Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                        Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq - İlham Əliyev .....                        Moskvaya PUA hücumu .....                        Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası olub .....                        Polşa nüvə silahı əldə etmək istəyir .....                        Sumqayıtda kişi dəm qazından öldü .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                       
Tarix : 21-12-2020, 15:56
Vətəndaşlara 150 manata saxta icazələr verən şəxslər saxlanıldı - VİDEO
Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.

Butov.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta məlumatlar əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəbəkə üzvləri ifşa ediliblər. Tədbir zamanı müəyyən edilib ki, “24 Taxı” şirkətinin müdir müavini Yaqub Qafarov tanışları Roman Novruzov, Pərvin Rəhimli, Natiq Qubadov və Natiq Rzayevlə birlikdə qanunsuz yollarla vətəndaşları icazə portalından qeydiyyatdan keçiriblər. Bunun üçün R.Novruzov, P.Rəhimli, N.Qubadov və N.Rzayev onlara karantin zamanı sərbəst hərəkət etmək üçün müraciət edən şəxslərin sənədlərini toplayaraq Y.Qafarova təqdim ediblər. Sonuncu isə öz növbəsində 150 manat müqabilində həmin şəxsləri rəhbərliyində təmsil olunduğu şirkətdə kuryer, sürücü kuryer və taksi sürücüsü kimi qeydiyyatdan keçirib. Bu yolla şəbəkə üzvləri xüsusi karantin rejiminin qaydalarını pozaraq sərbəst hərəkət etmək üçün 60-a yaxın vətəndaşın hər birindən 150 manat almaqla onları onları saxta sənədlər əsasında “icazə.e-gov.az” portalında qeydiyyatdan keçiriblər.

Araşdırma zamanı qeydiyyatdan keçən şəxslərin heç birinin göstərilən işlərlə məşğul olmadığı müəyyən edilib və onların icazələri müvafiq qaydada ləğv olunub. Qeyd edilən şirkətin ofisinə baxış zamanı eyni məqsədlər üçün hazırlanmış saxta arayışlar, bank kartları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. Həmçinin bu şəxslərin sosial şəbəkələrdə öz aralarında danışıqları araşdırılan zaman da dəstə üzvlərinin etdikləri qanunsuz əməllər bir daha öz təsdiqini tapıb.

Qeyd edilən faktlarla bağlı zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşların nəzərinə çatdırır ki, operativ qərargahın müəyyən etdiyi qadağalara və məhdudiyyətlərə, həmçinin karantin rejiminin təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında ciddi hüquqi məsuliyyət tədbirləri görülür. Tətbiq edilən bütün məhdudiyyətlər hər bir vətəndaşın sağlamlığının qorunması məqsədi ilə həyata keçirilir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!