İsrail parlamentində İrana qarşı mümkün müharibə müzakirə olunur .....                        Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                       
Tarix : 14-12-2016, 17:04
Gənclər təşkilatı internat məzunlarının sosial-psixoloji inteqrasiyasına dəstək verir


İnternat məzunları, xüsusən də valideyn himayəsindən məhrum olmuş gənclər internat məktəblərindən məzun olduqdan sonra müstəqil həyata adaptasiya prosesində bir sıra çətinliklərlə üzləşirlər.

Bir çox hallarda bu çətinliklər inteqrasiya prosesini mümkünsüz edir və belə gəncəri müxtəlif risk qruplarına salır.
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi daim gənclərin belə həssas qrupları ilə iş aparır, hazırda isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “NAVİQATOR - internat məzunlarının sosial-psixoloji inteqrasiyasına dəstək” layihəsini icra edir. Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud internat məzunlarının cəmiyyətə inteqrasiyası prosesinin asanlaşdırılmasıdır. Bu məqsədlə layihə çərçivəsində internat məktəbləri və uşaq evlərindən məzun olacaq yeniyetmə və gənclərin müstəqil həyata hazırlanması, uğurlu karyera qurmalarına istiqamətlidirilmələri, onlara peşə seçimində risklərin ölçülməsini, gələcəyin peşələrinin və məşğulluğun təmin olunması üçün müasir alətlərin öyrədilməsi, müstəqil həyatda qarşılaşa biləcəkləri psixoloji baryerləri aşmaq üçün psixoloji alətlərə yiyələnmələri, milli qanunvericiliyin onlara verdiyi hüquq və imtiyazlardan faydalana bilmələri üçün bu sahədə maarifləndirilmələri istiqamətində işlər aparılır. Layihə çərçəvəsində Bakı və Sumqayıt şəhərlərində yerləşən 5 internat məktəbində təlim kursları təşkil edilmişdir. Təlimlərə ümumilikdə 200 gənc cəlb edilmişdir. Təlimlərin ilk günü sosial inteqrasiya, ikinci günü isə psixoloji inteqrasiya məsələlərini əhatə edir. Eyni zamanda gənclərə milli qanunvericiliyin onlara verdiyi hüquq və vəzifələr barədə də geniş məlumatlar da verilir.
Layihə çərçivəsində internat məktəblərindən məzun olan valideyn himayəsindən məhrum olmuş gənclər üçün buklətlər hazırlanaraq paylanılmışdır. Bukletlərdə belə gənclərə müstəqil həyatda qarşılaşacaqları problemləri aradan qaldırmaq üçün zəruri olan informasiyalar yer almışdır.

MƏTBUAT XİDMƏTİ
12.12.2016


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!