Tramp 350 demişdi, Zelenski 100 deyir .....                        Lavrov Türkiyədə .....                        Məktəblərdə dərslər onlayn keçiriləcək? - RƏSMİ .....                        BDU tələbələrinin nəzərinə! - Sabah dərslər... .....                        “Mançester Siti” öz meydanında məğlub oldu .....                        Bakıda taksi qiymətləri kəskin artıb .....                        Kansler məğlub olduğunu etiraf etdi .....                        Sabah universitetlərdə dərslər onlayn olacaq .....                        Almaniya seçkiləri: ilkin nəticələr məlum oldu .....                       
Tarix : 26-10-2020, 18:00
Mədəniyyət Nazirliyi Ermənistanın təxribatları ilə bağlı xarici ölkələrə müraciət ünvanlayıb

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov 100-dən çox xarici ölkənin mədəniyyət sahəsinə məsul qurumunun rəhbərinə bu il sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı həyata keçirilən hücumlarla bağlı məktub ünvanlayıb.
Butov.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, məktubda sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində genişmiqyaslı hərbi təxribat törətməsi, Azərbaycanın döyüş mövqelərini və yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması barədə məlumat verilib.
Nəticədə qadınlar və uşaqlar da daxil olmaqla dinc sakinlər arasında çox sayda ölən və yaralananların olduğu, həmçinin mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən maddi mədəni irs nümunələrinə ziyan dəydiyi bildirilib.
Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən yaşayış məntəqələri ilə yanaşı münaqişə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini dəfələrlə ballistik raket atəşinə tutub.
Məktubda, həmçinin BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələrinin qeyd-şərtsiz icra olunmasının vacibliyi qeyd olunaraq, Ermənistanın mülki əhali və obyektləri, tarixi abidələri hədəfə almasının beynəlxalq humanitar hüququn, o cümlədən "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası və onun 1999-cu ildə imzalanmış İkinci Protokolunun, "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasının, hərbi münaqişələr zamanı mülki şəxslərin qorunması ilə bağlı 1949-cu il Cenevrə konvensiyaları və Əlavə Protokollarının, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasının və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisi olduğu qeyd olunub.
Məktubun sonunda dünya ictimaiyyəti tərəfindən Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinin pislənməsinin və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün səy göstərilməsinin vacibliyi vurğulanıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!