Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 20-04-2021, 14:14
Pandemiya Ramazan bayramına necə təsir edəcək? - SORĞU
“COVID-19” virusunun hökm sürdüyü bir dövrdə vətəndaşların Ramazan ayını necə keçirəcəyi ilə bağlı fikirlərini öyrənmək məqsədilə Media Təhlil Mərkəzi (MTM) tərəfindən sorğu keçirilib.

Butov.az xəbər verir ki, Mərkəzdən "Report"a bildirilib ki, sorğuda iştirak edənlərin 50%-ni qadınlar, 50%-ni kişilər təşkil edib.

Nəticələr göstərib ki, respondentlərin 43,3%-i hər il oruc tutsa da, 28,4%-i isə oruc tutmur: "Müəyyən səbəblərə görə bəzən oruc tuta bilməyənlər sorğu iştirakçılarının 21,8%-ni təşkil edib. Respondentlərin 3,6%-i bu il ilk dəfə oruc tutacağını qeyd edib. Hər il oruc tutduğu halda bu il oruc tuta bilməyəcəyini bildirənlər isə cavab verənlərin 2,9%-ni təşkil edib. İştirakçıların 45,9%-i hesab edib ki, pandemiya səbəbilə iftar süfrələri və dini mərasimlər təxirə salınacaq. Pandemiyanın Ramazan ayına təsir etməyəcəyini qeyd edənlər respondentlərin 24,5%-ni, oruc tutanların sayına isə təsir edəcəyini proqnozlaşdıranlar 19,9%-ni təşkil edir. Respondentlərin 9,7%-i isə düşünür ki, distant rejimdə işləyənlər üçün oruc tutmaq daha rahat olacaq".

Həmçinin bildirilib ki, iştirakçıların 14,7%-i pandemiya dövründə oruc tutacağı üçün virusa yoluxma riskini nəzərə alaraq kütləvi yerlərə getməyəcəyini qeyd edib: "Fəaliyyətini evdə davam etdirəcəyini deyənlər respondentlərin 11,4%-ni, günün çox hissəsini açıq havada gəzməklə keçirəcəyini qeyd edənlər 11,3%-ni təşkil edir. Respondentlərin 62,5%-nin isə Ramazan ayı ilə bağlı xüsusi planı yoxdur. Sorğuda iştirak edənlərin 67,2%-i karantinlə bağlı olaraq Ramazan bayramını evdə qeyd edəcəyini, 8%-i rayona, 0,7%-i xarici ölkəyə səfər edəcəyini qeyd edib. Nəticələr göstərir ki, soğru iştirakçılarının 24,1%-i Ramazan bayramını qeyd etməyəcək".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!