İran-Türkiyə sərhədində məhdudiyyət .....                        ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir .....                        Samir Nuriyev nazirləri topladı - Məruzələri dinlədi .....                        Daha bir icra hakimiyyətində ixtisarlar - 36 əməkdaş .....                        Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi .....                        Sumqayıtda silahlı insdent - 64 yaşlı kişi güllələndi .....                        İranı əslində o idarə edir .....                        Bir gecədə dörd evdən oğurluq edən şəxs saxlanıldı .....                        Hakan Fidan Abbas Əraqçıyə etiraz etdi .....                       
Tarix : 4-04-2019, 08:55
Yanvar-mart aylarında 352 nəfər əllilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edənlər arasında həssas qruplara aid vətəndaşlara, o cümlədən əlilliyi olan şəxslərə xüsusi üstünlük verilir.
Butov.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 352 nəfər əlilliyi olan şəxs kiçik ailə təsərrüfatlarını yaratmaq üçün potensialları nəzərə alınmaqla bu proqrama cəlb olunub. Onlardan bir qismi kiçik biznes fəaliyyətinin qurulmasına dair zəruri bilik və bacarıqlara malik olmaları üçün bir aylıq təlim kurslarında iştirak edir.
Kursları uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət dəyərləndirilən şəxslər ailə təsərrüfatlarını yaratmaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunacaqlar.
Hazırda əlilliyi olan şəxslərin proqrama cəlb olunması işləri davam etdirilir.
Xatırladaq ki, ötən il özünüməşğulluq proqramı iştirakçılarından 1000 nəfərini əlilliyi olan şəxslər təşkil edib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!