Bərdədə fəaliyyət göstərən istehsal müəssisəsi saxtakarlıq yolu ilə qanunlara meydan oxuyur. Qeyd olunan məsələ barəsində məhkəmə qərarı var. Təəssüf ki,kimlərinsə hamiliyi ilə qanunsuzluqlara rəvac verilir.
DİA.AZ bildirir ki, bu barədə tənqidçi jurnalist Elçin İsmayıllı yazır.
Fakt budur ki,Bərdə şəhəri H.Əliyev prospekti Laçın rayon qaçqın məktəbinin həyətində heç bir standarta uyğun olmayan "Qarabağ günəbaxan tumları"nın istehsalı müəssisəsi fəaliyyət göstərir. Əslində isə bu saxta müəssisə Tərtər rayonunda yerləşən və standartlara uyğun şəkildə fəaliyyət göstərən eyni adlı bir müəssisənin adını və əmtəə nişanını saxta yollarla əldə etmək yolu ilə fəaliyyət göstərir. Bu qeydləri sübut edən məhkəmə qərarı var.Ancaq qərar icraya yönləndirilmir. Görünür kimlərsə qanunları saya salmır və öz diqtəsi ilə fəaliyyət göstərir. Hesab edirik ki, təcili olaraq əlaqədar qurumlar bu məsələ barədə ölçü götürməli və saxta istehsal müəssisəsinin fəaliyyəti dayandırılmalıdır.
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!