Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 18-05-2020, 13:49
120 tikinti obyekti cərimələnib

Məcburi əməyə görə, 120 tikinti obyekti 454.000 manat həcmində cərimələnib
Butov.az “Ölkə.Az”-a istinadən xəbər verirki, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrininbu gün keçirilən birgə iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair illik hesabatı dinlənilərək müzakirə olunub.
Hesabat barədə deputatalra DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov məlumat verərək bildirib ki, məcburi əməyin qarşısının alınması, bu əməllərə şərait yaradan halların aradan qaldırılması istiqamətində də lazımi tədbirlər həyata keçirilir: “Hesabat dövründə aparılan monitorinqlər nəticəsində 120 tikinti obyektində 351 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkar edilib. Bununla bağlı ümumilikdə 454.000 manat inzibati cərimə tətbiq edilib”.
İdarə rəisi bildirib ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan sosial islahatlar nəticəsində 2018-ci illə müqayisədə ötən il ölkə üzrə bağlanılan əmək müqavilələrinin sayında 153 min artım qeydə alınıb. “Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində görülən tədbirlər çərçivəsində övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb”- H.Aslanov qeyd edib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!