Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi .....                        Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək .....                        İranla müharibə tezliklə bitəcək - Tramp .....                        Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi .....                        İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar .....                        Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı .....                        Təhsilin rəqəmsallaşmasına 3 milyon ayrıldı .....                        İran yığması Dünya Çempionatında iştirak etməyəcək .....                        İspaniya səfirini geri çağırdı - İsraildən .....                       
Tarix : 20-06-2022, 15:04
Bu çimərliklərə getmək qadağan edildi

Respublikanın cənub və şimal zonasında yerləşən çimərliklərdə aparılan monitorinq nəticələri məlum olub.

Butov.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, respublika ərazisində yerləşən çimərliklərin 2022-ci ilin yay mövsümünə hazırlıq vəziyyətinə nəzarət məqsədilə Lənkəran şəhəri və Xaçmaz rayonu ərazisində yerləşən rekreasiya zonalarının sanitariya vəziyyətinin müayinəsi, dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilib.
Lənkəranın Sütəmurdov kəndi və Aşağı Nüvədi qəsəbəsi ərazilərində və həmin ərazilərin sanitariya mühafizə zonalarında aparılan laboratoriya müayinələri nəticəsində dəniz suyunun bakterioloji çirklənmə göstəricilərinin normadan dəfələrlə yüksək olması halları aşkar edilib. Həmçinin Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində yerləşən çimərlik ərazisində aparılmış monitorinqlər zamanı dəniz suyunun laboratoriya müayinə nəticələrində bakterioloji çirklənmə göstəricilərinin normadan çox olması müəyyən olunub.
Qeyd olunanlarla əlaqədar, mövcud vəziyyətin əhali arasında yoluxucu xəstəliklərin baş verib, yayılması üçün təhlükə yaratdığını nəzərə alaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa istinadən Lənkəran rayonunun Sütəmurdov kəndi və Aşağı Nüvədi qəsəbəsi həmçinin, Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində yerləşən çimərlik ərazilərində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çimməyin qadağan olunması barədə Qərarları qüvvədə saxlanılıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!