Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir .....                        Daha bir ölkədə konsulluq xidmətimiz müvəqqəti dayandırılır .....                        "Çelsi"yə transfer qadağası qoyuldu .....                        Küləkli hava ilə bağlı sarı xəbərdarlıq .....                        Polşada saxlanılan azərbaycanlı Bakıya gətiriləcək .....                        MİDA-ya yeni Aparat rəhbəri təyin olundu .....                        Rusiyaya 11 milyon mərmi satan ölkə .....                        Sosial müavinət alanlarla bağlı yeni statistika .....                        ABŞ İrana güzəştə getdi .....                       
Tarix : 20-12-2019, 16:13
AQTA quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirib

Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə epizotoloji monitorinqlərə başlanılıb. Monitorinqlər 16-20 dekabr tarixlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının və Bərdə, Sabirabad, Quba və Lənkəran Regional Sınaq Laboratoriyalarının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilib.
Butov.az-a verilən məlumata görə, çöl quşları arasında monitorinqlər Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli Park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarını əhatə edib. Həmin ərazilərdən toplanılan çöl quşlarının nümunələri Milli Park ətrafında qurulan və Cənubi Qafqazda ilk dəfə ölkəmizdə istifadə edilən çadırtipli biotəhlükəsizlik səhra laboratoriyasında müayinə olunub. Müayinələr spesifikliyi yüksək və təsdiqləyici metod sayılan Polimeraz Zəncirvari Reaksiya üsulu ilə həyata keçirilib. Mobil şəraitdə müayinələrin aparılmasında məqsəd qısa vaxt ərzində daha çevik və operativ şəkildə nəticələrin əldə edilməsidir.
Eyni zamanda həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı iri quşçuluq müəssisələrində və həyətyanı təsərrüfatlarda saxlanılan müxtəlif növ quşlardan toplanan nümunələr Səyyar Biotəhlükəsizlik Laboratoriyasında müayinə edilib.
Aparılan monitorinqlərin nəticələri ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanacaq.
AQTA quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirib
AQTA quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirib


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!