağalığı iddiasında olub, dünyada bir sıra qlobal prossesləri idarə etməkdə olan ABŞ, İngiltərə bunu qəbul edə bilməzdi. Lakin qərb dövlətləri uzun müddət yumşaq güclə şovinist molla rejimini öz nəzarətinə ala biləcəyi ümidilə onunla bu rejimi ayaqda saxlayacaq iqtisadi sahələrdə, ilk növbədə enerjidaşıyıcılarının ən böyük alıcıları olaraq əməkdaşlıq edirdilər və hətta bu regimin atom texnologiyasını mənimsəmək cəhdlərinə loyal münasibət bəsləyirdilər. Tehran rejimi nüvə texnologiyasını inkişaf etdirərək bu məqsədini reallaşdırmağa yaxın və qəti iddialı olduğunu açıq nümayiş etdirdikdə Qərb onu cilovlaya bilməyəcəyini dərk edərək sanksiyalar vasitəsilə çökdürməyə cəhd etdi. Lakin Rusiya və Çinin dəstəyi və bu gün İran adlanan ərazidə mövcud olan aborigen millətləri, xüsusilə türklərin yeraltı və yerüstü sərvətlərini qarət edib, onların özlərini səfalət içərisində qoymaq hesabına şovinist fars faşist rejimi nüvə texnologiyasını daha da inkişaf etdirməklə yanaşı qonşu altı ərəb dövlətlərində böyük hərbi birləşmələr yaradıb onların vasitəsilə öz nüfuz dairəsini xeyli genişləndirə bildi.
Birinci dünya müharibəsindən üzü bəri Qazaxstan, Orta asiya Respublikaları, Şimallı, Cənublu Azərbaycan ərazilərində rus-erməni-fars üçlüyünün onlarla milyon türkü qətlə yetirərək qətliam törətmələrinə bütün dünya nəinki heç bir reaksiya verməyib, hətta 1915-ci il hadisələrində Osmanlı ərazisində 3 milyona yaxın türkü ən amansız üsullarla qətlə yetirən ermənilərə qarşı türklərin qətliam törətdiyini heç bir real əsası olmadan bu gün də iddia edirlər. Hətta bu gün Birləşmiş Millətlər təşkilatının, insan və vətəndaş hüquqlarının bütün dövlətlər tərəfindən qəbul edilmiş normalarının və bu normaları müdafiə edən beynəlxalq təşkilatların, habelə beynəlxalq məhkəmələrin mövcud olduğu vaxtda belə Azərbaycan ərazilərinin 30 il ərzində ermənilərin işğal edib, türk əhalini ən vəhşi üsullarla qətlə yetirməsinə, yer üstündəki məişət, mədəniyyət, dini, tarixi abidələrini yerlə yeksan edib, yeraltı sərvətlərini talan etməsinə kor, kar, lal olduğu halda Rusiyanın və Tehran rejiminin başqa ölkələrdən daşıyıb Qarabağa gətirdiyi 20-25 min terrorçuya muxtariyyət tələb etdiyi vaxtda son 97 il ərzində fars şovinizminin bütün insan və vətəndaş hüquqlarından vəhşicəsinə məhrum etdiyi türklərin vəziyyətinə heç bir reaksiya verməyərək biganə qalması hələ də dünyanın cəngəllik qanunları ilə idarə edildiyini sübut etmirmi? Bunu, həm də onların min illərlə çalışaraq yüz il bundan öncə türk millətinin parçalanıb, bölünüb, birləşərək bütövləşib dünya ağalığı iddiasında olanlara qarşı müqavimət göstərmək imkanından məhrub edilmiş türklərin bütövləşib güc sahibi olmasının qarşısını almaq üçün hətta öz aralarında boğuşduğu zaman belə həmrəy olub birgə hərəkət etməsi də ortaya qoyur. Bəs bu gün İran adlanan ərazidə BİR KÜRD qızının dövlət orqanı işçiləri tərəfindən öldürülməsi nəticəsində bütün ölkə əhalisinin, o cümlədən sıravi farsların da rejimə qarşı güclü və dayanıqlı etiraza qalxmasına səbəb olan nədir?
Bunun bir neçə əsas səbəbi mövcuddur:
Birincisi, 85 milyon əhalisi olan bu ölkənin 52,2 milyondan çox olan hissəsini təşkil edən TÜRK millətinin inkişaf etmiş ölkələrin milli, mədəni səviyyəsi, dəyərlərindən nəinki geri qalmayan hətta üstün səviyyəsi, kürd, ərəb, bəluc, lor və s. millətlərin də milli, mədəni səviyyəsi və dəyərləri ən azı Afrika sakinlərinin səviyyəsindən qat-qat yüksək olduğu halda onları 6-cı əsrdə mövcud olan orta şüur səviyyəli insanların əksəriyyətinin belə qəbul etmədiyi, mövcud insan və vətəndaş hüquqlarına daban-dabana zidd olub, vətəndaşı həm milli, həm də şəxsi hüquq baxımından ancaq qul statusunda görən molla rejiminin onları vəhşi zor vasitəsilə 6-cı əsr ideoloji, siyasi, inzibati, mənəvi qandalları çərçivəsində həyat sürməyə məcbur etməsindən yaranan partlayış potensialının bir qığılcıma ehtiyacı olması idi. Həm də qığılcıma ehtiyac bu gün deyil, ən azı 30 ildən çoxdur ki, yaranıb. Son 97 il ərzində şovinist fars faşizminin bu coğrafiyada türk əhaliyə qarşı yaşatdığı faciə və qətliamların hətta 47 ilini kənara qoysaq belə, son otuz ildə qətlə yetirdiyi oğlanlı-qızlı yüz minlərlə türk gənclərini faciələrindən doğan alovlar belə niyə bir kürd qızının ölümündən yaranan qığılcımı əvəz edə bilmirdi? Nahaq yerə “Arxalı köpək qurd basar” deməyib türk aqilləri. Mən bu ifadəni işlətməklə günahsız öldürülən gənc kürd qızının xatirəsini təhqir etmək fikrindən uzağam. Rusiyada bolşeviklər hakimiyyətə gəlib sonradan əhalisinin böyük bir kəsimi türk olub, ərazisinin də çox hissəsi türk milli ərazisi olan SSRİ kimi böyük bir dövlətə çevrilib, xüsusilə də ikinci dünya müharibəsindən sonra dünya ağalığı uğrunda mübarizədə ingilislərin əsas rəqibinə çevrildikdən sonra daim rus imperiyasını çökdürməyə çalışan ingilislər daim bu halda türk milət və dövlətlərinin birləşərək böyük gücə çevrilə biləcəyinin fərqində olduğundan bu ölkədə şovinist şahlıq diktaturasını, sonra isə şovinist və dini ideologiyaya bürünən fars faşizmini dəstəkləməklə bərabər, SSRİ-nin İran və Türkiyə ərazisində yaratdığı kürd dəstələrinə alternativ kürd qruplaşmaları yaratmaqla İraq, İran, Türkiyə, Suriya ərazilərində yaşayan kürdlərdən gələcəkdə Türk dünyasına qarşı təzyiq vasitəsi kimi istifadə etməyi hədəfləyirldi. Onlar bu məqsədlərinin ilk mərhələsini İraqa qoşun yeridib Səddam Hüseyni devirdikdən sonra orada kürd muxtariyyəti yaratmaqla bərabər, İraq dövlətinin başına kürd etnik nümayəndəsini gətirməklə qurduqları kürd dövlətçiliyinin ən azı xeyli müddətdə mövcudluğunu və möhkəmlənməsini təmin etməklə reallaşdırmış oldular. Bu gün İran adlanan ölkədə bütün millətlərdən olan vətəndaşlarının molla rejiminə olan nifrət kasasının çoxdan tam dolmağına baxmayaraq yüz minlərlə gənc türklərin haqsız olaraq məhv edilməyi bu nifrəti alova çevirə bilən qığılcıma çevrilə bilmədiyi halda, bir kürd qızının ölümünün bu qığıcıma çevrilməsinin əsil səbəbi də məhz bu ölkədə öz gələcək planlarında kürd toplumundan Yaxın Şərq siyasətində Rusiyaya, əsas da Türkiyəyə qarşı aktiv istifadə edə bilməsi üçün Qərbin bu məntəqələrdə kürdləri maddi, hərbi təchizatla yanaşı siyasi, diplomatik və beynəlxalq mətbuat vasitələrilə dəstəkləmələridir. Əlavə olaraq Tehran rejiminin Türkiyə, Şimali Azərbaycan Respublikası və Cənubi Azərbaycan türklərinə qarşı uzun müddət kürdləri silahlandırıb maddi cəhətdən dəstəkləməsi bu gün bumeranq effekti ilə şovinist fars faşist rejiminə qarşı çevrilmişdir. Mollalar bu günkü hadisələrin baş verməsində Qərbin təşkilatçılığını dilə gətirsələr də öz günahlarını hələ etiraf etmirlər. Görünür bunu taxtdan düşdükdən sonra obyektiv düşünə bilsələr öz memurlarında etiraf edəcəklər. Buna da onların intellektual səviyyəsi çatsa.
Daxili səbəblərdən başqa bu gün İran adlandırılan coğrafiyada baş verən prosselərin mühüm xarici amilləri də mövcuddur. 43 il öncə Qərbin məngənəsindən qopub SSRİ-ni özünə tərəfdar və himayədar seçən Tehranın molla rəjimi SSRİ dağıldıqdan sonra onun Rusiyanın əhəmiyyətli dərəcədə zəiflədiyini görüb özünə yeni himayədar axtarmağa başladı və tapdı. Şovinist fars molla rejimi özünün yeni oynaşı olaraq iqtisadi, hərbi və texnoloji cəhətdən sürətlə inkişaf edərək dünya ağalığı yarışında Qərbə ciddi rəqibə çevrilən Çini seçdi və onunla 400 milyard dollarlıq “hədiyyə”şərti ilə 25 illik “siğə” müqaviləsi bağladı. Bununla belə erməni və fars millətinin özəl cəhəti olan həm əri, həm də oynaşı olmaq xüsusiyyətinə uyğun olaraq Suriyada, Cənubi Qafqazda da Türkiyə və Azərbaycana, yəni, türklərə qarşı düşmənçiliyini Rusiya ilə birlikdə davam etdirdi və bu gün də davam etdirməkdədir. Rusiya isə Tehranın bu əməkdaşlığının “diplomatik” qardaşlıq olduğunu, molla rejiminin artıq Rusiyanın Qərbdən dəfələrlə çox qorxduğu, hələlik susub Rusiyanın beynəlxalq meydanlarda məğlubiyyətlərinə bığaltı gülümsəyən düşməni olan Çinin qucağında oturduğunu çox yaxşı dərk edir. Eləcə, həm də Rusiyanın, arxasında Qərbin durduğu Ukrayna ilə savaşda vəziyyətinin yaxşı durumda olmaması səbəbindən Rusiyadan hər hansı bir dəstək gözləməsi ehtimalı sıfıra bərabərdir.
Digər tərəfdən son illər Türkiyənin güclənərək artıq beynəlxalq müstəvidə söz sahibinə çevrilməsi, Türk Dövlətləri Təşkilatının yaradılıb Türk Dövlətlərinin iqtisadi, hərbi, siyasi və s. istiqamətlər üzrə inteqrasiyasının, daha keçənlərdə olduğu kimi türk millətinin, türk varlığının tapdalanmayacağının qarantına çevrilməsi, eləcə də fars molla faşizminin bu coğrafiyada məhv edilməsində son dərəcə həyati marağı olan İsraillə, islam dövləti olan Pakistanla sığaq hərbi-iqtisadi əlaqələr qurmuş Türkiyənin NATO-nun çox önəmli hissəsi olmaqla Qərbin marağında, məhv olmamaq üçün yeganə nəfəslik, ümid yeri olmaqla eyni zamanda Rusiyanın marağında olması Tehranın fars şovinizminin ölkə daxilində gedən parçalanma prosseslərinə özünə məxsus son dərəcə vəhşi qəddarlıqla geniş miqyaslı müdaxilə etməsi imkanını məhdudlaşdırır.
Buna görə də molla rejiminin başında duran əmmaməlilərdən tutmuş oyuncaqları olan Ərdəbil mollası Amoliyə qədər “Romeo mənim qonşumdur” kinofilmindəki erməni pivəsatan kimi Şimali Azərbaycan Respublikasının bu gün İran adlanan əraziyə nüfuz imkanlarının Tehran rejimindən qat-qat çox olduğunu dərk edərək Azərbaycana xox gəlib hədələməkdən əl çəkib hətta konfederasiya halında da olsa fars hakimiyyətini saxlamaq xatirinə “Qarabağ Azərbaycandır” havasını çalmağa başlayıblar. Lakin artıq gecdir, qatar çoxdan gedib. Uzun illər başqa millətlərə, xüsusilə türklərə qarşı törətdikləri insanlıq anlayışına sığmayan vəhşiliklərin cavabı olaraq farslar 97 il əvvələ qayıdıb türk dövlətinin təəbələrinə çevrilməli, onlar üçün ən yaxşı halda isə “persiya” adlanan ərazidə cırtdan dövlət olaraq mövcud olmağa məhkumdurlar. Qacar yurdunda türk milli dövləti bərpa olunmalıdır və olacaq da. Məsələnin bir önəmli cəhəti də var ki, bu gün müstəqil Şimali Azərbaycan türk dövləti mövcuddur və o, Qacar Türk Dövlətinin bir hissəsi, həm də bir dövlət olaraq onun bütün türk milli ərazilərinin varisi və orada yaşayan türk əhalisinin de fakto qanuni dövlətidir. Bu baxımdan 97 il öncə fars şovinizminin qanunsuz olaraq hərbi çevriliş vasitəsilə ələ keçirdiyi hakimiyyət dağıldığından Türk dünyasını təmsil edən Türk Dövlətləri təşkilatının, ilk növbədə isə Şimali Azərbaycan Türk Dövlətinin ona sahib çıxmaq birbaşa haqqı və borcudur. K.Marks yazırdı ki, – “Vaxtı çatmış ictimai hadisələrin baş verməsi üçün ZOR mamaça rolunu oynayır”. 97 il əvvəl qanunsuz hərbi çevriliş vasitəsilə bu gün İran adlanan coğrafiyada devrilmiş Qacar Türk dövlətinin bərpa edilməsi üçün zəruri olan bu güc Türk Dövlətləri Təşkilatı onun etibarlı müttəfiqləri olan Pakistan, İsrailin şovinist fars faşizminin məhv edilməsində israrlı həmrəyliyinin simasında mövcuddur və buna zəruri olan münbit beynəlxalq şərait də artıq yetişib. Buna görə də Türkiyədə yaradılmaqda olan müvəqqəti milli məclisin praktiki fəaliyyətini həyata keçirmək üçün təcili Bakıda Qacar yurdunun Müvəqqəti Hökuməti yaradılmalıdır. Bu gün bunun üçün zəruri olan bütün kadrlar mövcuddur. Uzun illər Cənubda Milli Azadlıq Mübarizəsində fəal iştirak edib Tehran rejiminin terrorundan yayınmağa müvəffəq olub dünyanın müxtəlif ölkələrinə mühacirət etmələrinə baxmayaraq bu mübarizədə daim iştirak etmiş Cənublu milli mübarizləri Bakıya toplayıb Müvəqqəti Milli Hökumət yaradılmalı, Qacar yurdunda gedən milli azadlıq hərəkatına yön verib, koordinasiya və rəhbərlik etməlidir. Bunun üçün bu gün Cənubun özündə, Avropada, ABŞ-da, Şimali Azərbaycanda bu mübarizəni idarə edib tam qələbə ilə başa çatdıra biləcək kadrlar yetərincədir. Cənubda Abbas lisani və onlarla mətin milli mübarizələr hələ Tehran rejiminin qalıqlarının nəzarətində olan zindanlarda olduğundan bu prossesə hələlik qoşula bilməsə də, Avropada, Amerikada, Mahmudəli Çöhrəqani, Əjdər Tağızadə, Eldar Qaradağlı, Əhməd Obalı, Cavad İsmayılbəyli Müvəqqəti Hökumətin müxtəlif istiqamətlərdə fəaliyyətini idarə edə biləcək digər kadrlar olmaqla bərabər, Bakıda bu hökumətə başçılıq edə biləcək S.C.Pişəvəri hökumətinin Baş Prokuroru 1947-ci ildə şah rejimi tərəfindən Təbrizdə dara çəkilmiş Firidun Qəni oğlu İbrahiminin qardaşı, islam inqilabı dövründə Cənubi Azərbaycanda milli azadlıq mübarizəsinin rəhbəri, 1987-ci ildə molla rejiminin Tehranın Evin zindanında qətlə yetirdiyi Ənuşirəvan Qəni oğlu İbrahiminin böyük oğlu, Cənubdakı Milli Azadlıq mübarizəsi tarixində BEŞ, sıradan olmayan ŞƏHİD vermiş bir sınanmış nəslin layiqli nümayəndəsi olan təcrübəli, peşəkar hüquqşünas Firidun Ənuşirəvan oğlu İbrahimi kimi kadrlarımız da mövcuddur. Artıq təcili hərəkətə keçməyin zamanı çatıb. AZADLIQ MÜBARİZƏN UĞURLU, BÜTÖV AZƏRBAYCANIN, BÜTÖV TÜRKMƏNİSTANIN SAYALI, TURANIN MÜBARƏK VƏ ƏBƏDİ olsun, BÖYÜK TÜRK MİLLƏTİ!

Şapur Qasimi
+99455 522-36-15
20.10.2022
29-10-2022, 05:44
"BU SİYASƏTÇİLƏR XALQI DOLAMAQLA MƏŞĞULDURLAR"

Vidadi Mustafayev:


"BU SİYASƏTÇİLƏR XALQI DOLAMAQLA MƏŞĞULDURLAR"

Putin deyir ki, Ermənistan istəmirsə, biz onu sülh müqaviləsi bağlamağa məcbur edə bilmərik. Yəni, bu yırtıcı Ermənistana deyir ki, biz sənin revanşist planlarını dəstəkləyirik. Gündə bir söz danışan məlum dəstənin üzvü kimi deyir ki, əgər Ermənistan Qarabağın Azərbaycanın tərkibində olmasın istəyirsə, POJALYUSTA (BUYURSUN). Yəni, demək istəyir ki, burada da gərginliyi davam etdirmək fikrindəyik.
Mən dəfələrlə onun küçə adamları kimi gündə bir söz dediyini qeyd etmişəm. Hamının yadındadır ki, deyirdi: "Qarabağ Azərbaycan ərazisidir". İndi isə deyir ki, Ermənistan razıdırsa... Belə fahişəlik olmaz, amma olur.
İran parlamentinin sədr müavini deyir: "Ölkədə baş verən iğtişaşların səbəbi insanların dünyanı axirətdən üstün tutmasıdır".
Bu sözləri hörmətli bir ruhani, ən kaslb sadə bir insan desəydi, biz də deyərdik ki, biliyi o qədərdir. Bu deputat isə var-yoxunu töküb deputat olub ki, "krışalıq" (himayədarlıq) edərək milyonlar qazansın. Amma indi axirətdən dəm vurur.
Dünyanı və ölkəni qarışdıran belə yaramaz insanlardır ki, digər yaramazların hesabına BAŞA keçiblər.

28.10.2022
7-10-2022, 18:25
Ermənistan Xankəndini Azərbaycan ərazisi kimi tanıdı?


Ermənistan Xankəndini Azərbaycan ərazisi kimi tanıdı?

Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib. Yelisey sarayının rəsmi saytında dərc edilən bəyanata əsasən, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü, suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir."Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq", - bəyanatda qeyd olunub. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanınması prosesini və Praqa danışıqlarını şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, İrəvanın üzərinə götürdüyü öhdəliklərə sona qədər əməl edəcəyi şübhə doğurur:"Ermənistan tərəfi bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Sadəcə onların tanıma məsələsi bir az fərqlidir. Ermənistanın BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyi şübhəlidir. Onların yaxşı söz oyunçusu olduğu məlum məsələdir. Buna inanmaq olmaz. Ermənistan “Müstəqillik haqqında akt” qəbul edərkən orada göstəriblər ki, guya Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir. Əgər 1991-ci ildə ərazi bütövlüyümüzü tanıyıblarsa, ondan sonra nə baş verib? Bizim torpaqlarımızı işğal edib, etnik təmizləmə aparma ərazi bütövlüyünü tanımaqdır?Eks-nazir vurğulayıb ki, Emənistan sərhədlərin müəyyən edilməsində guya Sovet xəritələrini əsas götürdüyünü göstərməyə çalışır.“Ermənistan danışıqlarda özünü yaxşı tərəf kimi göstərmək istəyir. Onlar Sovet xəritəsinə qayıtmaq tərəfdarı olduqlarını göstərməyə çalışırlar. Ancaq Azərbaycanın müstəqilliyi ilə Qarabağ məsələsini fərqli görürlər. Ermənistan Azərbaycan ərazisini Qarabağsız de-fakto tanımaq istəyirdi. Əbəttə, biz bəyan edirik ki, Qarabağ Azərbaycann tərkibi hissəsidir”.



Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması mühüm hadisədir. Xankəndi şəhəri və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərin tanınmasına gəlincə, politoloq düşünür ki, Ermənistan tərəfi bu addımla Qarabağın Azərbaycana məxsus olduğunu rəsmən tanıyıb.“Tanınma prosesində Azərbaycan ərazilərinə Qarabağ da daxildir. Sadəcə olaraq, Qarabağla Ermənistanı birləşdirən yolun statusu məsələsi var. Bu da sonrakı danışıqlar prosesinin işidir. Yəni yerli ermənilərlə Azərbaycan hakimiyyət orqanları qeyri-formal danışıqlar apararaq bu məsələni həll edəcək. Azərbaycan onsuz da uzun müddətdir ki, həmin ermənilərlə qeyri-formal danışıqlar aparır. Danışıqlar prosesi bundan sonra daha intensiv şəkildə davam etdiriləcək. Prezident İlham Əliyevin dediyi kimi, biz Qarabağın dağlıq hissəsindəki ermənilərlə necə davranmalı olduğumuzu özümüz bilirik. Azərbaycanda yaşamaq istəməyən, Azərbaycan qanunlarını qəbul etmək istəməyənlər həmin əraziləri tərk etmək məcburiyyətində qalacaq”. Politoloqun sözlərinə görə, artıq çətin proses başlayıb:“Təbii ki, bu məsələdə əmma çıxartmağa çalışanlar olacaq. Rusiya, Rusiyanın oyuncağı Vardanyan, Arayik Arutyunyan, Robert Köçəryan, Serj Sarksiyan müəyyən problemlər yaratmaq istəyəcək. Ancaq mən inanıram ki, Avropa Birliyinin diqqəti daim burada olacaq. Onlar proseslərə nəzarət etməklə problem yaratmaq istəyənlərin qarşısını almağa çalışacaqlar. Delimitasiya çox çətin proses olsa da, maksimum 3 ay ərzində həll oluna bilər. Bir sözlə, sülh müqaviləsinin yolu açılıb”.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!