İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 2-04-2019, 08:27
Bakıda insan alveri ilə mübarizə üzrə beynəlxalq seminar keciriləcək

“Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın artırılması” (ENCT) layihəsi çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə 3-4 aprel 2019-ci il tarixlərində "Cinayət istintaq orqanlarının insan alveri ilə mübarizə sahəsində rolu" mövzusunda beynəlxalq seminar keçiriləcək.
Butov.az xəbər verir ki, Ədliyyə Nazirliyinin mətbuat xdmətindən Trend-ə verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan hökümətinin insan alverinə qarşı mübarizəsinin və insan alveri qurbanlarının müdafiəsinin daha effektiv aparılması üzrə potensialın, habelə layihəyə cəlb olunacaq hakimlərin, vəkillərin və digər təlimçilərin insan alveri ilə mubarizə sahəsində bilik və bacarıqlarının artırılmasından ibarətdir.
Seminarda bir sıra xarici ölkələrin və beynəlxalq qurumların təmsilçiləri, hakimlər, prokurorlar, vəkillər, Ədliyyə və Daxili işlər nazirliklərinin əməkdaşlarının iştirakı gözlənilir.
Tədbirdə beynəlxalq, regional və yerli səviyyədə insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqi məsələləri müzakirə olunacaqdır.
İnsan alveri ilə mübarizənin müxtəlif aspektlərinə dair Türkiyə, Almaniya, Bolqarıstan, Rumıniya, İsveçrə, Ukrayna, Moldova, Belorusiya, İnterpolun və Avropa İnsan Hüquqları Məhkəməsinin nümayəndələrinin təqdimatları dinləniləcək, fikir və təcrübə mübadiləsi aparılacaqdır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!