AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN .....                        Qurumlar Bibiheybət yolundakı sürüşmə ilə bağlı MƏLUMAT YAYDI .....                        Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi .....                        "İrana müharibə dövrünün ən güclü zərbəsi endiriləcək" .....                        Əliyar Ağayevə cəza verildi .....                        Ermənistanda nazirlik binasında silahlı insident: Yaralanan var .....                        Sabah 18 kənddə işıq olmayacaq .....                        Fidan Əraqçi ilə danışdı .....                        Prezidentin Gürcüstan səfəri başa çatdı .....                       
Tarix : 10-01-2020, 12:39
Qaz sayğaclarını oğurlayanlara 3 il iş verildi
İki nəfər sayğac oğrusuna Bakı şəhərinin Xəzər Rayon Məhkəməsində hökm oxunub.
Butov.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, Nəsimi və Suraxanı rayon sakinləri - Əliyev Mahir Vüqar oğlu və Hüseynov Elçin Böyükağa oğlu 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar əlbir olaraq əmlakı gizli talayaraq “Azəriqaz” İstehsalat Birliyinə maddi ziyanın vurulmasında günahlandırılıblar.
Belə ki, adları çəkilən şəxslər müxtəlif vaxtlarda - 2018-2019-cu illərdə Xəzər rayonunun Qala, Şüvəlan və Türkan qəsəbələrində ayrı-ayrı ünvanlarda vətəndaşlara məxsus fərdi yaşayış evlərinə quraşdırılmış 93 ədəd qaz sayğacını oğurlayıblar. Məhkəmədə Birliyin maraqlarının müdafiəsini təmin edən Hüquq Departamenti sayğac oğrularının törətdikləri əməlləri faktlarla sübuta yetirib.
Məhkəmənin hökmü ilə Əliyev Mahir Vüqar oğlu və Hüseynov Elçin Böyükağa oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Bununla da Azərbaycan Respublikasının məhkəmə təcrübəsində ilk dəfə olaraq qaz sayğacı oğruları cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittihamedici hökm çıxarılıb.
“Azəriqaz” İstehsalat Birliyi bəyan edir ki, bu cür əməllərə meyl göstərən insanlar nə qədər ki, gec deyil pis niyyətlərindən əl çəksinlər. Əks təqdirdə, sayğac oğurlamaq, sayğaca müdaxilə və qaz xətlərinə kənar qoşulmaqla təbii qazın talanmasına yol verən şəxslər bu əməllərinə görə gec-tez qanun qarşısında cavab verməli olacaqlar.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!