Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 5-02-2020, 08:26
Koronavirusa görə gömrük-sərhəd keçid məntəqələrində quraşdırılan termovizorların sayı açıqlanıb
Koronavirus təhlükəsi ilə bağlı ölkənin gömrük-sərhəd keçid məntəqələrində və hava limanlarında quraşdırılan termovizorların sayı açıqlanıb.
Butov.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bütün gömrük sərhəd keçid məntəqələrində və hava limanlarında ümumilikdə 67 ədəd termovizor mövcuddur. Azərbaycana gələn hər kəs bu termovizorlardan keçir.
Xatırladaq ki, yanvarın 28-də Prezident İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetində, Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, ÇXR-in Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.
Baş Nazirin sədrlik etdiyi müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak ediblər. Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.
Müşavirənin yekununda belə hallar üçün nəzərdə tutulmuş aşağıdakı tədbirlərin görülməsi haqda qərar qəbul edilib:

- sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;

- ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;

- xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;

- səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması;

- virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması;

- vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.

Müşavirədə Səhiyyə nazirinin rəhbərliyi ilə və aidiyyəti qurumların iştirakı ilə İşçi qrupunun yaradılması qərarı qəbul edilib. Tədbirlərin görülməsində Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyyələri nəzərə alınır.
Eyni zamanda qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi koronavirusla bağlı məlumat yayıb. Məlumatda qeyd edilir ki, insanlar üçün qlobal təhlükə törədən yoluxucu xəstəliklər, xüsusilə, son günlər Çin Xalq Respublikasının Hubei əyalətinin Uhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyinin aşkar edilməsi ilə əlaqədar gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq işlər aparılır.
Bununla əlaqədar, öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simtomplarla özünü büruzə verən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdə həyata keçirilir.
Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən yerlərdə müayinəsinə lazımi şərait yaradılıb.
Həmçinin, nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirlərinin aparılması da həyata keçirilir.
Eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı, Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin "baş bəyannaməsi" sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir.
Bundan başqa, Səhiyyə Nazirliyi və digər müvafiq dövlət qurumları, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün müəyyən edilən mütəmadi əlaqə mexanizmlərinə uyğun olaraq müvafiq işlər həyata keçirilir.


Paylaş



Bölmə: Sosial / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!