MSK 3 şikayətlə bağlı qərar verdi .....                        Azərbaycanlı biznesmen Rusiyada vəfat etdi .....                        HƏMAS komandirin öldüyünü 6 ay sonra təsdiqlədi .....                        Bakı-Quba yolunda qəza: 5 nəfər yaralandı .....                        Ronaldo "Sumqayıt"da oynayacaq .....                        Bakıda tramvayların işə başlayacağı tarix məlum oldu .....                        Xırdalan sakinləri üçün şad xəbər .....                        Bakı metrosunda 51 yeni stansiya .....                        Rəssamın işi, şairin arzuları və Xudafərin körpüsü .....                       
Tarix : 17-05-2016, 11:27
Vətəndaşların köhnə su pulu borcları necə hesablanacaq? - RƏSMİ



“Azərsu” ASC ötən dövrdə yaranmış borcların yeni tariflərə uyğun yenidən hesablanacağı xəbərlərinə açıqlama gətirib.
Butov.az xəbər verir ki, “Azərsu”nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yeni tariflərin tətbiqinin abonentlərin əvvəlcədən yaranmış borclarına heç bir təsiri olmayacaq.
Məlumatda deyilir ki, sayğacla təmin olunmayan abonentlər ödənişləri ailə üzvlərinin sayına görə aparırlar. Tarif Şurasının qərarına görə, 1 nəfər üçün aylıq norma 5 kubmetr götürülür. Əgər ailədə 4 nəfər varsa aylıq sərfiyyat 20 kubmetr olacaq və bunun 10 kubmetri (ayın birinci yarısı üçün) regiondan asılı olaraq 31 və ya 36 qəpikdən, qalan 10 kubmetri isə (ayın ikinci yarısı üçün) 45 və ya 50 qəpikdən hesablanacaq.

Bundan başqa, smart-kart tipli sayğaclardan istifadə edən abonentlərin mayın 16-na qədər kartlarına yüklədikləri məbləğ köhnə tariflərlə, mayın 16-dan etibarən isə yeni tariflərlə hesablanacaq.

Belə ki, mexaniki sayğaclarla bağlı isə sayğacın son oxunması ilə tariflər dəyişdikdən sonrakı oxunma arasındakı sərfiyyat günlərin sayına bölünərək orta günlük sərfiyyat çıxarılacaq. Neçə gün köhnə tarixə düşəcəksə köhnə tariflə, neçə gün yeni tarixə düşəcəksə yeni tariflə hesablama aparılacaq. Məsələn, sayğac sonuncu dəfə aprelin 20-də, növbəti dəfə mayın 20-də oxunubsa və 30 gündə 30 kubmetr su sərfiyyatı varsa, günə 1 kubmetr su sərfiyyatı düşür. Bu 30 günün 16 maya qədər olan hissəsi (25 gün) köhnə, qalan günlər (5 gün) isə yeni tariflə hesablanacaq.

“Azərsu” ASC abonentlərdən xahiş edir ki, mexaniki sayğacların göstəricilərinin vaxtında və dəqiq oxunması üçün müfəttişlərə lazımi şərait yaratsınlar.

Xatırladaq ki, dünən bəzi KİV-lərdə su və kanalizasiya xidmətlərinə görə ötən dövrdə yaranmış borcların mayın 16-dan etibarən qüvvədə olan tariflərə uyğun yenidən hesablanacağı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdı.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!