Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı bu gün Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Butov.az xəbər verir ki, bu barədə Publika.az-a "Azərsu" ASC-dən bildirilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.