20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 7-06-2021, 17:38
“Ağıllı şəhər” standartlarının yaradılması bizə nə verəcək?

“Hazırda “Ağıllı kənd” və “Ağıllı şəhər”lərin yaradılması konsepsiyası ölkəmizdə gündəmdə olan məsələdir. Bununla əlaqədar olaraq ilkin mərhələdə Vətən müharibəsindən sonra dövlətin Koordinasiya Mərkəzi yaradıldı. Həmçinin müxtəlif nazirlik və digər qurumlarda aparılan işlər də eyni məqsədə xidmət edir”.

Butov.az xəbər verir ki, bunu “Report”a “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası üzrə standartların müəyyən edilməsi və təhlükəsizliyin tam təmin olunması ilə bağlı məsələləri şərh edən İKT mütəxəssisi Elvin Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycanda hələ də “SMART şəhər”lərin yaradılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir və konsepsiyaların hazırlanması prosesi gedir:

“Bu isə təbii olaraq bir çox yeni suallar yaradır. Bunlardan biri də “Ağıllı şəhər”lərin standartlarının müəyyən edilməsi ilə bağlıdır. Belə bir standartın olması bizim üçün çox əhəmiyyətlidir. Biz bu tip şəhər və kəndlərin yaradılması üçün müasir texnologiyaları tətbiq etməliyik, bunun üçün isə müasir standartlar qəbul edilməlidir. Həmçinin həmin standartlar gələcəyə hesablanmalı və yenilənəbilən olmalıdır.

Əgər bu gün biz “SMART şəhər”lər üzrə informasiya-kommunikasiya texnologiyalarına standart qoymasaq, hər kəs əlindəki məhsulunu “Ağıllı şəhər”in tərkibində sata biləcək. Bu isə o deməkdir ki, ölkədə qurulan “Ağllı şəhər”lərdə həm köhnə, həm də yeni texnologiyalar olacaq. Hər bir texnologiyanın özünəməxsus xəbərləşmə yöntəmi olduğu üçün müəyyən mərkəzi sistemlə idarə oluna bilməyəcək.

Bu səbəbdən də hazırda ölkəmizdə Standartlaşma İnstitutu (AZSTANDART) tərkibində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzərəti ilə İKT üzrə texniki komitə yaradılıb. “AzStand TK05” adlanan bu komitənin əsas fəaliyyətlərindən biri də “Ağıllı kənd” və “Ağıllı şəhər”lərdə qurulacaq Texnlogiyaların müasir standartlarla qurulmasını əsasını qoymaqdır. Artıq tətbiq mərhələsində o standartlardan kənara çıxılmasın, köhnə məhsullar, tətbiqlərlə işlər aparılmasın deyə bu yeni standartlar tətbiq olunacaq.

“SMART şəhər”lərlə bağlı müzakirəsi aparılan mövzulardan biri də təhlükəsizliklə bağlı məsələlərdir. Bildiyiniz kimi, bir müddət öncə Azərbaycan Prezidenti kritik informasiya infrastrukturları haqqında yeni sərəncamı imzaladı və bu da yerinə düşən məsələ idi. Hər bir qərar, sərəncam, fərman yeni dövrə görə modifikasiya olunur. Yəni ya onun əhatəsi böyüyür, ya da aktuallığını itirib ləğv olunur.

Əgər qısa formada ifadə etsək, deyə bilərik ki, kritik informasiya infrastrukturları da ölkə əhəmiyyətli məlumatların qorunması deməkdir. Əgər əvvəlki tələblərlə danışsaq, bu əsasən hərbi, siyasi və iqtisadi məlumatlardır. Amma indi bu tip məlumatların əhatəsi genişlənib.

Bir müddət əvvəl ABŞ-ın Florida ştatında şəhərin “ağıllı” su infrastrukturuna haker hücumu qeydə alınıb və nəticədə hakerlər içməli suyun kimyəvi tərkibi ilə oynayaraq bütün şəhəri zəhərləmək niyyətinə düşüblər. Amma aidiyyəti qurumların duyuq düşməsi şəhər sakinlərini xilas edib. Bu nümunə bizə onu göstərir ki, ölkə əhəmiyyətli daha bir məsələ kritik informasiya infrastrukturu hesab edilməlidir”.

Ekspert hesab edir ki, azad edilmiş ərazilərdə ağıllı infrastrukturun formalaşdırılması üçün dövlət qurumlarının imkanları da artırılmalıdır:

“Azərbaycanda “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin qurulmasında bir neçə məsələ gündəmə gəlir. Bu da məlumatların təhlükəsizliyi ilə yanaşı “ağıllı” şəhər və kəndlərin öz təhlükəsizliyidir. Əgər bu müasir infrastrukturlarda xidmətin keyfiyyətini nəzərə alsaq, tapmalıyıq ki, bu xidmətə qoşulacaq nazirlik, komitə və agentliklər həmin tələblərə cavab verirmi?! Yaxud da ümumiyyətlə bu qurumlarda avtomatlaşma varmı?

Bu və bu kimi məsələlərin həlli üçün hazırda həm dövlət səviyyəsində, həm də standartlaşma ilə bağlı texniki komitədə işlər gedir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məsələyə belə çevik reaksiya verməsi də təqdirəlayiq haldır. Həmçinin bu prosesə özəl sektorun, ayrı-ayrı ekspertlərin cəlb edilməsi də dövlətin onların təklifinə önəm verdiyini göstərir. Biz burada G2C, PPP, B2B kimi bütün inkişafa yönəlik əməkdaşlıq növlərini görürük. Bu harmoniyanın olması gözəldir.

Amma bəzən sahə ilə bağlılığı olmayan, məsələlərdən xəbərsiz bəzi şəxslərin bu mövzuda qeyri-adekvat və qeyri-peşəkar açıqlamalar verdiyini də görürük. Tövsiyə edərdim ki, vətəndaşlar bildikləri və ya ixtisaslı olduqları məsələlərə münasibət bildirsinlər.

Bu yaxınlarda Böyük Britaniya mediasında “Ağıllı şəhər”lərin təhlükəli tərəfləri ilə bağlı məqalə yazılmışdı. Maraqlı yazı idi. Hesab edirəm ki, bu gün digər məsələlərlə yanaşı, kiber ordunun olması da vacibdir. Artıq bir sıra ölkələr müəyyən addımlar atıb. Artıq Almaniya və İsrailin planları haqqında məlumatlar eşidirik. Həmçinin qonşu Gürcüstan da elan verib ki, belə məsələlərlə maraqlanır. Hesab edirəm ki, Azərbaycan da özünün kiber təhlükəsizliyi üçün ciddi addımlar atmalıdır. Kiber ordunun formalaşması üçün həm qanunvericilikdə, həm də mütəxəssislərin hazırlanması ilə bağlı qaydalarda müəyyən işlərə başlamalıyıq. Elektron xidmətlər, həllər artdıqca təhlükəsizlik tədbirləri daha da yüksəldilməlidir”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!