Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO .....                        Keçmiş vəzifəli şəxslərin yarım milyonluq dələduzluq işinin məhkəməsi .....                        Rusiya vədini pozdu, cavabı olacaq - Zelenski .....                        16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur .....                        Məşhur diktor vəfat etdi .....                        Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb .....                        Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır .....                        Kiberpolis haker şəbəkəsini ifşa etdi .....                        Məşhur fəvvarəyə giriş pullu oldu .....                       
Tarix : 25-01-2021, 15:11
“Azərsu”dan bu gündən işləyən müəssisələrə müraciət
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bu gündən ölkədə ticarət obyektlərinin (iri ticarət mərkəzlərinin fəaliyyəti və ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət istisna olmaqla), bərbərxanaların, gözəllik salonlarının və bəzi digər xidmət sahələrinin fəaliyyəti bərpa edilib. Adıçəkilən ictimai-iaşə və xidmət sahələrinin fəaliyyətə başlaması ilə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə smart kart tipli sayğaclarla bağlı müraciətlərin sayı çoxalıb.
Butov.az xəbər verir ki, Səhmdar cəmiyyətindən Azvision.az -a verilən məlumata görə, smart kart tipli sayğaclardan 25 gün ərzində su keçmədikdə sayğacın klapanı avtomatik bağlanır:

"Belə sayğacların yenidən işlək vəziyyətə gətirilməsi üçün “Azərsu”yun əməkdaşlarının həmin ünvana getməsi və xüsusi servis kartları ilə sayğacı işlək vəziyyətə gətirməsi tələb olunur. Artan müraciətlərin operativ həlli məqsədilə tərəfimizdən əlavə işçi qüvvəsi cəlb edilib və abonentlərin qarşılaşdığı problemlərin operativ həlli üçün digər lazımi tədbirlər görülür.

“Azərsu” abunəçilərin nəzərinə çatdırır ki, qeyd edilən məsələ ilə bağlı sayğacların işlək vəziyyətə gətirilməsi (koddan çıxarılması) növbəlilik prinsipi ilə həyata keçirilir. Müraciətlərin çox olması səbəbindən əməkdaşlarımızın sifariş daxil olmuş ünvanlara getməsi müəyyən vaxt apara bilir. Bunları nəzərə alıb abonentlərimizin belə halları anlayışla qəbul etməsini xahiş edirik”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!