Rubinyandan sərt cavab: Solovyov itdir! .....                        İranda saxlanılan etirazçı edam ediləcək .....                        Deputat öz yerinə onu təyin etdi .....                        Ermənistan Solovyova görə Rusiyaya nota verdi .....                        Xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqləndi .....                        İrandakı bu etirazçılar çərşənbə günü EDAM EDİLƏCƏK .....                        Yeni gömrük yığımları tətbiq ediləcək .....                        Xaricdə təhsil üçün universitetlərin siyahısı AÇIQLANDI .....                        Kuba lideri Trampa cavab verdi .....                       
Tarix : 9-06-2021, 15:52
Sabahdan çimərliklərin fəaliyyəti bərpa edilir
İyunun 10-dan çimərliklərin fəaliyyəti bərpa edilir. Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşları çimərlik mövsümünə hazırlıqla əlaqədar bir sıra təhlükəsizlik tədbirləri həyata keçirir.

Butov.az xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili "Report"a bildirib ki, Xidmətin balansında olan xilasetmə texnika və vasitələr, eyni zamanda, dalğıc işləri həyata keçirmək üçün nəzərdə tutulan avadanlıqlar artıq işlək vəziyyətə gətirilib.

Onun sözlərinə görə, hazırda Xidmətin nəzarət etdiyi ictimai çimərliklərdə dalğıclar vasitəsi ilə sualtı baxışlar keçirilib, sualtı təmizləmə işləri aparılıb:

"Məhz bu baxışlar zamanı aşkar edilən sualtı təhlükələr xüsusi nişanlarla işarələnir. Dənizdə isə üzmə sərhədlərini müəyyən edən nişanlar qoyulur".

Şöbə rəsi bildirib ki, çimərliklərdə istirahət edən vətəndaşların sularda təhlükəsizliyini təmin etmək üçün maarifləndirici və məlumatverici lövhələr də yerləşdirib.


A.Əlili təhlükəsizlik tədbirləri ilə bağlı vətəndaşalara müraciət edib:

“Vətəndaşlara bildiririk ki, nəzarət olunmayan qeyri-çimərlik ərazilərindən istifadə etməsinlər. Çimərlik seçərkən daha diqqətli olsunlar, öz istirahətlərini daha təhlükəsiz etmək üçün xilasedicilərin xidmət apardığı, xilasetmə texnikalarının mövcud olduğu çimərliklərdən istifadə etsinlər. Küləkli havada dənizə girmək, spirtli içki qəbul edərək dənizə daxil olmaq, üzmə sərhədlərini müəyyən edən nişanları üzüb keçmək, çimərlik ərazisini məişət tullantıları ilə zibilləmək, suda kobud hərəkətlər etmək, xilasetmə texnika və avadanlıqlarının üzərinə çıxaraq suya baş vurmaq qadağandır.

Yadda saxlamaq lazımdır ki, uşaqlar yalnız böyüklərin müşayəti ilə çimərlikdən istifadə etməlidir. Ərazidə yeləşdirilmiş maarifləndirici lövhələrin tələblərinə və xilasedicilərin sözlərinə əməl olunmalıdır”.


FHN rəsmisi deyib ki, artıq çimərlik ərazilərində yerli icra orqanları tərəfindən karantin tələblərinə uyğun sosial məsafənin qorunması, dezinfeksiyaedici məhlullardan istifadə məsələləri bir çox çimərliklərdə artıq mövcuddur.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarına əsasən, iyunun 10-dan çimərliklərin fəaliyyəti bərpa edilir.



Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!