Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub .....                        İranla ABŞ qarşılıqlı güzəştə getdi .....                        Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı .....                        “Bu, bizim üçün dəhşətli itki olacaq" - Zelenski .....                        VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri .....                        Nazirlik böyrək xəstələri üçün 10 milyon ayırdı .....                        İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO .....                        Almaniyadan BYD və Changan-a rəqib gəlir .....                        Narkotikin təsiri altında maşını idarə edən sürücü həbs olundu - VİDEO .....                       
Tarix : 3-02-2017, 18:11
Tərtərdə tödərilən iki qətlin üstü açıldı

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış iki ağır cinayətin üstü açılıb.

Butov.az-ın AzVision.az-a istinadən xəbərinə görə, bu barədə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Belə ki, ötən il sentyabrın 26-da Tərtər şəhər sakini, valyuta mübadiləsi ilə məşğul olan Səxavət Musayev 13 min manat pulla xəbərsiz itkin düşüb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 4 gün sonra - sentyabrın 30-da Səxavət Musayevin üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Şıxarx kəndi ərazisində aşkar edilmiş və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində mərhumun Tərtər rayon sakinləri Səxavət Orucov, Şaiq Həsənov və Aqil Aslanov tərəfindən tamah niyyətilə döyülərək qətlə yetirilməsinə əsaslı şübhələr olduğundan Ş.Həsənov və A.Aslanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayətin digər iştirakçısı, əvvəllər dəfələrlə məhkum olunmuş Səxavət Orucov isə istintaqdan yayındığına görə barəsində axtarış elan edilib və o, 2016-cı il dekabrın 27-də tutularaq istintaqa təhvil verilib.

Səxavət Orucovun qeyd olunan cinayətdən başqa, 19 fevral 2014-cü il tarixdə Tərtər rayon sakini Sənan Mirzəyevin yaşadığı evdə şəxsi münasibətlər zəminində özünə məxsus odlu silahdan atəş açaraq onu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib, maddi sübutlar götürülüb.

Tərtər rayon prokurorluğunda başlanmış hər iki cinayət işi bir icraatda birləşdirilərək Səxavət Orucova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah hazırlama) maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!