Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                       
Tarix : 5-03-2022, 16:20
Nazir: "Əmək Məcəlləsinə bir çox dəyişikliklərin layihələri hazırlanıb"

Hazırda iş yerlərində əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına e-sistem üzərindən daimi və operativ nəzarət təmin edilir. Bu nəzarət işçilərin əmək hüquqlarının təminatına yönəlməklə, həm də qanunvericiliyin tələblərinin icrası prosesində işəgötürənlərə dəstək məqsədi daşıyır.

Butov.az APA-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək siyasəti və əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət sahəsində həsr olunmuş onlayn iclasda bildirib.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bunun nəticəsi olaraq ölkəmizdə geniş miqyaslı sosial islahatlar aparılır. Xüsusilə son illərdə sosial ödənişlərdə inqilabi addımlar atılıb. Bunu əməkhaqqı sistemində aydın görmək olar: son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatdırılıb, orta aylıq əmək haqqı 37 faiz, median əmək haqqı 74 faiz, əmək haqqı fondu 2 dəfə artıb.

S.Babayev bildirib ki, yaxın vaxtlarda işə salınacaq “Əmək münasibətləri və məşğulluq altsistemi” (ƏMAS) də işəgötürənlər və işçilər üçün vahid əmək münasibətləri platforması rolu oynayacaq və əmək münasibətlərinin daha rahat, çevik şəkildə tənzimlənməsində onlara fəal dəstək olacaq.

Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş yeni dəyişiklik də əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələrin şərti olaraq tətbiqini nəzərdə tutur və bu da onlara güzəştli yanaşmanı ehtiva edir. Həmin dəyişiklik o deməkdir ki, əmək qanunvericiliyinin tələblərinin pozulması halına yol vermiş işəgötürən əgər müəyyən edilmiş müddətdə bu halı aradan qaldırdıqda bəzi cərimələri ödəməkdən azad edilir. Bununla işəgötürən həm də əmək qanunvericiliyində nəzərdə tutulan tələbləri pozduğu halda onun bu pozuntunu qısa müddətdə aradan qaldırmasını stimullaşdırılır.

Əmək münasibətləri sahəsində normativ hüquqi bazanın mütəmadi təkmilləşdirilməsi işləri qarşıdakı dövrdə də davam edəcək. Əmək məcəlləsinə də bir çox dəyişikliklərin layihələri hazırlanıb. Həmin layihələrin hazırlanması zamanı sosial tərəfdaşlar olan işəgötürənlərin də təklifləri öyrənilir və nəzərə alınır. Bu məqsədlə vaxtaşırı olaraq sosial dialoq müstəvisində işəgötürənlərlə görüşlər keçirilir.

Əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsində ixtisaslı kadr potensialının formalaşdırılması işlərinin mütəmadi aparıldığı da diqqətə çatdırılıb. Əsas məqsəd bu sahədə həm şəffaf, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulan, həm də innovativ, peşəkar yanaşmalara əsaslanan mexanizmin təmin edilməsidir.

İclasda Nazirliyin Əmək siyasəti şöbəsinin və Nazirliyin tabeliyindəki Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyəti ilə bağlı məsələlər, 2022-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!