Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Tarix : 29-10-2019, 11:44
Qubada qadınların işgüzar inkişafı təlimləri başa çatıb

“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) çərçivəsində Qubada təşkil olunan işgüzar inkişaf təlimləri başa çatıb.
Butov.az-a verilən məlumata görə, Heydər Əliyev mərkəzində keçirilən bağlanış mərasimində təlimlərdə iştirak edən 150-dən çox iştirakçıya sertifikat və xatirə hədiyyələri təqdim olunub.
Bağlanış mərasimində iştirak edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli Qubada təşkil edilən təlimin uğurla başa çatdığını vurğulayıb:
“Quba təlimlərində formalaşmış ideyalar gördük. Təlimdə iştirak edən qadınların çox tezliklə ideyalarını biznes plan halına gətirəcəyinə və tətbiqinə başlayacağına inanıram. Quba qadın sahibkarların aktivliyi ilə fərqlənən rayonlardan birinə çevriləcək”.
Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edirlər.
Layihəyə dəvət olunan beynəlxalq təlimçi Soner Şahan layihə barədə təəssüratlarını bölüşüb:
“Təlimlər boyunca qadınlara sahibkarlıq ideyalarını inkişaf etdirmək və həyata keçirə bilmək üçün lazımi bilik və təcrübəni ötürdük. Onların ideyalarını turizm sahəsinə tətbiq edib, real iş həyatına başlamaları üçün istiqamətləndirdik. Bundan sonra da onlara mentor dəstəyi göstəriləcək. Təlimdə iştirak edən hər bir qadının uğurlu iş ortaya qoyacağına inanıram”.
Layihə çərçivəsində bundan əvvəl Mingəçevir təlimləri baş tutub. Layihə Quba ilə yanaşı, Gəncə, Qəbələ, Sumqayıt və Şəki iqtisadi zonlarını da əhatə edəcək.
Qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.
Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edəcək.
Qubada qadınların işgüzar inkişafı təlimləri başa çatıb
Qubada qadınların işgüzar inkişafı təlimləri başa çatıb


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!