ABŞ məktəbində atışma: yaralılar var .....                        Bakıda polisin tapdığı 10 min manatın sahibi məlum oldu .....                        Nəzrinin ölümündə günahlandırılan həkim barədə qərar verildi .....                        Sayt rəhbərinə hökm oxundu .....                        İlham Əliyevdən Davos paylaşımı .....                        Hacıqabulda 14 ton qida yandı .....                        Türkiyədə dəhşətli yanğın: ölənlərin sayı 76-ya çatdı .....                        Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu .....                        Ümit Özdağ barədə həbs qərarı verildi .....                       
Tarix : 9-01-2020, 07:41
Bakıda 600-ə yaxın avtobus kartla işləyir
“Müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqının nağdsız formada “BakıKart”la ödənişinə keçid qarşımızda qoyulan əsas tapşırıqlardandır. Artıq 27 müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKartl”a aparılır”.
Butov.az xəbər verir ki, bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfindən bu istiqamətdə çox mühüm tədbirlər görülüb.
“Bu çərçivədə biz hazırda istismarda olan avtobuslarda müəyyən texniki işləri yerinə yetirib başa çatdırdıq. İşin ən çətin tərəflərindən biri məhz bu mərhələ idi. Çünki avtobuslar gündəlik xətlərdə olur və işlər elə aparıldı ki, gündəlik sərnişindaşımada hər hansı bir axsama olmasın. 1500-ə yaxın avtobusda kabelləşmə işləri tam olaraq yekunlaşıb. Dekabrın 25-dən başlayaraq kabelləşməsi bitən xətlər bir-bir “BakıKart”a inteqrasiya olunur. Hər bir xəttin inteqrasiyasından əvvəl isə təbii məlumatlandırma aparılır ki, sərnişinlərimiz buna hazır olsunlar. Artıq 27 müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKartl”a aparılır. Lakin dediyim kimi bu rəqəm qarşıdakı günlərdə dəyişəcək”.
Avtobus sayına gəldikdə isə BNA rəsmisi qeyd edib ki, artıq istismarda olan avtobusların 600-ə yaxınında gediş haqqı məhz nağdsız qaydada aparılır.
“Sərnişindaşımada göstərilən xidmətin səviyyəsinin artırılması məqsədi ilə eyni zamanda müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması da davam etdirilir. Ötən il dekabrın əvvəlində 5 müntəzəm marşrut xətti üzrə müsabiqə elan olundu. Qarşıdakı günlərdə digər xətlərlə bağlı da müsabiqə elan olunacaq. Bunun özü də nəqliyyat sahəsində aparılan işlərin tərkib hissəsidir. Əsas hədəfi sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzilbaşına çatdırılmasına nail olmaqdır və bu işlər tam hədəfə nail olunanadək davam edtiriləcək. Sərnişindaşıma qaydalarına əməl etməyən, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyən daşıyıcılar müvafiq qaydada sərnişindaşımalardan kənarlaşdırılacaqdır. Avtobusların alınması işi də davam olaraq aparılır. Bu məsələ bildiyiniz kimi daim dövlətin diqqətində olan məsələdir. Təlabata uyğun olaraq yeni avtobusların alınması həyata keçiriləcək”, - deyə M.Ağayev qeyd edib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!