Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 13-05-2022, 22:55
“İnternat məzunları arasında sağlam həyatın təşviq edilmasi” layihəsi başa çatıb

“İnternat məzunları arasında sağlam həyatın təşviq edilmasi” layihəsi başa çatıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə“İnternat Məzunlarının Sosial İnteqrasiyası” (İMSİ) Gənclər İctimai Birliyinin həyata keçirdiyi “İnternat məzunları arasında sağlam həyatın təşviq edilməsi” layihəsi uğurla başa çatıb. Layihənin əsas məqsədi internat məktəblərindən məzun olan gənclərin sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunmağın yolları mövzusunda maarifləndirici tədbirlər həyata keçirməklə internat və uşaq evi məzunlarının sosial inteqrasiyası kimi fəaliyyətlərə öz tövhəsini verməkdir.
Layihə cərcivəsində internat məktəbindən məzun olmuş 30-a yaxın gəncin iştirakı ilə Lənkəran şəhərində düşərgə təşkil olundu. Düşərgədə gənclərə aşağıda qeyd olunan
• Sağlamlıq və aktiv həyat
• Zərərli vərdişlər
• Yoluxucu xəstəliklər və onlardan qorunmağın yolları
• Cəmiyyətə sağlam inteqrasiya

4-mövzuda təlim və seminarlar keçirilib .

Proqramdan əlavə olaraq, gənclərimizə, Lənkəran şəhər Tarix-Diyarşunaslıq muzeyi, iki dəfə Sovet İttifaqı qəhrəmanı general mayor Həzi Aslanovun Ev muzeyinə turlar təşkil olundu bu turlar vasitəsiylə gənclərə ətraflı məlumatlar verilib. Eyni zamandan iştirakçılar üçün maraqlı olan Xanbular gölünə səfər təşkil olunaraq gənclər Lənkəranın tarixilə yanaşı təbiətilə də yaxından tanış olublar. Layihədə ilk dəfə olaraq inkuliziv həyata keçrilib. Lyihədə 2 və 3 N-li Xüsusi İnternat Məktəbinin eşitmə əlilliyi olan məzunları da iştirak ediblər. Bu da onların cəmiyyətə inteqrasiyasına və sosiallaşmasına müsbət təsir göstərəcək. Keçirilən təlimlər onlara işarət dili ilə tərcümə olunub. Bu həm də layihə iştirakçısı olan digər gənclərdə işarət dilinin öyrənilməsinə olan marağı artırır.

Layihə ərzində əldə olunmuş ən böyük nailiyyət internat məzunu olan gənclərin şəbəkələşməsi, bir-birləri ilə yaxından tanış olmaları, komanda ruhunun formalaşması, dilbər güşələrimizlə yaxından tanış olub, tarixi və milli adət-ənənələri öyrənməsi olub. Layihənin məqsədi gənclərin asudə vaxtını səmərəli təşkil etmək, onlarda komanda ruhu formalaşdırmaq idi və qarşıya qoyulan hədəfə çatdıq. Layihənin güclü tərəfi valideyn himayəsindən məhrum gənclərə göstərilən qayğıdır ki, bu hər şeydən üstündür.



Paylaş



Bölmə: Sosial / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!