Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 2-04-2019, 13:33
Azərbaycanda uşaqpulu bərpa oluna bilərmi? — RƏSMİ AÇIQLAMA
Son bir ildə Azərbaycanda ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sosial sahəni əhatə edən genişmiqyaslı islahatlar həyata keçirililməkdədir.
Bu islahatlar ölkə əhalisi tərəfindən çox müsbət qarşılanıb, təqdir olunmaqla yanaşı, islahatların daha da dərinləşməsini, daha geniş sahələri əhatə etməsini istəyirlər. Bu gün ölkə ictimaiyyətini daha ciddi maraqlandıran məsələlərdən biri də uşaq pulunun bərpası məsələsidir. Bu gün Azərbaycanda praktikada, ancaq çox məhdud çərçivədə 3 yaşınadək uşaqlara uşaqpulu verilir. Bu imtiyazdan ancaq bəzi dövlət qurumlarında çalışan valideynlər yararlanır və onlar 3 yaşınadək olan övladları üçün az miqdarda olsa da uşaq pulu alırlar. İndi cəmiyyətdə bu imtiyazdan cəmiyyətin bütün təbəqələrinin, hətta evdar qadınların belə yararlanması məsələsi gündəmə gəlib. Məsələ mütəmadi olaraq gündəmə gəlir. Lakin indiyədək bu məsələdə ciddi irəaliləyiş yoxdur.
Düzdür 3 yaşınadək olanlara uşaqpulunun verilməsi ilə bağlı işlərin getdiyi bildirilsə də, bunun nə zaman həyata keçirilərək reallaşdırlacağı bilinmir.
Ancaq ekspertlər, bəzi millət vəkilləri hesab edir ki, uşaq pulunun bərpası qısa zamanda reallaşdırılmalı və bu pul 3 yaşınadək deyil, uşaqlara 17 yaşınadək verilməlidir. Onların fikrincə, 17 yaşınadək uşaq pulunun verilməsinin həm ölkədə demoqrafik vəziyyətin yaxşılaşmasına, həm də aztəminatlı ailələrin sosial müdafiəsinin daha da güclənməsinə xidmət edəcək. Belə praktikalar dünya ölkələrində mövcuddur.
Bir müddət öncə aprelin birindən etibarən ailələrdə 3 yaşa kimi olan uşaqlara 80 manat, 3-7 yaşa kimi olan uşaqlara 50 manat, 7-17 yaşa kimi olanlara isə 40 manat veriləcəyi barədə məlumat yayılsa da, sonradan Əmək və Əhalinin Sosial Müdafə Nazirliyi bu məlumatı təkzib edərək, bu məlumatların həqiqətə uyğun olmadığını bildirdilər.
İqtisadi və Sosial İnkişaf Mərkəzin rəhbəri Vüqar Bayramov “Ölkə.Az”a açıqlamasında deyib ki, rəhbərlik etdiyi qurum uşaq pulunun bərpası ilə bağlı hökumətə təklif göndərib.
Onun sözlərinə görə, təklif edilən mexanizmə əsasən uşaq pulunun məbləği üç yaş qruplarına uyğun şəkildə müəyyənləşdirilir. Təklifdə 3 yaşınadək uşaqlara aylıq 80 manat, 4 yaşdan məktəb yaşınadək olan uşaqlara ayda 50 manat, məktəblilərə isə ayda 40 manat ödənilməsi məsələsi əksini tapıb.
Ekspert bildirib ki, uşaq pulunun bərpası ilə bağlı mexanizm hazırlayan zaman onun real və rasional olmasına çalışmışıq: “Bütün növ yaş qrupları təhlil edilib, tələb olunan maliyyə və eləcə də onun mənbələrini müəyyənləşdirilməklə yanaşı, bu ödənişlərin istehlak bazarında qiymətlərə təsirinin optimallaşdırılması ayrıca qiymətləndirilib. Bizim mexanizmin özəlliyi məhz büdcədə ağırlıq yaratmadan və istehlak bazarında qiymət tarazlığını pozmadan 2 milyon 614 min vətəndaşımıza aylıq ödənişin həyata keçirilməsinin mümkünlüyünün əsaslandırılmasıdır”.
O qeyd edib ki, 17 yaşınadək uşaqlara uşaqpulunun verilməsi praktikası dünya ölkələrində mövcuddur. O deyib ki, bəzi ölkələrdə 18 yaşınadək insanlara uşaqpulu verilir.
“Misal üçün Avropa ölkələrinin praktikasına diqqət yetirək. Avstriyada 3 yaşadək uşaqlara 105, 3-9 yaş arasında olanlara 112, 18 yaşadək uşaqlara isə 130 avro ödənilir. İrlandiyada 18 yaşınadək bütün uşaqlar ayda 140 avro alır. Finlandiyada 17 yaşadək birinci uşağa ayda 100, ikinci uşağa 110, üçüncü uşağa 141, dördüncü uşaqa 162 avro ödənilir. Almaniyada birinci və ikinci uşağın hər birinə 194, üçüncü 200, dörd və daha çox olanlar isə hərəyə 225 avro aylıq ödəniş həyata keçirilir. Oxşar mexanizmlər Avstraliya, Kanada, Fransa, İtaliya, İsveç, İsveçrə, İspaniya, Norveç, Yeni Zellandiya, Cənubi Koreya və eləcə də əksər Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşa və Macarıstanda da tətbiq olunur. Bəzi ölkələrdə uşaq pulunun məbləği ailənin gəlirlilik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11.422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avo ödənilir. Ailənin gəliri artdıqca uşaq pulu məbləği dəyişir. Rusiyada hətta ikinci uşağı dünyaya gətirən ailələrə 8 min dollara yaxın "analıq kapitalı" adlandırılan ödəniş edilir. Bu vəsait uşağın təhsili və digər prioritet məqsədlər üçün istifadə edilir. Göründüyü kimi, 17 yaşadək uşaq pulunu verilməsi mexanizmi əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur. Ölkəmizin dövlət gəlirlərinin 2017-ci ildən etibarən yenidən artdığını nəzərə alsaq Azərbaycanda da uşaq pulunun bərpası üçün maliyyə imkanları var. Deməli, uşaq pulunun bərpasının maliyyə bazası var”, - deyə V. Bayramov bildirib.
Bununla belə ekspert hökumətin 3 yaşınadək uşaqlara sosial müavinətin verilməsi istiqamətində gördüyü işləri uşaqpulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirib:
“Azərbaycan Prezidenti 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verib. Bu uşaqpulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirilməlidir. Bu addım uşaqların sosial müdafiəsi baxımdan çox vacibdir”.
Deputat Elmira Axundova isə “Ölkə.Az”a açıqlamasında bildirib ki, artıq uşaqpulu məsələsinin bərpası məsələsi öz aktuallığını itirib.
“Seçicilərimiz hər zaman bu məsələni qaldırır və bizdən uşaqpulunun 18 yaşınadək bərpa olunmasını istəyirlər. Lakin son dövrlərdə ölkə başçısının sosial sahədə həyata keçirdiyi islahatlar nəticəsində öz aktuallığını itirib. Niyə görə? Biz də əsasən sosial cəhətdən imkansız ailələr başqa ünvanlı yardımlar alırlar. Kimisi ünvanlı sosial yardım alır, kimisinin evdə əlil övladı var, onlara müavinətlər verilir və bu xeyli dərəcədə qaldırılıb. Uşağa baxanlara əlavə müavinətlər verilir və sair. Odur ki, aprelin 1-dən etibarən Prezidentin sərəncamına uyğun olaraq bu qəbildən olan ailələr 2-3 qat artıq müavinətlər alacaqlar. Ona görə də uşaqpulu aktualığını itirib”, -deyə E,Axundova qeyd edib.
Deputat əlavə edib ki, biz uşaqpulu məsələsini zamanında qaldıranda ünvanılılığının itəcəyini fikirləşməmişdik.
“Yəni bu zaman ünvanılılıq itəcəkdi. Varlı ailəyə də, kasıb ailəyə də uşaqpulu düşəcəkdi. Bu sosial cəhətdən ədalətli deyil. Sosial cəhətdən bu yardımlar ünvanlı və ədalətli olmalıdır. Bu məsələdə ünvanılılıq konkretləşdirildiyindən uşaqpulunun bərpası məsələsi öz aktuallığını itirib”, - deyə deputat bildirib.
Nazirlikdən isə öz növbəsində məsələ ilə bağlı bildirilib ki, ölkəmizdə 10-dan çox sosial müavinət növü var və bunların hamısı məhz uşaqların sosial müdafiəsinə yönəlib. Belə ki, hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq sosial müavinətlə təmin edilirlər. Həmçinin aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir. Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlara da müavinət verilir. Ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, həmin ailələrin üzvlərinin böyük əksəriyyətini, habelə ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxunu uşaqlar təşkil edir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər. Sığortaolunanlara da üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir. Qeyd olunan müavinətlərin mütəmadi olaraq artırılması təmin edilir.
Nazirlikdən o da bildirilib ki, dövlət başçısının 25 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla, həmin uşaqlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Eyni zamanda, Sərəncamla beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!