İmişlidə 2 avtomobil toqquşub - 4 yaralı var .....                        Neftçalada qəza - 15 yaşlı yeniyetmə öldü .....                        Xocalı faciəsinin siması İlham Quliyev vəfat etdi .....                        ABŞ Azərbaycan qazı üçün dəhliz hazırlayır .....                        Ukrayna münaqişəsi ilə bağlı mühüm danışıqlar başa çatıb .....                        İran sualtı gəmilərini işə saldı .....                        Qrenlandiya ilə bağlı əmr: Döyüşə hazır olun! .....                        Ermənistana gələnlər gedənlərdən çox olub - 35 ildə ilk .....                        ABŞ bazalarına ölümcül zərbələr endirəcəyik - SEPAH generalı .....                       
Tarix : 7-01-2019, 10:51
Mingəçevirdə İES-in yanan bloku yeniləndi

“Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq “Azərenerji” ASC tərəfindən həyata keçirilən işlər davam etməkdədir. 2018-2020 illəri əhatə edən reabilitasiya proqramının tərkib hissəsi olaraq müəyyən işlər hissə-hissə görülüb və görülməkdədir.
Butov.az xəbər verir ki, ASC-dən Teleqraf.com-a verilən məlumata görə, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan, Mingəçevirdə yerləşən 8 enerji blokundan ibarət “Azərbaycan” İES-in yenidənqurulması çərçivəsində istismar müddətini başa vuran avadanlıq və aqreqatlar yeniləri ilə əvəz edilir, stansiya və yarımstansiyalar tikilərək tamamilə yenidən qurulur.
Artıq “Azərbaycan” İES-in 6-cı enerji bloku və 500 kVt-luq yarımstansiyanın yenidənqurulması prosesi yekunlaşmaq mərhələsinə keçib. 2018-ci ilin son aylarında 145 gün müddətinə əsaslı təmir edilməli olan 6-cı enerji bloku və 500 kVt-luq yarımstansiyada avadanlıqların yenilməsi işi 80 gün ərzində başa çatdırlıb. Bununla da 6-cı enerji bloku tam gücü ilə işə qoşulub və ehtiyat güc mənbəyi yaradılıb. Eyni zamanda hidrogen istehsal edən eloktroliz, oksigen qurğuları təzələnib. 2019-cu ildə “Azərbaycan” İES-dəki digər 7 enerji blokunun tamamilə yenidənqurulması həyata keçiriləcək.
Paralel olaraq bu yaxınlara qədər faktiki qoyuluş gücü ilə işləməyən Şəmkir Su Elektrik Stansiyasına yeni ehtiyat hissələr alınaraq gətirilib, 2 nömrəli hidro aqreqatda 26 noyabr - 27 dekabr tarixləri müddətində təmir-bərpa işləri aparılıb. Nəticədə aqreqatın gücü 2 dəfə artırılıb. 80 MVt məhdudiyyət aradan qaldırılıb ki, bu təxminən bir neçə rayonun tələbatına bərabərdir. Ümumilikdə isə Şəmkir SES üçün nəzərdə tutulan yenidənqurma işləri davam edir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!