Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
Tarix : 15-02-2017, 12:11
Vağzalda 5 nəfər tutuldu

Ölkənin maliyyə sisteminin sabit və dayanıqlı, maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması üçün, habelə ayrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadilə əməliyyatlarının aparılmasına qarşı daxili işlər orqanları tərəfindən məqsədyönlü və ardıcıl əməliyyat tədbirləri həyata keçirilir.

Butov.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, son günlər əldə olunan əməliyyat məlumatları, eləcə də müxtəlif sosial şəbəkə və internet resurslarında Bakı Dəmir Yolu Vağzalının ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslər barədə yayımlanan videomateriallar üzrə Daxili İşlər Nazirliyi rəhbərliyinin müvafiq göstərişi əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Nəticədə dəmir yolu nəqliyyatı ilə ölkəmizə gələn xarici turistlərin və yerli vətəndaşların vağzal ərazisində sərbəst hərəkətinə maneçilik törədərək qanunsuz valyuta alqı-satqısı ilə məşğul olan Bakı şəhər sakinləri – Sərdar Musayev, İsmayıl Teyyubov, Əmiraslan Əliyev, Otay Fətəliyev və Xəlil İmanov saxlanılıblar.

Həmin şəxslərdən qanunsuz fəaliyyətlərini sübut edən müxtəlif ölkələrin milli valyutaları maddi sübut kimi götürülüb. Onlar barəsində Baş İdarədə müvafiq araşdırmalar davam etdirilir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!