Zelenski: Rusiya və Belarusdan başqa hər yerdə görüşə hazırıq .....                        "Real Madrid" Avropa Superliqasından çıxıb .....                        Körpələrin ölümündə təqsirləndirilən mərkəz direktoru: "493 nəfərin əvəzinə işləməli deyildim" .....                        Ukraynanın bu il üçün 60 milyard avro yardıma ehtiyac var .....                        Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü .....                        Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq .....                        Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? .....                        Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı .....                        Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB .....                       
Tarix : 8-05-2017, 10:39
Mingəçevir və Qubada "ASAN Həyat" kompleksləri istifadəyə veriləcək

Cari il ərzində Mingəçevir və Qubada regional "ASAN Həyat" kompleksinin istifadəyə verilməsi, Şəki və İmişlidə isə 2 kompleksin inşasına başlanılması nəzərdə tutulur.

Butov.az-ın AzVision.az-a istinadən məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib. Onun sözlərinə görə, ilin sonunadək Bakı şəhərində 3 "ASAN Kommunal" mərkəzinin fəaliyyət göstərəcəyi nəzərdə tutulub.

"Hazırda respublikada 11 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. "ASAN xidmət" mərkəzlərində vətəndaşlarımıza 230-dan çox xidmət təqdim edilir. Həmin xidmətlər 10 dövlət orqanı və özəl şirkətlər tərəfindən göstərilir. Bundan əlavə, 2016-cı ilin dekabrında fəaliyyətə başlayan "ASAN Kommunal" mərkəzində "Azəri-qaz" İstehsalat Birliyi, "Azərsu", "Azər-işıq" ASC-lərinin 45 növ kommunal xidmətləri göstərilir. Mərkəzlərin əhatə etmədiyi regionlarda 10 səyyar avtobus və "ASAN qatar" vasitəsilə vətəndaşlara xidmət göstərilir. Nəticədə bu günədək "ASAN xidmət" mərkəzlərinə 14 milyondan çox vətəndaş müraciəti qeydə alınmışdır. 108 Çağrı Mərkəzində isə 1 milyon 600 mindən çox zəng cavablandırılıb”.

İ.Kərimov qeyd edib ki, bir sıra beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən "ASAN xidmət" qabaqcıl təcrübə kimi qiymətləndirilir və artıq bir çox dövlətlərdə bu model tətbiq olunur: "Ölkə başçısının gənclər siyasətinə uyğun olaraq yeni nəsil dövlət qulluqçularının formalaşdırılması məqsədilə 10 mindən artıq gənc "ASAN xidmət"in fəaliyyətinə könüllü qismində qoşulub. Onlardan 700-ü "ASAN kadr" portalı vasitəsilə işlə təmin edilib".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!