Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 23-11-2018, 07:49
Sumqayıt və Gəncədə də sosial evlər tikiləcək
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.
Butov.az xəbər verir ki, bu barədə Modern.az-a qurumdan məlumat verilib. Bildirilib ki, ötən ilin dekabrın 24-də təməli qoyulan ilk 7 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin tikintisi həyata keçirilir. Paralel olaraq digər 7 mərtəbəli binaların tikintisinə başlanılıb. Bakı şəhərinin Suraxanı rayonunda 20 hektarlıq ərazidə reallaşdırılan bu layihə çərçivəsində 3000-ə yaxın mənzilin istifadəyə verilməsi nəzərdə tutulur.
MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksidir. Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında 15.4 hektar ərazidə yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə layihələndirmə işlərinə başlanılıb. Hazırda Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərlərində də güzəştli mənzillərin tikintisi üçün torpaq sahələrinin müəyyənləşdirilməsi işləri aparılır.
Xatırladaq ki, 2018-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında 324 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilib.
Hazırda seçilmiş mənzillərin rəsmiləşdirilməsi prosesi aparılır. İlin sonuna qədər mənzillərin vətəndaşlara təhvil verilməsi planlaşdırılır.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!