ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirir .....                        Ukrayna ordusu Xəzərdə Rusiya platformalarını vurdu .....                        Ötən ay kanalda batan Zaminin meyiti tapıldı .....                        ABŞ-İran danışıqlar sabah baş tutacaq .....                        Küləyə Pıçıldanmış Həqiqət .....                        İmişlidə 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı .....                        Vens İranla danışıqlar üçün Pakistana getdi .....                        Tramp: "İran nüvə silahından imtina edəcəyini deyir" .....                        Agentliyin sabiq sədri açıqladı - “Pullar Talıbova çatırdı” .....                       
Tarix : 23-10-2020, 10:12
Səfərbərlik üzrə hərbi xidmətə çağırılanlardan COVID-19 testi götürülür
Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi məqsədilə yaradılmış işçi qrupu Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsində monitorinq keçirib.
Butov.az-ın APA-ya istinadən məlumatına görə, işçi qrupunun üzvü Nailə Daşdəmirova bildirib ki, hazırda Azərbaycanda COVID-19 virusuna yoluxanların sayının artması ilə əlaqədar sahə tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışır. Məntəqələr həftənin 6 günü (bazar günü istisna olmaqla) saat 08:00-dan saat 20:00-dək fəaliyyət göstərir. İş yükünün artması səbəbindən məntəqələrə əlavə tibb işçiləri cəlb olunub: “Sahə məntəqələrinin tibbi heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunub. Sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümunələri götürmək üçün göndərilib. Götürülən testlərin nəticələri bir necə saat ərzində əldə olunur, nəticədən asılı olaraq müvafiq tədbirlər görülür”.
Nailə Daşdəmirova bildirib ki, oktyabr ayının 11-də başlayan 3-cü monitorinq 21 oktyabrda yekunlaşıb. İşçi qrupu tərəfindən sahə məntəqələrinin rəhbərliklərinə məntəqələrdə işin yüksək səviyyədə təşkili və göstərilən tibb xidməti keyfiyyətinin artırılması üzrə tövsiyələr verilib.
O bildirib ki, 814 Çağrı Mərkəzi və poliklinikalara daxil olan müraciətlər dəyərləndirilməli sahə həkimlərinə yönəldilməlidir: “Sahə həkimləri tərəfindən xəstələrin şikayətlərinə uyğun olaraq testlərin müəyyən etməli, test ev şəraitində götürülməli, qısa müddətdə cavablandırılmalı, Səhiyyə Nazirliyi tərəfindən verilən dərman preparatları xəstəyə çatdırılmalı, 14 gün ərzində xəstəyə nəzarət məqsədilə gündə iki dəfə əlaqə saxlanılmalı və vəziyyəti haqda qeydlər tibbi kartlara daxil edilməlidir. Müraciət edən şəxslərin xəstəliyə yoluxma faktı təsdiq edildiyi halda dərhal onların son zaman təmasda olduqları ailə üzvlərinin müəyyən olunması həyata keçirilir. Bundan sonra koronavirusa yoluxmuş şəxslərin yaxınlarından ev şəraitində testlər götürülür və onlar müvafiq qaydada izolyasiya edilir”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!